Fərruxda oğlu itkin düşən ana: "Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir" - FOTO/VİDEO

Fərruxda oğlu itkin düşən ana: "Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir" - FOTO/VİDEOVətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir.

28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adıçəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.

Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb.

Fərrux yüksəkliyində itkin düşən hərbçilərdən biri də Zaqatala rayon sakini Mehman Eminov olub.
Fərruxda oğlu itkin düşən ana: "Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir" - FOTO/VİDEOO, 1974-cü il martın 1-də Zaqatalada anadan olub. Məktəbi bitirdikdən sonra Zaqatala Kənd Təsərrüfatı Texnikumunun arıçılıq şöbəsini bitirib.

M.Eminov könüllü olaraq Ağdam rayonunda vuruşub, topçu olub. 1993-cü il yanvarın 25-də Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Onun anası Fatma Mirzəyeva Oxu.Az-a danışıb.
Fərruxda oğlu itkin düşən ana: "Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir" - FOTO/VİDEOOnun sözlərinə görə, son dəfə oğlunu 1993-cü il yanvarın 12-də görüb:

"Oğlum döyüşə həvəslə gedib. Biz onunla Fərrux yüksəkliyinin yaxınlığındakı Seyidlər kəndində görüşdük və bir gecə onun yanında qaldıq. Çox çətin vəziyyət idi və uzun müddət oğlumu gözlədik. Mehman gələnə kimi ona apardığım ərzağı əsgərlərə payladıq və oğluma bir ovuc yemək qaldı.
Fərruxda oğlu itkin düşən ana: "Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir" - FOTO/VİDEOMehman gecə gəldi və gülə-gülə: "Ana, əsgərlər mənə gətirdiyin ərzağı yeyiblərsə, elə bil ki, mən yemişəm", - dedi. Son dəfə onunla Seyidlər kəndində, məktəblərin birində birlikdə qaldıq. Oğlumun əynində köhnə paltar və ayaqqabı var idi. Soruşdum ki, ay oğul, bunları niyə geyinmisən? Dedi ki, ölən dostunun paltar və ayaqqabısıdır.

Mən özüm komandirə yalvardım ki, oğlumun nənəsi xəstədir, ona icazə versinlər ki, bir neçə gün evimizdə qalsın. Mənə dedilər ki, yanvarın 24-dən sonra ona icazə verəcəklər. Mehmana yalvardım ki, gəl qaçaq, bizimlə gedək. O mənə dedi ki, Vətən üçün, sizin üçün vuruşuram, siz gedin. Biz də oradan çıxıb evə gəldik.
Fərruxda oğlu itkin düşən ana: "Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir" - FOTO/VİDEOYanvarın 24-də döyüş oldu. Sabahı gün televizorda xəbər verildi ki, Fərrux dağı düşmən tərəfindən ələ keçirildi. Balaca qızım, oğlum və mən şok vəziyyətdə qalmışdıq. İllərcə şokda oldum. O qədər onu axtardım ki... (ağlayır). Oğluma icazə verməyən komandirə dedim ki, hanı oğlum? O da mənə dedi ki, oğlun səkkiz nəfərlə birlikdə Fərruxda qalıb".
Fərruxda oğlu itkin düşən ana: "Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir" - FOTO/VİDEOGözüyaşlı ana hələ də oğlunun itkin düşməsini qəbul etmir:

"Oğlumun gələcəyinə indi də ümidim var. Hər gün Allaha yalvarıram ki, mən ölənə kimi oğlumun ölüm xəbəri, ya sağ olduğu xəbəri gəlsin. Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir. Ümidlə gözləyirəm ki, Mehman gələcək".

Fərruxda oğlu itkin düşən ana: "Oğlumun bir barmağı, sümüyü də mənə əzizdir" - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1388   Tarix: 01 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.