Nazirlər Kabinetinin su ilə bağlı QƏRARI: Nələr dəyişəcək?

Nazirlər Kabinetinin su ilə bağlı QƏRARI: Nələr dəyişəcək?Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Tarif Şurası sudan istifadə haqqını (tarifləri) 2 ay müddətində müəyyən edəcək.

Qaydalara əsasən, texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək.

Beynəlxalq təcrübədə də su resurslarından və təbii su mənbələrindən istifadə pulludur, yəni Nazirlər Kabinetinin qərarı beynəlxalq təcrübəyə söykənir.

Sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq.

İstifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi yenə də ödənişsiz olacaq.

Bu qərar ümumilikdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində islahatların tərkib hissəsidir.

Nəzərə almaq lazımdır ki, ölkədə şirin su ehtiyatları onsuz da azdır, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların da xeyli azalması vəziyyəti daha çətinləşdirib.

İqtisadiyyatın müxtəlif sahələrinin sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi və nəticədə suya olan tələbatın artması su ehtiyatlarının qənaətlə istifadəsini labüd edir.

Buna görə də, sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına xidmət edir.

Bununla da suların mühafizəsi yaxşılaşdırılacaq, suyun dəqiq uçotunun aparılacaq və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyəti təmin ediləcək.//oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1039   Tarix: 31 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Donald Tramp ABŞ və İran arasındakı sülh razılaşmasının yeni mərhələsini elan etdi

"ABŞ və İran sülh yolu ilə nizamlanma üzrə razılaşmaların icrasının ikinci mərhələsinə qədəm qoyur". xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada "Böyük Yeddilik" toplantısı çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə bildirib. "İranl

16.06.2026 213
.

ABŞ, Fransa və Yunanıstan Ermənistanda hərbi təlimlərə qatılacaq

Ermənistan üç NATO ölkəsi - Yunanıstan, ABŞ və Fransa ilə birgə "Qartal Tərəfdaş 2026" adlı illik hərbi təlimə ev sahibliyi edəcək. xəbər verir ki, bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunub. Bəyanatda bildirilib ki, təlimlərin əsas məqsədi sülhməramlı missiyalar

11:55 89
.

"Gecə içkili gəlib dedi ki, sizi baltalayacağam" - Qusardakı dəhşətli qətlin TƏFƏRRÜATI

Qusarda qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. -ın məlumatına görə, məhkəmənin hökmü ilə hadisədə təqsirləndirilən 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov 18 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il avqustun 10-da saat 4 radələrində rayonun Yuxarı Tahircal kəndind

16.06.2026 382
.

İran Livanla bağlı ABŞ qarşısında şərt qoydu

İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran arasındakı razılaşmanın kobud şəkildə pozulması kimi dəyərləndiriləcək. xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı bəyanat yayıb. Nazir xarici ölkələrin səfirləri ilə keçirilən görüş zaman

16.06.2026 228
.

Çində 6.3 maqnitudalı zəlzələ oldu

Çinin şimal-qərbində yerləşən Tsinxay bölgəsində 6.3 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkələr Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. İtki və dağıntı barədə hələlik məlumat verilməyib

16.06.2026 191
.

ABŞ-İran razılaşması bu ölkələri də əhatə edəcək

ABŞ-İran münaqişəsinin həlli ilə bağlı razılaşma İsrail, Livan və Fars körfəzi dövlətlərini də əhatə edəcək. xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti C.D. Vens amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində bildirib. "Bu, regional sülh müqaviləsidir. Buraya Fars körfəzi, İsrail və Liva

12:30 79
.

Rusiyadan İrəvana mesaj: Qərbə arxalanmaq vəziyyəti ağırlaşdıra bilər

Ermənistan yalnız Qərbin dəstəyinə güvənərsə, bu, ciddi səhv olar və ölkədaxili vəziyyəti daha da çətinləşdirər. xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin TASS-a açıqlamasında bildirib. O vurğulayıb ki, Ermənistan rəhbərliyi yalnız Qərbin köməyinə v

11:51 94
.

Maştağada 62 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabunçu rayonunda 62 yaşlı kişini elektrik cərəyanı vurub. APA-nın xəbərinə görə, hadisə iyunun 16-da Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1964-cü il təvəllüdlü Fərrux Cavadov evində elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb. Araşdırma aparılır

12:00 93
.

Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verib

Nazirlər Kabineti "Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı"nı təsdiq edib. "Report"a istinadən xəbər verir ki, bununl

16.06.2026 217
.

TOP MP3