Azərbaycanlı əsirin dəhşətli məktubu - "Qırmızı Xaç" onu sağ görüb, amma xilas etməyib!

Azərbaycanlı əsirin dəhşətli məktubu - "Qırmızı Xaç" onu sağ görüb, amma xilas etməyib!Fərrux kəndi ərazisində bu günlərdə kütləvi məzarlıq aşkarlandı. Həmin insan qalıqları birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aiddir və onların kimliyi DTN analizləri ilə müəyyən ediləcək.

Belə bir ərəfədə Ermənistanın törətmiş olduğu, habelə beynəlxalq qurumların göz yumduğu dəhşətli bir fakt üzə çıxıb.

Belə ki, Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Qırmızı Xaç vasitəsi ilə evlərinə göndərdiyi məktub üzə çıxıb. Əsirin məktubu sosial şəbəkələrdə yayılıb.

Məktubda Laçın Novruzov həmin vaxt sağ olduğunu, Ermənistanın Edili kəndində saxlanıldığını yazıb və ailəsinə onu əsirlikdən qurtamaq üçün yalvarış dolu, ürək sızladan xahiş edib.

Azərbaycanlı əsirin dəhşətli məktubu - "Qırmızı Xaç" onu sağ görüb, amma xilas etməyib!Lakin belə məlum olur ki, Qırmızı Xaç həmin zaman yeri-yurdu dəqiq bəlli olan azərbaycanlının taleyinə biganə yanaşıb, Laçının geri qaytarılması üçün heç bir iş görməyib.

Əsirlikdən qayıtmış bəzi şəxslər iddia ediblər ki, Laçın Novruzov bu məktubunu yazdıqdan bir müddət sonra işgəncələrlə qətlə yetirilib. Harada basdırıldığı məlum deyil...

Amma Laçın Novruzovun taleyi haqda heç bir rəsmi məlumat verilməyib.

Bu məsələdə Qırmızı Xaçın da ciddi məsuliyyəti var.

Qurum bu məktubdan sonra dərhal hərəkətlənməli, yeri dəqiq bilinən əsirin geri qaytarılması, ən azı təhlükəsizliyi üçün Ermənistan qarşısında tələb qoymalı idi. Bunu ediblərmi? Əgər etsəydilər ən azı bir açıqlama yayardılar, ailəsinə məlumat verərdilər. Ancaq bunu etdiklərinə dair heç bir məlumat yoxdur. Ailənin sorğularına cavab da verməyiblər.

Bu məktubdan aydın olur ki, Ermənistanın girov və əsir götürdüyü 4 minə yaxın azərbaycanlıların bir çoxunu Qırmızı Xaçın əməkdaşları sağ ikən görüblər, yerini biliblər. Ancaq onların təhlükəsizliyi, geri qaytarılması üçün heç bir iş görməyiblər və nəticədə onlar ermənilər tərəfindən öldürülüb. Bu Qırmızı Xaç üçün utanc olmalıdır. Laçın Novruzovun timsalında neçə-neçə azərbaycanlının işgəncə altında öldürülüməsini görməzdən gəliblər...

Mənbə: Musavat.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3076   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir

Sentyabrın 1-də Qırğızıstanın Qırğızıstanın paytaxti Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. "ŞƏT-i

12:28 202
.

Birinci xanımların Bişkekdən maraqlı - Fotoları

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Ayqul Japarova, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Çinin birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə "Ala-Arça" Dövlət iqamətgahında olub. "Qafqazinfo"

14:53 201
.

"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır" - millət vəkili Müşfiq Cəfərov

"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır. Bu təşkilat artıq yalnız təhlükəsizlik məsələlərinin müzakirə edildiyi platforma deyil. Burada dünyanın ən böyük beyin mərkəzləri, nəhəng iqtisadiyyatlar, enerji resursları və qlobal ticarətin mühü

14:55 283
.

Avropada transfer pəncərəsi bağlanır: Həlledici saatlar başladı

Avropanın əsas futbol çempionatlarında yay transfer pəncərəsi başa çatmaq üzrədir. xəbər verir ki, İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa klubları transferin son günündə heyətlərini gücləndirmək üçün son cəhdlərini edirlər. Avropanın əsas liqalarında transfer pəncərəsinin bağlanma vaxtlar

19:15 116
.

Məşhur müğənni idman zalından çıxanda GÜLLƏLƏNDİ

Hindistanın Uttar-Pradeş ştatında silahlılar məşhur müğənni Ankit Baliyanı güllələyiblər. xarici KİV-ə istinadla bildirir ki, hadisə avqustun 26-da axşam saatlarında Şamli şəhərindəki idman zalının yaxınlığında baş verib. Müğənni aldığı yaralardan həyatını itirib. İki motosikletdə olan dörd nəfər silahlarda

20:00 82
.

Azərbaycan ilə əməkdaşlıq ŞƏT üçün ciddi üstünlük yaradır

Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley sammiti Avrasiyanın gələcək siyasi və iqtisadi arxitekturası baxımından mühüm mərhələ sayıla bilər. Təşkilat təhlükəsizlik dialoqu formatından nəqliyyat, energetika, ticarət, rəqəmsal transformasiya və sənaye əməkdaşlığını əhatə edə

12:04 191
.

Dörd dəfə evləndi, üç dəfə boşandı: Sevgidə bəxti gətirməyən dünya ulduzları

Dünya şöhrəti, uğurlu karyera və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtlik demək deyil. Şou-biznesin ən tanınmış qadınlarından bəziləri peşəkar sahədə zirvəyə yüksəlsələr də, sevgi münasibətlərində eyni uğuru qazana bilməyiblər. şəxsi həyatında ardıcıl uğursuz münasibətlər və boşanmalar yaşaya

18:30 118
.

Azərbaycanın qlobal və regional diplomatiyada artan çəkisinin növbəti nümayişi

Bişkek sammiti: Azərbaycanın qlobal və regional diplomatiyada artan çəkisinin növbəti nümayişiAzərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana səfəri beynəlxalq siyasi gündəmin diqqətçəkən hadisələrindən biridir

14:14 220
.

Rusiyanın Kiyevə gecə hücumu nəticəsində 8 nəfər ölüb

Rusiya qüvvələri sentyabrın 1-nə keçən gecə Kiyev və Kiyev vilayətinə genişmiqyaslı raket və dron hücumu həyata keçirib. xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində Kiyevdə 8 nəfər həyatını itirib, 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb. Məlumata əsasən

20:15 60
.