Bakıda partlayışa görə tutulan bloger apellyasiya şikayəti verdi: Yataq xəstəsi olan anası var
Bakıda gecə klubunda partlayışa görə həbs edilən sosial şəbəkələrdə bloger kimi tanınan Rəsul Rəsulov apellyasiya şikayəti verib.
Bu barədə APA-ya onun vəkili məlumat verib.
O bildirib ki, ötən gün Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi qərarından şikayət veriblər:
"Rəsul Rəsulov 3-cü qrup əlildir, astma xəstəliyindən əziyyət çəkir. Həmçinin himayəsində yataq xəstəsi olan anası var".
Qeyd edək ki, aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Location" gecə klubunda partlayış baş verməsi nəticəsində bir nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, bir mənzil və iki qeyri yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılır.
Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş "Merser food" MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1930 Tarix: 05 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-Qırğızıstan iqtisadi əməkdaşlığı: yeni mərhələ, yeni imkanlar
"Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq çərçivəsindən müttəfiqlik səviyyəsinə yüksəlib. Bu proses yalnız siyasi və diplomatik münasibətlərlə məhdudlaşmır. Əksinə, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıql
10:41 147 Rusiyanın Kiyevə gecə hücumu nəticəsində 8 nəfər ölüb
Rusiya qüvvələri sentyabrın 1-nə keçən gecə Kiyev və Kiyev vilayətinə genişmiqyaslı raket və dron hücumu həyata keçirib. xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində Kiyevdə 8 nəfər həyatını itirib, 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb. Məlumata əsasən
20:15 1 "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması yalnız iqtisadi maraqlara əsaslanmır" - millət vəkili Pərvanə Vəliyeva
"Prezident İlham Əliyevin Bişkekdə ŞƏT tədbirində iştirakı Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin artan əhəmiyyətini göstərir. ŞƏT-in coğrafiyasına nəzər saldıqda bunun səbəbi aydın görünür. Təşkilat Avrasiyanın böyük hissəsini əhatə edən və dünyanın aparıcı iqtisadiyyatlarını, enerj
11:27 187 Media əlaqələri iki qardaş ölkəni daha da yaxınlaşdırır
"Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə, xüsusilə media istiqamətində əməkdaşlığın genişləndirilməsi də diqqət çəkir. Bu proses iki ölkə arasında mövcud olan tarixi, mədən
11:52 144 Qırğızıstan Azərbaycan üçün Mərkəzi Asiyaya açılan yeni iqtisadi qapıdır
"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana son dövlət səfəri iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı müttəfiqlik münasibətləri haqqında müqavilə ilə yanaşı, energetika, nəqliyyat, maliyyə, investisiya və digər sahələr
15:04 147 Bişkekdə mühüm görüş: Azərbaycan və Ermənistan arasında dialoq davam edir
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində bir sıra mühüm görüşlər keçirilib. Onların arasında ən çox diqqət çəkən görüşlərdən biri Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş olub. Hər iki lider ŞƏT Zirvə toplantısınd
13:45 159 Bişkekdə diplomatik şahmat: Prezident İlham Əliyevin ŞƏT sammitində görüşləri Azərbaycana nə vəd edir?
Azərbaycan Prezidentinin Bişkek diplomatiyası: sülhdən nəqliyyat dəhlizlərinə, regional əməkdaşlıqdan yeni iqtisadi imkanlara qədər.Bişkek son iki gündə yalnız Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edən şəhər deyil, həm də Avrasiya siyasətinin mühüm diplomatik mərkəzlərindən birinə çevrilib
14:25 180 Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi
Aparıcı Lamiyyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasınd
16:40 165 Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri
Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri. ŞƏT sammiti Azərbaycanın regional və qlobal gündəlikdə mövqeyini daha da möhkəmləndirən mühüm diplomatik platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekə işgüza
11:06 175