Qaraciyərin sağlamlığı üçün ən faydalı məhsullar - FOTO
Qaraciyər sağlamlığı üçün tövsiyə olunan məhsullarda əsas meyar onların tərkibində antioksidantların, pektin və ya "Omeqa-3" yağ turşularının olmasıdır.
BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq, hepatoloq İrina Uçurova qaraciyərlə bağlı problem yaşayanlara öz tövsiyələrində bildirib.
Mütəxəssisin sözlərinə görə, qaraciyər bədəni lazımsız, potensial zəhərli komponentlərdən təmizləmək, həmçinin orqanizmdə yağları parçalayan və mənimsəyən xolesterol və öd istehsalına cavabdehdir. O, həmçinin qaraciyərin toxumaları bərpa etmək qabiliyyətinə malik olduğunu, lakin bir insanın pis vərdişləri varsa, əziyyət çəkə biləcəyini vurğulayıb.
"Keşniş, şüyüd, cəfəri, kərəviz, nanə və reyhan kimi göyərtilər antioksidant mənbəyidir. Təbii sorbentlər, məsələn, çuğundur və alma, həmçinin şaftalı, ərik, heyva, armud, üzüm, moruq, qarağat, böyürtkən, qarğıdalı, gavalı çoxlu miqdarda pektin ehtiva edir", - deyə həkim bildirib.
Onun sözlərinə görə, bunlardan başqa, "Omeqa-3" və argininlə zəngin olan qoz-fındıq da rasiona daxil edilməlidir.
"Bu amin turşusu qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirir və onu yağların yığılmasından qoruyur. Faydalı məhsullar siyahısında dəniz balığı və dəniz məhsulları, balqabaq toxumu, küncüt toxumu, toyuq filesi, yumurta və noxud da var", - deyə həkim əlavə edib.
Mütəxəssis yüksək lifli qidaların, o cümlədən kəpəkli çörək, ağ kələm, noxud, mərci, arpa yarması, balqabaq, avokado, buğda yarması, brokkoli, qarabaşaq yarması, yerkökü və almanın toksinlərdən qurtulmağa kömək edəcəyini deyib.
Həkim vurğulayıb ki, bitki yağları, xüsusilə kətan toxumu və zeytun oxşar təsiri ilə məşhurdur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
08.10.2026 851 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 777 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 856 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 965 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 821 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 643 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 978 Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24.10.2026 776 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 708