Dırnaq yeyən, barmaq soran uşaqlar - Uşaqlıq vərdişi, yoxsa problem göstəricisi?

Dırnaq yeyən, barmaq soran uşaqlar - Uşaqlıq vərdişi, yoxsa problem göstəricisi?Keçirdikləri stress və həyəcanı tam ifadə edə bilmir, buna görə də müxtəlif hərəkətlərlə ifadə etmək məcburiyyətində qalırlar. Ən çox da bu vərdişlər üç-dörd yaşından sonra yaranmağa başlayır.

"Qızımın 2 yaşı var. İməkləyəndən fikir verirəm ki, xalçada, yaxud divanın üstündə tük görəndə ağzına aparır. Düzdür, uşaqlar bir çox əşyalarla belə davranırlar. Amma fikir verirəm ki, bu uşaq daha çox tük görəndə diqqətini çəkir. Nə qədər tərgitdirməyə çalışsaq da, hələ ki faydası olmayıb" - bu sözlər valideyn Ülvi Yaqubluya aiddir. Yəqin ki, hamımız azyaşlı uşaqlarda saçı yolmaq, saçı yemək, barmaq sormaq, dırnaq yemək və s. kimi davranışların olduğunu müşahidə etmişik. Çox vaxt bunlara uşaq vərdişləri deyib keçirik. Amma bəzən qalıcı da olur. Məsələn, Fəridə Quliyevanın övladındakı kimi: "10 yaşında oğlum var. Uşağın dırnaqlarını hər dəfə kəsmək istədikdə görürəm ki, artıq dişləri ilə həll edib. Bu vərdiş övladımda uzun müddətdir var. Hər dəfə danlasaq da, "etmə" desək də, bu davranışından əl çəkə bilmir".

Sual yaranır: Bizim uşaq vərdişi dediyimiz hallar niyə uşaq böyüdükcə keçib getmir? Ümumiyyətlə, bunlar uşaqlıq vərdişidir, yoxsa problemin göstəricisi?

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Qayğı, sevgi, diqqət görməyəndə

Psixoloq Aygül Məlikova deyir ki, uşaqlarda dırnaq yemək, saç yolmaq kimi zərərli vərdişlərin səbəbi iki faktor ola bilər: "Uşaqların doğulandan iki yaşına qədər olan mərhələlərinə baxmalıyıq. Uşaqlar ailədən yetərincə qayğı, sevgi, diqqət görməyəndə diqqət çəkmək məqsədi ilə bunları edə bilərlər. Yaxud da ailədə normadan çox diqqət, qayğı, sevgi görüb, amma bağçada, məktəbdə öz yaşıdları ilə ünsiyyətdə bunları görmədikdə, o zaman da etmələri mümkündür. Bəzən uşaqlar dırnaqlarını eyni ölçüdə görmək istəyir və qayçı ilə alınmayacağını düşünürlər. Ona görə də dırnaqlarını yeyərək eyni ölçüdə saxlamaq istəyirlər".

Daim valideynlərə izah edirik ki...

Pediatr Gülnar Abdullayeva bildirir ki, uşaqlarda zərərli vərdişlər hər hansı xəstəliyin göstəricisi deyil, daha çox psixoloji faktorlar nəticəsində meydana gəlir: "Uşaqlar keçirdikləri stress və həyəcanı tam ifadə edə bilmir, buna görə də müxtəlif hərəkətlərlə ifadə etmək məcburiyyətində qalırlar. Ən çox bu vərdişlər üç-dörd yaşından sonra yaranmağa başlayır. Uşaq daim ananın, atanın yanında olursa, bağçaya gedəndə və ya valideynlər, xüsusən də ana işə getdikdə, onlardan uzaq qaldığı üçün dırnaq yemək pozğunluqları yaranır və vərdişə çevrilir. Əşyaları dişləmək kiçik yaşlı uşaqlarda rast gəlinə bilən hadisə olub, aqressivlik nəticəsində yarana bilir. Həmişə valideynlərə izah edirik ki, böyüklər bir əşyanın bərk və yumşaq olduğunu öyrənmək üçün ona əli ilə toxunur, amma uşaqlar ağızlarına aparmaqla bunu hiss edir. Bu vərdiş üç ayından əmələ gəlir, on səkkiz aya kimi davam edə bilir. Sonra öz-özünə keçib gedir. Saçı yolmaq, yemək ən çox psixoloji durum nəticəsində əmələ gəlir. Biz bunları aradan qaldırmaq üçün psixoloji dəstək məsləhət görürük".

Yaranma səbəbindən asılıdır

Aygül Məlikovanın sözlərinə görə, vərdişlərin qalıcı olub-olmamağı, onun yaranma səbəbindən asılıdır: "Əgər travmaları yoxdursa, çox hallarda bu davranışın qalıcı olduğunu müşahidə etmirik. Ağır travma keçiriblərsə, buna bağlı olaraq barmaqlarını sormağa davam edirlərsə, qalıcı ola bilər. Dırnaqlarını yemək gərginlik və obsessiyalara bağlı olduğuna görə, bəzən qalıcı olur".

Vərdişlərin fəsadları

Psixoloq bildirir ki, zərərli vərdişlər qalıcı olarsa, orqanizmdə müəyyən fəsadlara səbəb ola bilər: "Vərdişlərin hansı fəsadlar verməsinə də diqqət etməliyik. Məsələn, saçı yolmaq, yemək kimi zərərli vərdişlər zamanı tüklər uşaqların mədələrində toplana və sonra mədə spazmasına səbəb ola bilir. Dırnaq yeyən, barmaq soran uşaqların artikular aparatında, xüsusilə də, damaq hissəsində fəsadlara çox rast gəlirik".

Psixoloq dəstəyi

A.Məlikovanın sözlərinə görə, bu vərdişlər zamanı psixoloji yardım almaq vacibdir: "Qalıcı olmamağı üçün yaxşı olar ki, zamanında düzgün terapiya alsınlar. Saçı yemək, yolmaq və yaxud da əşyaları dişləmək kimi problemlər zamanı, uşaqdırsa, uşaq psixiatrından, yetkindirsə, yetkin psixiatrından məsləhət almağı, müalicə qəbul etməyi vacib hesab edirik. Çünki bəzən yalnız psixoloqun dəstəyi yetərli olmur".

Nələri etmək olmaz?

Pediatr deyir ki, valideynlərin bəzi davranışları uşaqları daha da qıcıqlandıra bilər: "Həmin zaman uşağa gülmək, lağ etmək və ya yaxşı bir hərəkət edirmiş kimi alqışlamaq olmaz. Ağızlarına vurmaq, "bir də eləsən dilinə istiot çəkərəm", "yandıraram", "olmaz", "eləmə" demək, şillə vurmaq tövsiyə olunmur. Bunlar, onun bu hərəkətləri artırmasına səbəb olacaq. Bu vərdişləri etdiyi zaman, sadəcə fikrini yayındırmaq, başqa yerə yönəltmək lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1486   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğan ŞƏT görüşündə Orta Dəhliz və Azərbaycanla bağlı mühüm bəyanat verib

"Orta Dəhlizin Azərbaycan üzərindən "Bir kəmər, bir yol" təşəbbüsü ilə də uyğunlaşdırılmasını istəyir və bu çərçivədə təşkilat daxilindəki əməkdaşlığa böyük önəm veririk". xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ŞƏT plyus" formatında görüşdə çıxış

15:10 159
.

Türkiyə-Özbəkistan-Qırğızıstan: Türk dünyasının yeni iqtisadi üçbucağı

"Türk dünyasında son illərdə siyasi və diplomatik münasibətlərlə yanaşı, iqtisadi əlaqələrin də sürətlə inkişaf etdiyi müşahidə olunur. Türkiyə, Özbəkistan və Qırğızıstan arasında mövcud əməkdaşlıq bu prosesin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Üç ölkənin coğrafi mövqeyi, iqtisadi potensial

12:30 174
.

400 manat minimum əməkhaqqı ilə mənzil almaq mümkündür?

"MİDA mənzillərini güzəştli ipoteka ilə əldə etmək istəyən şəxslər üçün ilkin ödəniş minimum 10 faizdən başlayır. Güzəştli ipoteka üzrə faiz dərəcəsi 4 faizdən başlayır, kreditin müddəti isə 30 ilədək ola bilər. Məsələn, 72 min manat məbləğində kredit üçün aylıq ödəniş təxminən 533 manat təşki

14:42 206
.

Bişkek görüşü Cənubi Qafqazda yeni reallığın daha bir təsdiqidir

"Prezident İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından mühüm siyasi hadisə hesab etmək olar. Çünki burada söhbət artıq yalnız sülh haqqında danışmaqdan getmir. Söhbət əldə olunmuş razılaşmaların real həyatd

13:15 177
.

Xaricə investisiya yalnız kapital ixracı deyil, Azərbaycan biznesinin böyümə strategiyasıdır

"Müasir iqtisadi şəraitdə yerli şirkətlərin və sahibkarların xarici ölkələrə investisiya yatırması yalnız kapitalın başqa bazara çıxarılması kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda biznesin böyüməsi, yeni bazarlara çıxış, risklərin şaxələndirilməsi və beynəlxalq təcrübənin əldə olunması baxımında

14:15 314
.

"Azərbaycan-Ermənistan münasibətlərində sülhün institusional və praktiki əsaslarının möhkəmləndirilməsi prosesi gedir" - Könül Nurullayeva

"Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilk növbədə Bakı-Bişkek ikitərəfli münasibətlərinin daha da möhkəmləndirilməsi, Mərkəzi Asiya ilə strateji əməkdaşlığın dərinləşdirilməsi, Ermənistanla normallaşma prosesinin davam etdirilməsi və Azərbaycanın ŞƏT məkanında siyasi-iqtisadi əlaqələrin

17:11 199
.

Media əlaqələri iki qardaş ölkəni daha da yaxınlaşdırır

"Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə, xüsusilə media istiqamətində əməkdaşlığın genişləndirilməsi də diqqət çəkir. Bu proses iki ölkə arasında mövcud olan tarixi, mədən

11:52 147
.

Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz

Sentyabrın 1-də və 2-də Günəşdə partlayış fəallığının əsasən aşağı səviyyədə olacağı gözlənilsə də, güc miqyasına görə sondan əvvəlki - M sinfinə aid partlayışların baş vermə ehtimalı var. TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Qurumun məlumatında qeyd olunu

15:56 174
.

Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri

Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri. ŞƏT sammiti Azərbaycanın regional və qlobal gündəlikdə mövqeyini daha da möhkəmləndirən mühüm diplomatik platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekə işgüza

11:06 178
.