Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklif

Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifƏbədi şəhərə yeni baxış

Beşiktaşda, Bosforun (İstanbul Boğazının) Avropa sahilində yerləşən "Raffles İstanbul" oteli qədim şəhərin yeni simasıdır. O, mayak kimi, Avropa ilə Asiyanı ayıran boğaz üzərində ucalaraq, səs-küylü İstanbul küçələrinin labirintində dinclik və rahatlıq axtaran səyathətçiləri cəlb edir.

Dəb, gözəl yeməklər və incəsənətin bir dam altında birləşdiyi ultramüasir "Zorlu" Ticarət Mərkəzinin düz ortasında yerləşən "Raffles Hotel" qonaqlara müasir memarlığı, göz qamaşdıran interyeri, kulinariya sənətini və ən yüksək xidmət standartlarını layiqincə qiymətləndirmək imkanı verir. Oteldən Bosfor, Şahzadə adaları və köhnə şəhərə açılan mənzərələr misilsizdir. Rahat yerdə olması, tarixi görməli məkanlara və dünyanın aparıcı butiklərinə yaxınlığı, qurman restoranlarına getmək imkanı və batlerlərin (qulluqçuların) əfsanəvi xidməti oteli həftə sonu səyahətlər üçün ideal İstanbul ünvanına çevirir. Eyni zamanda, oteldə uzun müddət qalmaq istəyənlər üçün mətbəxi olan və tam təchiz olunmuş rezidensiyalar da var.

Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifHər zaman Şərqlə Qərb arasında körpü rolunu oynayan İstanbulun zəngin tarixi irsi "Hirsch Bedner Associates" (HBA) tərəfindən hazırlanmış işıqlı və geniş interyerlərdə öz əksini tapıb. Otelin müasir dizaynı türk mədəniyyətinin ənənələrinə, onun ornamentlərinə və teksturlarına aid çoxsaylı nişanələrlə doludur. İnteryer "Raffles İstanbul"un sifarişi ilə hazırlanmış möhtəşəm sənət əsərləri kolleksiyası ilə bəzədilib. Bəzilərinin üzərində türk rəssamları, bəzilərinin üzərində isə ilhamlarını bu möhtəşəm şəhərdən alan beynəlxalq rəssamlar çalışıb. Onların işlərinin nəticəsini monumental heykəltəraşlıqdan tutmuş rəsm, kollaj və "ready-made" (hazır) əşyalara qədər otelin bütün sahələrində görmək olar.

"Raffles İstanbul" qonaqlara geniş, işıqla dolu, türk ənənələrini və müasir dizaynı birləşdirən, müasir səyahətçinin ehtiyac duyduğu hər şeylə təchiz olunmuş 136 otaq və 49 lüks təklif edir. Döşəmədən tavana qədər uzanan pəncərələrin arxasında Bosfora və şəhərə gözəl mənzərəsi olan, mebelli terraslar var.

İstanbul qastronomik ənənələrin "ərimə qazanıdır" və "Raffles" onun bir hissəsidir. Onun restoranları, barları və launjları gecə-gündüz kulinariya tamaşaları təklif edən teatra bənzəyir:

- "Rocca" brasserisində (pivəxanasında) gün ərzində beynəlxalq və Aralıq dənizi yeməkləri sifariş etmək mümkündür.

- "İsokyo" qastronomik dəbin önündə gedən müasir pan-Asiya restoranıdır. Ən son Qərb texnologiyası ilə Şərqin əsrarəngiz ləzzətlərini ortaya çıxaraq, bu məkan sizi İstanbuldan Tokioya kulinariya səyahətinə dəvət edir. Onun zallarından biri olan "Champaigne Room" özəl bayramlar üçün xüsusi olaraq hazırlanıb, burada qonaqlar şəxsi məkanda dünyanın ən yaxşı vintaj şampanlarından dada bilərlər.

"Lavinia Lounge" otelin heyrətamiz foyesində yerləşir. Burada qonaqlar təkcə işgüzar və mehriban görüşlər təşkil etmirlər: burada siz "insanları görüb, özünüzü göstərə" bilərsiniz. Bu launj (salon) foyeni bəzəyən və məşhur türk şairi Özdəmir Asəfin eyniadlı poemasına həsr olunaraq yaradılan, Martin Dounun "Laviniya" monumental bürünc heykəlinin şərəfinə belə adlandırılıb.

Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklif- 6-cı mərtəbədəki "Lounge 6" şəhərin heyrətamiz mənzərəsi ilə günəş şüaları altında dincələ biləcəyiniz dəbli məkandır.

- "Long Bar" məşhur "Singapore Sling" kokteylinin icad olunduğu, Sinqapurdakı "Raffles"da olan eyniadlı barın qlamur versiyasıdır. Burada bu içkinin yerli versiyası olan "Bosphorus Sling" daha məşhurdur. Qonaqlar içəridən işıqlandırılmış bar stolu arxasında və ya rahat dəri kreslolarda, eləcə də şampan salonunun işıqlı məkanındakı masa arxasında əyləşə bilərlər.

İngilissayağı naharsonrası çay ənənəsi bütün dünyadakı "Raffles" otellərində məşhurdur. Rəflərdə zərif şəkildə təqdim olunan qəlyanaltılarla klassik çay süfrəsindən əlavə, "Raffles İstanbul" otelində qonaqlara yeni ritual - "Tipsy High Tea" alkoqollu çay süfrəsi təklif olunur. Soyudulmuş spirtli kokteyllər burada çaydanda verilir və çini çay fincanlarına süzülür, üzərinə buz kubları, çiçək ləçəkləri və quru meyvələr əlavə olunur. Çaydanda spirt olduğuna dair heç bir işarə yoxdur – bircə tost deyib fincanları bir-birinə vurmaq istəyi yaranmasa! "Raffles İstanbulda"kı "Tipsy High Tea" menyusunda ayrıca bölmə şampan əsasında hazırlanan çaya həsr olunub. Məsələn, "hibiskuslu çay" şampan, hibiskus yarpaqları və mixəkdən ibarətdir, "təravətləndirici çay"a limon qabığı və qurudulmuş qızılgül qönçələri əlavə edilir, "royboş (rooibos) çayı"nda isə çayın özündən əlavə, qazlı şərab və portağal suyu olur. Digər içkilərin əsasını "Earl Grey" çayında dəmlənmiş cin, konyak və royboş (rooibos) arağı təşkil edir. Yüngül qəlyanaltılar kokteyl formatında verilir - onları əllərinizlə və ya şişlə götürə bilərsiniz. Qurudulmuş pomidorlu, "Mançeqo" pendirli tost və ya sitrus aioli ilə dəniz məhsullarından hazırlanan kroketlər təravətləndirici kokteyllərlə mükəmməl ləzzət bəxş edəcək.

Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifÇay mərasimi otelin möhtəşəm foyesində yerləşən, Səlcuq imperiyasının ornamentləri və monumental sənət əsərləri ilə bəzədilmiş "Lavinia Lounge"da saat 14:00-dan 18:00-a qədər olur.

Dəbdəbəli "Raffles Club" qonaqlara əlavə imtiyazlar təqdim edən, yeni açılmış bağlı salondur. Xidmətlər qonağın istəklərindən asılıdır. Buraya paltarların ütülənməsi və ya buxarlanması, masaj və ya görüş otağından istifadədən əlavə, limuzində pulsuz gəzinti, hava limanından düz otelin damına helikopterlə çatdırılmaya endirim, Bosfor kruizinin təşkili və bir çox digər xidmətlər daxildir.

Geniş çeşidli əlavə imkanlar və fərdiləşdirilmiş xidmətlə yanaşı, "Raffles Club" istirahət edə və enerji toplaya biləcəyiniz komfort məkandır.

Doqquz prosedur kabineti və lüks otaqları, qapalı və açıq hovuzları, həmçinin geniş çeşidli saunaları, buxar otaqları və hamamları olan "Raffles" SPA Mərkəzi İstanbulun ən iri SPA mərkəzlərindəndir və 3000 m² ərazini əhatə edir. Qonaqlar həm geniş, təbii işıqlandırılmış otaqlarda, həm də SPA mərkəzinin bağçasında dincələ bilərlər. Prosedurların ideal menyusu "Biologique Recherche" və "The Organic Pharmacy" kosmetik brendlərinə əsaslanaraq, fiziki və ruhi tarazlığın bərpasına hədəflənib. Elmi tədqiqatlar, kosmetik vasitələrin və onlara əsaslanan prosedurların yaradılmasına müasir tibbi yanaşma burada Osmanlı imperiyasının şəfa ənənələri ilə birləşdirilir. Yalnız burada skrab üçün duz, şəkər, qızılgül ləçəkləri və qızılgül yağının istifadə edildiyi "Modern Hamman Experience" prosedurundan yararlana bilərsiniz.

Raffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifRaffles İstanbul otelindən Azərbaycan vətəndaşları üçün xüsusi təklifMasaj və gözəllik prosedurlarına əlavə olaraq, "Raffles" SPAsı, şəhər həyatının streslərinin öhdəsindən gəlməyə yardım edəcək geniş çeşiddə fərdi və qrup məşqlərini təklif edir.

Dərrakə dərsləri diqqətinizi indiki ana yönəltməyə kömək olacaq, bu isə peşəkar və şəxsi həyatınızı daha səmərəli edəcək.

Nəfəs alma məşqləri və dartınma hərəkətləri əzələ və zehni gərginliklə mübarizə aparmaq üçün əla üsuldur.

Ayurveda məsləhətçisi sağlamlıq vəziyyətinizi daha yaxşı anlamağa kömək edəcək və sağlam həyat tərzini formalaşdırmaq üçün qidalanma və gündəlik iş rejiminə dair məsləhətlər verəcək.

Yoqanın müxtəlif sahələrinə xüsusi diqqət yetirilir. YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən bu təcrübənin bütün palitrasını əhatə etmək üçün "Raffles SPA" akro, hatha, broqa, in, in-yan, vinyasa, aştanqa və hətta uşaq yoqası üzrə dərslər keçən 9 məşqçi dəvət edib.

Meditasiya seansları narahatlıq, xroniki ağrı və depressiyanı aradan qaldırmağa kömək edə bilər.

Pilates üzrə üç məşqçi qonaqların duruşunu, bədən elastikliyini və dözümlülüyünü yaxşılaşdırmaq istiqamətində çalışır.

- Bundan əlavə, məşqçinin köməyi ilə siz üzgüçülük texnikanızı təkmilləşdirə bilərsiniz - dərslər həm qapalı, həm də açıq hovuzlarda keçirilir.

Kikboksinq daim hərəkətdə olmaqla bədəninizi mümkün qədər çox kalori yandırmağa sövq edərək sizi gümrah saxlayır.

Funksional məşqlər vücudunuzun gücünü və sabitliyini artıraraq bütün bədənin əzələlərini inkişaf etdirir.

"Raffles İstanbul" həmçinin şəxsi və biznes tədbirləri üçün nəzərdə tutulan, səs izolyasiyalı, ən müasir texnika ilə təchiz olunmuş bir sıra otaqlar seçimi təklif edir. Burada yeni avtomobilin təqdimatı və ya bal zalında dəbdəbəli toydan tutmuş yeddi şəxsi otaqlardan birində təntənəli şam yeməyinə və iclas otağında yüksək səviyyədə görüşlərədək keçirmək mümkündür. Bütün bunlar ən son texnologiya, qüsursuz xidmət və mütəxəssislərin dəstəyi ilə müşayiət olunur, bu isə qonaqlara diqqətlərini tamamilə öz işlərinə yönəltməyə imkan verir. Ən sürətli gəliş və gediş üçün qonaqlar "Raffles" helikopter meydançasını bron edə bilərlər.

Otelin hər yerində siz "Raffles"ın servisə özəl yanaşmasını hiss edə bilərsiniz. Bu yanaşma müştərilərin istəklərini təxmin edə bilən batlerlərin (qulluqçuların) əfsanəvi xidmətində təcəssüm olunur. Batlerlərin xidməti hər "Raffles"ın DNT-sinin bir hissəsidir və Sinqapurdan şirkətin bütün dünyadakı otellərinə yayılıb. Hər bir otağın öz batleri var, qonaqlar İstanbulda qaldıqları müddətdə istənilən məsələlərdə ona tam etibar edə bilərlər.

Otel qonaqpərvərlik, sağlamlıq və qastronomiya sahəsində misilsiz xidmətlərinə görə hər il mükafatlar alır. 2021-ci ildə "Raffles İstanbul" ardıcıl olaraq üçüncü dəfə nüfuzlu "Forbes Travel Guide" reytinqinin beş ulduzu ilə mükafatlandırılıb, eləcə də "Conde Nast Traveler Readers’ Choice Awards 2021"in səsvermə nəticələrinə əsasən, Türkiyə və Yunanıstanın ən yaxşı oteli və dünyanın üçüncü ən yaxşı oteli adına layiq görülüb.

Raffles Istanbul, Zorlu Center, 34340 Istanbul, Turkey
[email protected] | toll free: + 800 1 7233537 | Tel: + 90 212 924 0200

https://www.rafflesistanbul.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1206   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 11 milyon dolları keçib

Bu ilin yanvar-may aylarında Azərbaycan Ermənistana 11 milyon 273 min ABŞ dolları dəyərində mal ixrac edib. "Report"a istinadən xəbər verir ki, bunun 1.627 milyon dollarlıq hissəsi may ayının payına düşüb. 5 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 AB

16.06.2026 237
.

CNN: ABŞ İranla razılaşma mətnini qəsdən qeyri-müəyyən saxlayıb

ABŞ-ın CNN telekanalı Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanın mətninin ABŞ rəsmiləri tərəfindən qəsdən qeyri-müəyyən hazırlandığını iddia edib. xarici mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmilərinin sözlərinə görə, sənəd ilk növbədə İran rəhbərliyinin razılaşmanı ölk

13:15 63
.

Avropa İttifaqında Kaya Kallasın diplomatik fəaliyyəti tənqid olunur

Avropa İttifaqında (Aİ) bir çoxu Kaya Kallasın Aİ-nin diplomatiya rəhbəri vəzifəsindəki fəaliyyətindən narazıdır, onu Rusiyaya həddindən artıq fokuslanmış hesab edənlər var. xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat dərc edib. Qəzetin yazdığına əsasən, bəzi diplomatla

16.06.2026 205
.

Seçki nəticələri ilə bağlı narazılıq: Müxalifət MSK iclasından çıxdı

Müxalifət nümayəndələri Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasını tərk ediblər. xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Buna səbəb MSK sədri Vaaqn Hovakimyanın üç seçki məntəqəsində nəticələrin ləğv edilməsinin seçkilərin yekun nəticələrinə təsir göstərmədiyini bildirməsi olub

11:45 120
.

G7 liderləri Ukraynaya dəstəyi artırmaq barədə razılığa gəldi

Fransanın Evian-le-Ben şəhərində keçirilən sammitin yekununda G7 liderləri Ukraynaya hərbi və enerji sahəsində dəstəyin artırılması barədə razılığa gəliblər. xarici mediaya istinadən xəbər verir ki, tərəflər Kiyevə hava hücumundan müdafiə sistemləri, tutucu qurğular və uzaqmənzilli raketlərin əlavə tədarükün

12:49 96
.

Nazirlər Kabineti aqrar sektorla bağlı qərar verib

Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və y

16.06.2026 240
.

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib

Nazirlər Kabineti "Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı"nı təsdiq edib. "Report"a istinadən xəbər verir ki, bununl

16.06.2026 218
.

İran Livanla bağlı ABŞ qarşısında şərt qoydu

İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran arasındakı razılaşmanın kobud şəkildə pozulması kimi dəyərləndiriləcək. xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı bəyanat yayıb. Nazir xarici ölkələrin səfirləri ilə keçirilən görüş zaman

16.06.2026 228
.

Fərhad Mehdiyev qızının ölümündən yazdı: "Əsas səbəbkar yolun solunda dayanan maşın idi'

Tanınmış hüquqşünas Fərhad Mehdiyev qızı Zəhranın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı ürəkdağlayan paylaşım edib. xəbər verir ki, o, sosial şəbəkə hesabında övlad itkisi ilə yaşadığı ağrını bölüşərək bildirib ki, qızı artıq həyatda yoxdur və bu həqiqəti qəbul etmək onun üçün son dərəcə çətindir:

11:15 183
.

TOP MP3