Sudan ödənişli istifadə qaydaları açıqlandı
"Ölkənin şirin su ehtiyatlarının azlığı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların xeyli azalması, digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın gündən-günə artması ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rolu olan su ehtiyatlarının qənaətlə istifadəsi və mühafizəsini olduqca əhəmiyyətli edir".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.
Onun sözlərinə görə, bu günədək ölkəmizdə suyun təbii sərvət kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəni təşviq etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin aparılmasını çətinləşdirirdi:
"Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş "Sudan ödənişli istifadə Qaydaları" Su Məcəlləsinə əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb.
Sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir.
Qaydalara əsasən texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək".
R.Səttarzadənin sözlərinə görə, eyni zamanda su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq: "Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir".
Nazir müşaviri suyun həcminə görə ödənişlərin illik su təsərrüfatı balansının göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla tariflər əsasında hesablanacağını bildirib.
Onun sözlərinə görə, sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq:
"Qeyd edək ki, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi ödənişsiz olacaq".
R.Səttarzadə suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərin üç ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacağını, sudan istifadə haqqının (tariflərinin) isə Tarif Şurası tərəfindən müəyyən ediləcəyini qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2742 Tarix: 30 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQırğızıstan Azərbaycan üçün Mərkəzi Asiyaya açılan yeni iqtisadi qapıdır
"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana son dövlət səfəri iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı müttəfiqlik münasibətləri haqqında müqavilə ilə yanaşı, energetika, nəqliyyat, maliyyə, investisiya və digər sahələr
01.09.2026 173 Bişkek diplomatiyası: Azərbaycanın Avrasiya məkanında mövqelərini möhkəmləndirən mühüm siyasi platforma
"İlham Əliyevin ŞƏT sammitində iştirakı və keçirdiyi görüşlər Azərbaycanın regional və qlobal diplomatiyada artan rolunun göstəricisidir. Qırğızıstanın paytaxtı Bişkek bu günlərdə dünya siyasətinin mühüm diplomatik mərkəzlərindən birinə çevrilib. Avqustun 31-dən sentyabrın 1-dək keçirilən Şanxa
01.09.2026 272 "Bişkek sammiti Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirir" - İLYAS HÜSEYNOV
Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti regionda siyasi və iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycanın da diqqət mərkəzində olduğu sammit Bakı üçün ŞƏT ölkələri ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm platforma kimi qiymətləndirilir. İqtisad
01.09.2026 220 Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu
Tanınmış aktyor Elcan Rəsulov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o şəxsi instaqram hesabında 30 il əvvəl çəkilən fotosunu izləyiciləri ilə bölüşüb. Aktyor arxiv görüntüsünə "30 ilin şəkli" şərhini yazıb. Onun uşaqlıq şəkili sosial şəbəkə istifadəçilərinin böyük marağın
01.09.2026 142 ABŞ və KXDR liderlərinin sammiti istənilən an baş tuta bilər
Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Vaşinqtonla Pxenyan arasında dialoq əlamətlərinin olduğunu açıqlayıb. Kəşfiyyatın qiymətləndirməsinə görə, ABŞ və KXDR liderlərinin görüşü "istənilən vaxt" baş tuta bilər. xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb. Çərşənbə axşam
01.09.2026 145 Birinci xanımların Bişkekdən maraqlı - Fotoları
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Ayqul Japarova, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Çinin birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə "Ala-Arça" Dövlət iqamətgahında olub. "Qafqazinfo"
01.09.2026 225 "Twitter" geri qayıdır?
ABŞ-ın "Operation Bluebird" startapı "Twitter.now" adlı yeni sosial şəbəkəni istifadəyə verib. Axşam.az "TechCrunch"a istinadən xəbər verir ki, layihənin təsisçiləri arasında "Twitter"in əmtəə nişanları üzrə keçmiş hüquqşünası Stiven Kouts da yer alır. Platformanı
01.09.2026 122 "Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır" - millət vəkili Müşfiq Cəfərov
"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır. Bu təşkilat artıq yalnız təhlükəsizlik məsələlərinin müzakirə edildiyi platforma deyil. Burada dünyanın ən böyük beyin mərkəzləri, nəhəng iqtisadiyyatlar, enerji resursları və qlobal ticarətin mühü
01.09.2026 315 Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz
Sentyabrın 1-də və 2-də Günəşdə partlayış fəallığının əsasən aşağı səviyyədə olacağı gözlənilsə də, güc miqyasına görə sondan əvvəlki - M sinfinə aid partlayışların baş vermə ehtimalı var. TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Qurumun məlumatında qeyd olunu
01.09.2026 213