Gecə klubundakı partlayışda ölən şəxsin kimliyi bəlli oldu – RƏSMİ

Gecə klubundakı partlayışda ölən şəxsin kimliyi bəlli oldu – RƏSMİAzərbaycan Respublikası Baş Prokurorluğu Bakıdakı gecə klublarından birində baş vermis partlaşıyla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Xəbər verildiyi kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.

Partlayış nəticəsində hazırda ölənlərin sayı bir nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova).

37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri yaşayış obyektinə də ziyan dəyib. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5230   Tarix: 03 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kallasdan Ukrayna üçün kritik çağırış: Aİ ölkələri raket-interseptorları Kiyevə versin

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün Aİ ölkələrini ehtiyatlarında olan raket-interseptorları Kiyevə verməyə çağırıb. xəbər verir ki, Kallas bu barədə İrlandiyada Aİ üzv ölkələrinin müdafiə nazirlərini

20:45 93
.

Məşhur müğənni idman zalından çıxanda GÜLLƏLƏNDİ

Hindistanın Uttar-Pradeş ştatında silahlılar məşhur müğənni Ankit Baliyanı güllələyiblər. xarici KİV-ə istinadla bildirir ki, hadisə avqustun 26-da axşam saatlarında Şamli şəhərindəki idman zalının yaxınlığında baş verib. Müğənni aldığı yaralardan həyatını itirib. İki motosikletdə olan dörd nəfər silahlarda

20:00 125
.

Atasını öldürüb meyitini "Bəkdəmir yalı"na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI

Gədəbəy rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Baş Prokurorluqdan -a bildirilib ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu

19:45 134
.

400 manat minimum əməkhaqqı ilə mənzil almaq mümkündür?

"MİDA mənzillərini güzəştli ipoteka ilə əldə etmək istəyən şəxslər üçün ilkin ödəniş minimum 10 faizdən başlayır. Güzəştli ipoteka üzrə faiz dərəcəsi 4 faizdən başlayır, kreditin müddəti isə 30 ilədək ola bilər. Məsələn, 72 min manat məbləğində kredit üçün aylıq ödəniş təxminən 533 manat təşki

14:42 221
.

"Bişkek sammiti Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirir" - İLYAS HÜSEYNOV

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti regionda siyasi və iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycanın da diqqət mərkəzində olduğu sammit Bakı üçün ŞƏT ölkələri ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm platforma kimi qiymətləndirilir. İqtisad

16:41 194
.

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - FOTO - VİDEO

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gedib. Qırğız Respublikasının Prezident

15:03 420
.

Birinci xanımların Bişkekdən maraqlı - Fotoları

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Ayqul Japarova, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Çinin birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə "Ala-Arça" Dövlət iqamətgahında olub. "Qafqazinfo"

14:53 212
.

İllərdir doğru bildiyimiz 7 sağlamlıq mifi: Bəziləri orqanizmə zərər verə bilər

Sosial şəbəkələrdə sağlamlıqla bağlı yayılan məsləhətlərin heç də hamısı elmi faktlara əsaslanmır. Mütəxəssislər insanların illərdir doğru hesab etdiyi bəzi fikirlərin əslində mif olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislər ən çox yayılan 7 sağlamlıq mifini açıqlayıblar. 1. "Səhər yeməy

19:30 148
.

"Ermənistanla yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq"

"Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı bildirib. "Ermənistanla birlikdə qarşılıql

15:28 174
.