Jalə Həsənli partlayışla bağlı: "Bu qədər nifrət, əsəb, aqressiya ilə hara gedirik?"
Son günlər paytaxtda ard-arda baş verən hadisələr narahatlıq doğurur. Lakin təəssüf ki, bir çoxları baş verən hadisənin dəhşətinə köklənmək əvəzinə, digər absurd mövzularda müzakirələr apardılar.
BiG.AZ-ın Sonxeber.az-a istinadən məlumatına görə, məsələ ilə bağlı tanınmış aparıcı Jalə Həsənli yaranan bu situasiyaya öz şərhini bildirib:
"Son günlərdə baş verənlərlə bağlı nəsə yazmaq istədim, əlim gəlmədi. Sadəcə susdum...
Nə baş verir? Bu qədər nifrət, əsəb, aqressiya ilə hara gedirik? Hara çatacağıq? Lap çatdıq, yanımızda kim olacaq? Niyə bu qədər maraqlıyıq başqalarını müzakirə etməyə? Qarşımızda çilik-çilik olmuş pəncərəni görmək yerinə, çərçivəsindəki balaca ləkəyə niyə ilişib qalırıq? Hadisələrin mahiyyəti qalır kənarda, biz lazımsız nüansları qabardırıq.
Başımız qarışdı insanların gecə həyatına, parlaq gələcəyini söndürən bir gəncin intihar etdiyini görmədik. Yoxsa gördük, amma kiminsə gecə klubunda rastlaşdığı bədbəxt hadisənin müzakirəsi daha maraqlı gəldi? Vətən müharibəsi iştirakçısını deyirəm. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşmüş, Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və "Şücaətə görə" medalları ilə təltif olunmuş, 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu özünü asaraq intihar edib. Həm də ad günündə. Bunu müzakirə etdiniz? Onu bu yoldan çəkindirmək üçün cəmiyyət olaraq nəsə addım atdıq? Axı bizim üçün döyüşmüşdü!
Hər gün Fərrux kəndi yaxınlığında daha bir azərbaycanlı meyidinin qalıqları aşkarlanır. Amma biz bunu müzakirə etmirik. Dünyaya ermənilərin bu vəhşiliyini yaymaq yerinə, öz çatışmazlıqlarımızı daha çox qabardırıq.
Bəs yeni doğulan körpəsini qəsdən öldürüb, zibilliyə atan qadın haqqında necə? Oxudunuz? Özümüzə heç sual verdikmi hansı tərbiyədə övladlar böyüdürük ki, onlar böyüyüb öz övladına qıyacaq qədər rəhmsiz olurlar?! Harada səhv edirik?
Məqsədim heç kimə ağıl öyrətmək deyil, əstəğfirullah, hər kəs özünə görə ağıllı, özünə görə haqlıdır. Sadəcə unutmamalıyıq, bu gün olduğumuz yeri Allah saniyələr içində bizdən alar, yerlə bir olarıq. Kimisə qınamadan öncə bunu düşünək. İnsan qınadığını yaşamamış köçmür bu dünyadan.
Hə, bir də. Ramazan ayıdır axı. Əsl oruc həm də qul haqqı yeməməkdir və 12 ay tutulur. Bu qədər nemət varkən, qul haqqı yeməyək!"
Aysel SƏFƏRZADƏ
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3478 Tarix: 06 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan millisi Dakarda çempion oldu
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna
09.11.2026 241 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
09.11.2026 226 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
09.11.2026 229 Antalyada 102 lider bir araya gələcək
Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri
09.11.2026 292 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
09.11.2026 273 Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi
09.11.2026 211 Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il
09.11.2026 312 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 251 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
09.11.2026 223