Atasının və ərinin etmədiyini sevgilisi etdi: Qardaşı tərəfindən öldürüldü - TƏFƏRRÜAT

Atasının və ərinin etmədiyini sevgilisi etdi: Qardaşı tərəfindən öldürüldü - TƏFƏRRÜATBərdədə bacısını öldürməkdə təqsirləndirilən Fəqan Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rayonda video-operator işləyən Fəqanın hansı səbəbdən bacısı Nərminəni öldürməsi ictimaiyyət üçün maraq kəsb edir.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, qətl ötən il avqustun 19-da günorta saatlarında Bərdə rayonu ərazisində baş verib. Belə ki, F.Cabbarov 27 yaşlı bacısı Nərminə Behbudovanı yaşadıqları kəndin ərazisindəki əkin sahəsində qətlə yetirib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmədə danışan Fəqan Cabbarov deyib ki, Uğurbəyli kəndində anası, atası, qardaşı, qardaşının arvadı və iki uşağı ilə birlikdə yaşayıb. O, cinayəti necə törətdiyini açıqlayıb:

"Bərdə şəhərində yerləşən "Çinar" restoranında videooperator kimi fəaliyyət göstərirdim. Karantin qaydalarına əsasən, toy mərasimlərinin keçirilməsi dayandırıldığından işsiz qaldım. Buna görə qardaşım ilə birlikdə Tərtər rayonunda yerləşən Laçınlı Süleymana məxsus iri buynuzlu heyvanların saxlanıldığı fermada işləməyə başladım. Bacım Nərminə isə evlənmişdi. Qonşu kənddə yaşayırdı. Fermada işlədiyim zaman yeznəm Səbahəddin mənə zəng elədi. Səsi qəribə gəlirdi. Danışıq zamanı bacımın mobil telefonda başqa bir kişi ilə danışarkən tutulduğunu dedi. Mən həmin vaxt Tərtərdə idim. Tez atama zəng eləyib baş verənləri danışdım. Yeznəmin dediyindən anladım ki, bacım elə Səbahəddinin qohumu ilə münasibət yaşayıb. Həmçinin Səbahəddin dedi ki, bacım gizli telefonla yad kişilərlə danışır. Bunu Nərminə özü də sonradan ərinə təsdiq edib. Nərminə evli olduğu 9 il ərzində telefonu olmayıb. Heç ata evində olanda da onun telefonunun olmasına icazə verilməyib. Sonradan əri də ona telefon almadı. Onda mobil telefonun olmasından heç kimin xəbəri olmayıb. Görünür ki, telefonu ona münasibətdə olduğu həmin şəxs gizlicə alıb. Bu vasitə ilə də rahat danışa biliblər".

Təqsirləndirilən şəxs bildirib ki, yeznəsi ona Nərminənin danışdığı adamla görüşdüyünü deyib:

"Mənə dedi ki, qonşular Nərminənin yad kişi ilə görüşdüyünü görüblər. Mən bu məsələni araşdırmağa başladım. Bacımın kimlə danışdığını müəyyənləşdirmək məqsədi ilə bir neçə dəfə onların kəndinə getdim. Orada müəyyən elədim ki, həmin şəxs elə yeznəmin öz yeznəsinin bacısı oğludur. Lakin onun adını öyrənə bilmədim. Səbahəddinin özü də həmin şəxsdən şübhələnib. Amma heç nə sübut edə bilməyib. Bu söhbətlərdən sonra əri Nərminəni evdən qovdu. Bacım bizim kəndə qayıtdı. Lakin bildi ki, onu öldürəcəm, qorxusundan evimizə gəlmədi. Bir müddət dayımgildə, bir müddət də xalamgildə qaldı. Xalamgildə qalan müddətdə onu öldürmək üçün bir neçə dəfə ora getdim. Lakin Nərminəni aldadıb evdən çıxara bilmədim. Həm də xalamgilin evində qan tökmək istəmirdim".

Fəqan Cabbarov qeyd edib ki, həmin vaxtlar Nərminə xalasıgilə əri Səbahəddinin qohumu ilə münasibətdə olduğunu təsdiq edib:

"Artıq mən Nərminəni öldürməyi qarşıma məqsəd kimi qoymuşdum. 25 gün idi ki, utandığımdan kəndə çıxa bilmirdim. Onu öldürməkdən başqa yolum yox idi. Bu səbəbdən gecə saatlarında evdən çıxıb xalamgilə piyada getdim. Evə daxil olduqda Nərminə və xalam qızı Güneli gördüm. Onlardan başqa evdə heç kim yox idi. 10 dəqiqə orada söhbət elədim. Nərminəni aldadaraq evdən çıxarmağa razı saldım. Yalandan dedim ki, yeznəm evdədir və üzləşməyə aparıram. Taksi ilə kəndin girişinə qədər gəldik. Yolda bir kəlmə belə danışmadıq. Kəndin girişində daşlı yolla gedirdik. Yol boyunca hadisənin baş verəcəyi yeri beynində planlaşdırdım. Nərminəni öldürərkən buna heç kimin mane ola bilməməsi üçün kəndinin giriş tərəfini seçdim. Bu səbəbdən yavaş-yavaş sürətimi azaltdım ki, bacımdan arxada qalım. Bu zaman Nərminə arxaya çönüb mənə tərəf baxdı və nə üçün geridə qaldığımı soruşdu, cavab vermədim. Yonca sahəsinin yanından keçəndə cibimdəki bıçağı çıxaraq bacımın qarın nahiyəsindən vurdum. Həmin zərbədən sonra o yerə yıxıldı və hərəkətsiz vəziyyətdə qaldı. Onun ölümünü sürətləndirmək məqsədilə bir neçə bıçaq zərbəsi də vurdum. Bacımın ölümündən əmin olmaq üçün boğazı hissəsinə də iki zərbə vurdum".

Bacısını öldürən şəxs deyib ki, bıçağı hadisə yerinə ataraq oradan uzaqlaşıb:

"Yoldan taksiyə minərək rayonun özünə getdim. Bir az sakitləşdim. Ordan könüllü şəkildə polisə gedərək təslim oldum. Nərminəni öldürməklə bağlı qərarı tək qəbul etmişəm, onu öldürməyə məni heç kim təhrik etməyib. Məqsədim sadəcə ləkələnmiş olan namusumuzu, şərəfimizi təmizləməkdən ibarət olub".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Cabbarov 10 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1862   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 265
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 271
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 227
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 292
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 226
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 212
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 212
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 323
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 242
.