Azərbaycan idmanının ən məşhur qızları: "İndi küçəyə çıxanda cavanlar bizi tanımırlar" - VİDEO

Azərbaycan idmanının ən məşhur qızları: "İndi küçəyə çıxanda cavanlar bizi tanımırlar" - VİDEO"Azərreyl" voleybol komandası 1990-cı illərin əvvəlində dünyaya gələnlərin Azərbaycan idman tarixində gördüyü ilk uğurlardan biridir.

"Dəmiryolçular" 2002-ci il martın 10-da Avropa "Top-komandalar" Kubokunu qazanaraq adını tarixin yaddaşına həkk etdirmişdi. Bu il isə o şanlı qələbənin üzərindən 20 il ötür. Faiq Qarayevin baş məşqçisi olduğu komandanın əldə etdiyi bu zəfər heç vaxt yaddaşlardan silinməyəcək.

"Qafqazinfo"nun əməkdaşları həmin qalibiyyətdə iştirak edən altı voleybolçu və baş məşqçi Faiq Qarayevlə söhbətləşiblər.

Komandanın kapitanı Alla Həsənova həmin qələbənin 20 illik ildönümünü unutduğunu deyir: "Qələbəni yaddan çıxarmaq olmur. Amma martın 10-da qalibiyyətimizin 20 ilinin tamam olduğunu unutmuşdum. Həmin vaxt zalda olan atmosferi unutmaq olmur. Dəstək möhtəşəm idi. Bizdən sonra azarkeşlərin voleybola bu cür maraq göstərdiklərini xatırlamıram. Həmin vaxt prezident olan Heydər Əliyevlə görüşü heç vaxt unutmuram. İndi küçəyə çıxanda cavanlar bizi tanımırlar, amma bir az yaşlı insanlar o dəqiqə tanıyırlar. Onlara deyirəm ki, nə yaxşı ki, o günləri unutmamısız".

Komandanın əsas fiqurlarından olan Yelena Parxomenko isə həmin gündən indiki kimi danışır: "O günü indiki kimi xatırlayıram. Azərbaycan voleybolu üçün çox vacib idi. Biz Avrokuboklarda ilk dəfə çıxış edirdik və qələbəyə köklənmişdik, qalib gəlmək istəyirdik. Həmin gün Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev də qarşılaşmanı həyat yoldaşı ilə birlikdə zalda izləyirdi. Onun dəstəyini hiss edirdik və təbii ki, uduza bilməzdik. Bilirdik ki, hamı bu qələbəni istəyir. Hamı həmin matçı xatırlasa da, yavaş-yavaş unudulmağa başlayacaq. Çünki "Azərreyl" artıq yeni qələbələr qazanmalıdır".

Marina Kuzmina isə azarkeşlərin dəstəyindən söz açıb: "Həmin vaxt bütün Azərbaycan xalqının dəstəyini hiss edirdik. Bu matçın idman üçün necə vacib olduğunu anlayırdıq. Onda Azərbaycanda idman inkişaf mərhələsində idi. O qələbədən sonra ölkədə daha çox insan voleybolla maraqlanmağa başladı, gənclər bu idman növünə yönəldilər".

Səbinə Əjdərova oyundan öncə olan həyəcanı belə xatırlayır: "Həmin vaxt çox həyəcanlı idik. Həm rəhbərlik, həm məşqçilər, həm voleybolçular çox həyəcan keçirirdilər. İndi də danışanda tüklərim biz-biz olur. Meydana çıxdığımız an tribunada boş yer yox idi. Nə oturmaq, nə də ayaqüstə qalmaq üçün..."

Uzun israrlardan sonra Azərbaycan dilində danışmağa razılıq verən Yelena Semenyagina kuboku qazanmaq üçün çətin yollardan keçdiklərini bildirib: "Kuboku qazanmaq üçün çox çətin yoldan keçdik. Çox güclü təlim-məşq toplanışları keçmişdik. Bizə hədiyyələr verildi, qızlara qızıl saat bağışlandı".

Oksana Məmmədyarova da fikirlərini bu cür ifadə edib: "Həmin vaxt 23 yaşım var idi. Əsas heyətdə oynayırdım. 20 il keçib, amma o cür qələbəni heç vaxt unutmaq mümkün deyil".

Qələbənin əsas memarı, Azərbaycanda voleybola böyük təkan verən Faiq Qarayev çəkdiyi əziyyətlərdən söz açıb. Təcrübəli məşqçi, hazırda Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti olan Qarayev komandanı necə topladığını açıqlayıb: "Həmin illərdə Azərbaycan voleybolu üçün Avrokuboklarda uğurlu çıxış etmək çox çətin idi. Çünki nə təmir edilmiş zallar, nə top, nə "setka" var idi. Heç bir inventara sahib deyildik. Bütün bunları yaratmağa, xaricdə oynayan voleybolçularımızı yığmağa başladıq. İdmançılarımızın əksəriyyəti Türkiyədə çıxış edirdi. Onları bir yerə topladıq və gərgin çalışmalara başladıq. Həmin illərdə "Top komandalar" kubokunu qazanmaq əziyyət tələb edirdi. Bizə daim dəstək olan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev həmin dönəmdə "Top-komandalar" kubokunun Azərbaycanda keçirilməsini istədi. Bununla bağlı tapşırıq verdi və bu turnir ölkəmizdə baş tutdu.

Biz də Serbiya və Polşadan olan güclü komandaları məğlub edərək kuboku başımızın üzərinə qaldırdıq. Bəzən televiziyalar o kadrları göstərirlər. İlham Əliyev zala endi və komandanı təbrik etdi. 20 il keçsə də, gözümüzün önündə baş verənlər unudulmur. Bu, Azərbaycan idmanının tarixidir. Ən gözəl hədiyyə o idi ki, ulu öndər Heydər Əliyev bizi qəbul etmişdi. O, görülən işləri qiymətləndirdi. Bizə hədiyyələr verdi, mənə öz saatını bağışladı. Sonra topu əlinə götürdü, bir-iki dəfə atdı və voleybol zərbəsi endirdi. Bunu heç kim gözləmirdi, qızlar alqışlamağa başladılar. Sonra bunları dedi: "Elə bilirsiniz, mən voleybol oynaya bilmirəm? Görürsünüz? Zərbəmi götürə bilmədiniz".

Məlumat üçün bildirək ki, o illərin bir oyununu belə qaçırmadığımız "Azərreyl"in voleybolçu heyəti aşağıdakı kimi idi: Alla Həsənova, Yelena Parxomenko, Oksana Parxomenko, Oksana Məmmədyarova, Valeriya Korotenko, İnessa Qorxmaz, Alla Teterina, Yelena Şabovta, İlahə Ağayeva, Yelena Siminyagina, Səbinə Əjdərova, Marina Kuzmina.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2090   Tarix: 01 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.