"Bu şəxsə qarşı ciddi ölçü götürülməli, cəzasını almalıdır" - Millət vəkili
"Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin KİV-də Azərbaycanla Rusiya arasındakı qarşılıqlı münasibətlərin ruhuna və prinsiplərinə zidd mövqe tutması, bu barədə etdiyi neqativ çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılması gözlənilən idi".
Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O bildirib ki, Mixail Delyaginin "Rossiya-1" kanalında etdiyi çıxış suveren ölkəyə qarşı təcavüzə çağırış, terrorçuluğa, milli, irqi, dini nifrət və düşmənçiliyə təşviqdir:
"Azərbaycan öz suveren ərazilərində antiterror əməliyyatı keçirir. Bu barədə müvafiq strukturlar da məlumatlandırılıb. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın 4-cü maddəsinə uyğun olaraq, Qarabağda qanunsuz erməni silahlı birləşmələri mövcud olmamalıdırlar. Buna baxmayaraq, bəzi dairələr Azərbaycanın daxilində yenidən vəziyyəti gərginləşdirməyə, Qarabağ iqtisadi rayonunda separatçı tör-töküntüləri aktivləşdirməyə cəhdlər edirlər. Azərbaycanın da həmin terrorçulara qarşı əməliyyatlar aparması tam qanunauyğundur. Delyagin kimi separatizmi dəstəkləyən "siyasətçilər"in destruktiv əməli barədə öz ölkələrinin müvafiq qurumları da xəbərdar olmalıdırlar.
Azərbaycanla Rusiya arasında ötən ay müttəfiqlik müqaviləsi imzalanıb. Həmin müqavilədə hər iki tərəfin suveren ərazisində antiterror əməliyyatının keçirilməsi zamanı bir-birini dəstəkləməsi barədə maddə də var. Yəqin ki, Dövlət Dumasının komitə sədrinin müavini olan Delyaginin bu sənəddən xəbəri olmamış deyil. Bir daha vurğulayırıq ki, bu şəxsə qarşı ciddi ölçü götürülməli, o, cəzasını almalıdır.
Bildiyiniz kimi, Azərbaycanın Baş Prokurorluğunda rusiyalı deputata qarşı Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarış elan edilib. İnanırıq ki, haqq-ədalət öz yerini tutacaq, separatizmi, terrorçuluğu dəstəkləyən, digər ölkənin suveren hüquqlarına qarşı çıxan şəxslərə qarşı ciddi ölçü götürüləcək".
Aysel SƏFƏRZADƏ
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1029 Tarix: 31 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?
Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın
09.11.2026 271 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
09.11.2026 278 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
09.11.2026 261 Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10:17 95 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 217 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
09.11.2026 279 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 337 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
09.11.2026 227 Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı
ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd
09.11.2026 262