Azərbaycan Milli Qəhrəmanının qardaşı oğlu Ukraynada snayper kimi döyüşür - FOTO/VİDEO

Azərbaycan Milli Qəhrəmanının qardaşı oğlu Ukraynada snayper kimi döyüşür - FOTO/VİDEOXocavəndin icra başçısı Eyvaz Hüseynovun qardaşı oğlu Ukraynada ön cəbhədə vuruşur.

Bakupost.az xəbər verir ki, o, Ukrayna ordusunun ən peşəkar snayperlərindəndir.

Möhsün İlyas oğlu Hüseynov Donetsk aeroportunun məşhur 7-lik snayper müdafiəçiləri qrupundadır. 14 ildir snayperdir.

Möhsün 1991-ci ilsə Dnepr şəhərində doğulub, anası ukraynalıdır.

Atası İlyas Hüseynov birinci Qarabağ savaşı başladığı üçün onları Ukraynada qoyub, Azərbaycana qayıdıb. Məlum olduğu kimi, indiki icra başçısı Eyvaz Hüseynov və qardaşı, Milli qəhrəman İbad Hüseynov müharibədə fəal iştiak ediblər. Ukraynadan qayıdan İlyas da ən qaynar nöqtələrdə döyüşüb. Müharibədən sonra isə Ukraynaya qayıtmayıb.

Möshün bir neçə dəfə Azərbaycanda olub.

2007-ci ilə kimi atası ilə əlaqələri olub, sonradan İlyas Hüseynovun rəhmətə getdiyini öyrənib.

Möhsün Ukraynada Maksim adı ilə tanınır. Ukraynanın məşhur və qəhrəman snayperidir.

2015-ci ildə aldığı kontuziya səbəbindən ordudan tərxis olunub. Ukrayna dövləti onu "İgidliyə görə", "Şücaətə görə" medalları ilə təltif edib.

Hazırda o, Ukrayna Vətən Müharibəsində ön cəbhədədir.

Azərbaycan Milli Qəhrəmanının qardaşı oğlu Ukraynada snayper kimi döyüşür - FOTO/VİDEOMaksim döyüş zonasından Bakupost-a verdiyi açıqlamasında, atası və əmilərinin yolunu davam etdirdiyini bildirib:

"Mənim əmilərim də əsgər, döyüşçü, qəhrəman olub. Mən də bu vaxta qədər elə yaşayıb döyüşmüşəm ki, soyadıma xələl gəlməsin.

Ukrayna-Rusiya müharibəsi başlayandan silaha sarılıb ölkəmizin müdafiəsinə qalxdıq.

Azərbaycanda icra başçısı olan əmim və bəzi qohumlar mənə zəng etdilər, onlar təbii ki, bizim təhlükəsizliyimiz üçün narahat idilər, Azərbaycana gəlməyimizi təklif etdilər.

Amma biz gedə bilməzdik. Mən döyüşçüyəm, torpağımı qorumalıyam.

Hazırda anam Türkiyədədir, o 10 ildir orada yaşayır. Qardaşım burada idi, amma artıq Almaniyaya getdi ailəsi ilə. Hər gün zəngləşirik. Ailəm - yoldaşım, oğlum yanımdadır, biz evimizi tərk etmədik. Yoldaşım həkimdir, hamilə qadınları qəbul edir".

Maksim ön cəbhədəki vəziyyət barədə bunları söyləyib:

"İndi təkcə snayperlə döyüşmürəm. Vəziyyətdən asılı olaraq silahları dəyişirik. Daha çox diversiya qruplarını zərərsizləşdirməklə məşğuluq. Rusiya gecə gündüz bura diversiya göndərir.

Həm də yoldaşlarla kəşfiyyat aparırıq. Snayper təkcə kimisə hədəf alıb öldürmək üçün deyil. O həm nəzarətdir, kəşfiyyatdır, həm də ərazi üzrə müşahidəçidir. Burda ruslardan da snayper çoxdur".

Azərbaycan Milli Qəhrəmanının qardaşı oğlu Ukraynada snayper kimi döyüşür - FOTO/VİDEOO, rusiyalı əsgərləri və çeçenlərin son vaxtlar hərbi texnikaları qoyub qaçdığını təsdiq edib:

"Biz Kadırovçular dəstəsinə çeçenlər demirik. Çeçenler mərd, kişidir, Ukrayna tərəfindəndir. Biz tərəfdən burda çeçenlər döyüşür, onlardan heç bir pis münasibət görməmişik.

Kadırov və onun dəstəsi faşist və terrorçudur, biz onlara "çaqqal" deyirik. Onlara aid olmayan torpaqlara namərdcəsinə soxulublar.

Biz rusiyalı əsgərləri mühasirəyə alırıq, diversiya qruplarını məhv edirik. Heç kimi əsir götürmürük. Çox nadir halda əsir götürərik.

Nəyə görə qadınları, uşaqları öldürən, vəhşi faşistləri sağ qoymalıyıq, əsir götürüb harda saxlayacağıq. Döyüşürük, ya biz öləcəyik, ya onlar.

Rusiya ordusu heyətinin 80%-i içərək sərxoş halda silahı götürüb hara oldu kimə oldu atəş açırlar. Onlar həm də çox qorxurlar. Qorxularından başlarını itirirlər.

Onların ruh yüksəkliyi, məqsədi yoxdur. Bizim isə ruhumuz güclüdür. Biz nə üçün döyüşdüyümüzü bilirik, gündən günə də inamımız artır.

Mən hazırda Kiyevdə deyiləm, şəhərlərdən birindəyəm.

Belə düşünürük ki, müharibənin bitməyinə çox qalmayıb. Rus ordusu və Kadırovçular artıq iri texnikmalarını, silahlarını qoyub qaçır.

Onların meyitləri vurulduqları yerdə qalır. Heç özləri öz əsgərlərinin meyitlərini yığmır. Kim yığacaq? Bəzən yerli əhali torpaq qazıb çürümüş meyirləri basdırır ki, leş qoxusu gəlir, xəstəlik yayılar, ekoloji vəziyyətr pisləşər.

Heç Rusiya özü bilmir ki, nə qədər hər gün itkisi olur.

Çox qorxaqcasına taktika qururlar. Əvvəl raket, artelleriyanı işə salırlar, vururlar. Sonra təmizləmə əməliyyatına gəlirlər. Orda da bizim döyüşçmülər, biz onları qarşılayırıq".

Azərbaycan Milli Qəhrəmanının qardaşı oğlu Ukraynada snayper kimi döyüşür - FOTO/VİDEOM.Hüseynov Ukrayna ordusunun da xeyli itki verdiyini etiraf edib:

"Snayper dəstəsindən xeyli həlak olanlarımız olub. Təsəvvür edin, bizim 52 snayperdən 4-5 nəfər sağ qalıb. Biz indi kontrdiversion qrup kimi tapşırıqları yerinə yetiririk. Diversiya qruplarını likvidasiya edirik.

Hər gün onu düşünürük ki, səhərə sağ çıxaq. Biz Putin ordunu son əsgərinə kimi Ukraynadan geri çəkib, Donbası, Krımı qaytarmasını istəyirik. Bunlar olmadan sülh mümkün deyil. Heç kim heç nəyi güzəştə getməyəcək. Biz nəyi güzəştə etməlyik. Necə gəliblər elə də gedəcəklər. Əks təqdirdə Ukrayna onlar üçün məzar olacaq.

Heç bir güzəştə razı deyilik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1500   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 265
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 271
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 227
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 292
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 226
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 212
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 212
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 323
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 242
.