"İlk missiyam dünyaya övlad gətirmək idi" - Elnarə

"İlk missiyam dünyaya övlad gətirmək idi" - Elnarə"Mənim sənətimdə heç bir zaman sükut yaranmayıb. Elnarə, heç vaxt öz sürətini dayandırmayıb. Öz həmkarlarım, yaşıdlarımdan fərqli olaraq ali təhsilli xanəndəyəm. Milli Konservatoriyanın tələbəsi olmuşam, iki universitet bitirmişəm. Buna ömür, vaxt gedir. 4 uşaq anasıyam. O qədər nüans sadalayaram ki...".

OLAY yazır ki, bu sözləri müğənni Elnarə Xəlilova "Üzə düz" verilişində deyib. Müğənni bildirib ki, yalnız pop musiqi ifa etmir:

"Problem bundadır əslində. Sizə elə gəlir ki, mən sükut içindəyəm, xeyr! Mən öyrənirəm. İstəmirəm mənim tamaşaçımda elə bir fikir yaransın ki, mən bu dünyaya övlad gətirmək, ana olmaq üçün gəlmişəm. Xeyr, heç də elə deyil! Ana olmağımla fəxr edirəm. Bəli, ilk missiyam, qadın olmaq, övlad dünyaya gətirmək idi. Amma sənətimdə heç bir fasilə yoxdur!".

Xəlilova söyləyib ki, tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyət televiziyalarındır:

"Bütün günü radio FM-ləri dinləyirəm. Gəlin, monitorinq edək. Görün radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz?! Xeyr, bu mümkün deyil! Radiolar öz simalarını qoruyub saxladılar amma təəssüf ki, TV barədə bunu deyə bilməyəcəm. Bəlkə, pul, reytinq xətrinə bunu edirlər? Bilmirəm. Hər yoldan, küçədən keçəni pul alıb, efirə çıxardılar. Bayağı musiqi bir yana, biz istəyirik ki, verilişə baxanda mədəniyyət öyrənək! Verilişə baxılası deyil. Nə aparıcı, nə qonaq danışığını bilir. Qonaq, aparıcı özünü apara bilmir, nə aparıcı verilişi apara bilir! Aparıcı sütun olmalıdır, o ağzını Allah yoluna qoyub, efirdə kartof, soğan mövzuları danışdısa, qonaq da onun kimi edir. Mənim və tamaşaçıların təmiz əti tökülür vallah. 10 ildir TV-yə baxmıram, heç özümə də baxmıram!".

İfaçı bildirib ki, heç vaxt toy biznesinə qatılıb, çoxlu pul qazanmaq iddiasında olmayıb:

"Özümü belə xərcləmək istəmədim. Səhnədə daha yaxşı hiss edirəm özümü. Toy da mini konsertdir. Əgər sən hər gün toyda olsan, konsert verməyə gücün qalmaz ki... Başqa bir məsələ, səni hamı hər gün istədiyi məclisdə görürsə, onda sabah sənin konsertinə kim bilet alıb gələr? Tamaşaçı səninçün darıxmalıdır, sən əlçatmaz olmalısan".

Elnarə plastik əməliyyat etdirmədiyini söyləyib:

"Gələcəkdə ehtiyac olarsa, edərəm niyə də yox?! 50 yaşımda edərəm ki, 18 yaşında qız kimi görsənim. Gülür. Təbiiliyi, gözümün qırışlarını, saçımın bəyazlarını sevirəm. İnsan hər yaşda olduğu kimi görünməlidir əslində. Məsələn, bilirik ki, Ajda Pekkan 70-dən yuxarı yaşı var, sinif yoldaşları ilə fotosu paylaşılıb. Baxırsan ki, Ajda kukla kimi, onlar isə nənə kimi görünür. Bu çox qeyri-təbiidir. Bundan qorxuram. 50 yaşın var, niyə cavan qız kimi görünəsən axı? Nədi, odu da?!".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1758   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

09.11.2026 241
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 226
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 229
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 292
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 273
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 211
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 312
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 251
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 223
.