Bacısını namus üstündə öldürən qardaş: "Telefon işlətməsinə icazə vermirdik"

Bacısını namus üstündə öldürən qardaş: "Telefon işlətməsinə icazə vermirdik"Bərdədə bacısını öldürməkdə təqsirləndirilən Fəqan Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rayonda video-operator işləyən Fəqanın hansı səbəbdən bacısı Nərminəni öldürməsi ictimaiyyət üçün maraq kəsb edir.

BiG.AZ xəbər verir ki, "lent.az" həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, qətl ötən il avqustun 19-da günorta saatlarında Bərdə rayonu ərazisində baş verib. Belə ki, F.Cabbarov 27 yaşlı bacısı Nərminə Behbudovanı yaşadıqları kəndin ərazisindəki əkin sahəsində qətlə yetirib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmədə danışan Fəqan Cabbarov deyib ki, Uğurbəyli kəndində anası, atası, qardaşı, qardaşının arvadı və iki uşağı ilə birlikdə yaşayıb. O, cinayəti necə törətdiyini açıqlayıb:

"Bərdə şəhərində yerləşən "Çinar" restoranında videooperator kimi fəaliyyət göstərirdim. Karantin qaydalarına əsasən, toy mərasimlərinin keçirilməsi dayandırıldığından işsiz qaldım. Buna görə qardaşım ilə birlikdə Tərtər rayonunda yerləşən Laçınlı Süleymana məxsus iri buynuzlu heyvanların saxlanıldığı fermada işləməyə başladım. Bacım Nərminə isə ərdə idi.

Qonşu kənddə yaşayırdı. Fermada işlədiyim zaman yeznəm Səbahəddin mənə zəng elədi. Səsi qəribə gəlirdi. Danışıq zamanı bacımın mobil telefonda başqa bir kişi ilə danışarkən tutulduğunu dedi. Mən həmin vaxt Tərtərdə idim.

Tez atama zəng eləyib baş verənləri danışdım. Yeznəmin dediyindən anladım ki, bacım elə Səbahəddinin qohumu ilə münasibət yaşayıb. Həmçinin Səbahəddin dedi ki, bacım telefonla yad kişilərlə gizli şəkildə danışır.

Bunu Nərminə özü də sonradan ərinə təsdiq edib. Nərminə evli olduğu 9 il ərzində telefonu olmayıb. Heç ata evində olanda da onun telefonunun olmasına icazə verilməyib.

Sonradan əri də ona telefon almadı. Onda mobil telefonun olmasından heç kimin xəbəri olmayıb. Görünür ki, telefonu ona münasibətdə olduğu həmin şəxs gizlicə alıb. Bu vasitə ilə də rahat danışa biliblər".

Təqsirləndirilən şəxs bildirib ki, yeznəsi ona Nərminənin danışdığı adamla görüşdüyünü deyib:

"Mənə dedi ki, qonşular Nərminənin yad kişi ilə görüşdüyünü görüblər. Mən bu məsələni araşdırmağa başladım.

Bacımın kimlə danışdığını müəyyənləşdirmək məqsədi ilə bir neçə dəfə onların kəndinə getdim. Orada müəyyən elədim ki, həmin şəxs elə yeznəmin öz yeznəsinin bacısı oğludur. Lakin onun adını öyrənə bilmədim. Səbahəddinin özü də həmin şəxsdən şübhələnib. Amma heç nə sübut edə bilməyib. Bu söhbətlərdən sonra əri Nərminəni evdən qovdu.

Bacım bizim kəndə qayıtdı. Lakin bildi ki, onu öldürəcəm, qorxusundan evimizə gəlmədi. Bir müddət dayımgildə, bir müddət də xalamgildə qaldı. Xalamgildə qalan müddətdə onu öldürmək üçün bir neçə dəfə ora getdim. Lakin Nərminəni aldadıb evdən çıxara bilmədim. Həm də xalamgilin evində qan tökmək istəmirdim".

Fəqan Cabbarov qeyd edib ki, həmin vaxtlar Nərminə xalasıgilə əri Səbahəddinin qohumu ilə münasibətdə olduğunu təsdiq edib:

"Artıq mən Nərminəni öldürməyi qarşıma məqsəd kimi qoymuşdum. 25 gün idi ki, utandığımdan kəndə çıxa bilmirdim. Onu öldürməkdən başqa yolum yox idi. Bu səbəbdən gecə saatlarında evdən çıxıb xalamgilə piyada getdim.

Evə daxil olduqda Nərminə və xalam qızı Güneli gördüm. Onlardan başqa evdə heç kim yox idi. 10 dəqiqə orada söhbət elədim. Nərminəni aldadaraq evdən çıxarmağa razı saldım. Yalandan dedim ki, yeznəm evdədir və üzləşməyə aparıram. Taksi ilə kəndin girişinə qədər gəldik. Yolda bir kəlmə belə danışmadıq. Kəndin girişində daşlı yolla gedirdik. Yol boyunca hadisənin baş verəcəyi yeri beynimdə planlaşdırdım. Nərminəni öldürərkən heç kimin mane ola bilməməsi üçün kəndinin giriş tərəfini seçdim. Bu səbəbdən yavaş-yavaş sürətimi azaltdım ki, bacımdan arxada qalım.

Bu zaman Nərminə arxaya çönüb mənə tərəf baxdı və nə üçün geridə qaldığımı soruşdu, cavab vermədim. Yonca sahəsinin yanından keçəndə cibimdəki bıçağı çıxaraq bacımın qarın nahiyəsindən vurdum. Həmin zərbədən sonra o, yerə yıxıldı və hərəkətsiz vəziyyətdə qaldı. Onun ölümünü sürətləndirmək məqsədilə bir neçə bıçaq zərbəsi də vurdum. Bacımın ölümündən əmin olmaq üçün boğaz hissəsinə də iki zərbə vurdum".

Bacısını öldürən şəxs deyib ki, bıçağı hadisə yerinə ataraq oradan uzaqlaşıb:

"Yoldan taksiyə minərək rayonun özünə getdim. Bir az sakitləşdim. Oradan könüllü şəkildə polisə gedərək təslim oldum. Nərminəni öldürməklə bağlı qərarı tək qəbul etmişəm, onu öldürməyə məni heç kim təhrik etməyib. Məqsədim sadəcə ləkələnmiş olan namusumuzu, şərəfimizi təmizləməkdən ibarət olub".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Cabbarov 10 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1294   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Birinci xanımların Bişkekdən maraqlı - Fotoları

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Ayqul Japarova, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Çinin birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə "Ala-Arça" Dövlət iqamətgahında olub. "Qafqazinfo"

14:53 174
.

Kamilə Babayevadan dünyasını dəyişən anası ilə bağlı paylaşım

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı anasının görüntülərini yayımlayaraq bunları yazıb:. "Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başıuca və məğrur yaşamağı öyrətdin

10:50 221
.

Rəqəmsal İpək Yolu: Türk Dünyası İKT-də yeni güc mərkəzinə çevrilə bilərmi?

"Azərbaycan və Qırğızıstanın rəqəmsal inteqrasiyası regionun gələcəyini necə dəyişə bilər? İKT sahəsində qurulacaq yeni körpülər sadəcə texnologiya deyil, həm də yeni iqtisadi güc deməkdir". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyini

11:58 164
.

Xaricə investisiya yalnız kapital ixracı deyil, Azərbaycan biznesinin böyümə strategiyasıdır

"Müasir iqtisadi şəraitdə yerli şirkətlərin və sahibkarların xarici ölkələrə investisiya yatırması yalnız kapitalın başqa bazara çıxarılması kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda biznesin böyüməsi, yeni bazarlara çıxış, risklərin şaxələndirilməsi və beynəlxalq təcrübənin əldə olunması baxımında

14:15 266
.

Bişkek diplomatiyası: Azərbaycanın Avrasiya məkanında mövqelərini möhkəmləndirən mühüm siyasi platforma

"İlham Əliyevin ŞƏT sammitində iştirakı və keçirdiyi görüşlər Azərbaycanın regional və qlobal diplomatiyada artan rolunun göstəricisidir. Qırğızıstanın paytaxtı Bişkek bu günlərdə dünya siyasətinin mühüm diplomatik mərkəzlərindən birinə çevrilib. Avqustun 31-dən sentyabrın 1-dək keçirilən Şanxa

13:01 245
.

Amazonda çayın 6 kilometrlik hissəsi 86 dərəcəyə qədər qızır: Səbəb yerin altındadır

Peru Amazonunda suyu çaya düşən kiçik heyvanları belə bişirə biləcək qədər isti olan çay axır. Altı kilometr uzunluğundakı hissədə suyun temperaturu 86 dərəcəyə çatır. Yerli sakinlər bu çayı Şanay-Timpişka adlandırırlar. Adı "günəşin istisindən qaynayan" mənasını verir. Qaynarinfo xəbər veri

31.08.2026 295
.

"Azərbaycanın ŞƏT üçün əsas üstünlüklərindən biri onun əlverişli coğrafi mövqeyidir" - millət vəkili Ülviyyə Həmzəyeva

"Prezident İlham Əliyevin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakı Azərbaycanın Avrasiya məkanında artan siyasi və iqtisadi rolunu bir daha nümayiş etdirir. ŞƏT geniş coğrafiyanı və dünyanın mühüm siyasi-iqtisadi güc mərkəzlərini bir araya gətirən böyük beynəlxalq platformadır

12:04 330
.

Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi

Aparıcı Lamiyyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasınd

16:40 134
.

ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün formal üzvlük statusundan daha çox, Avrasiya məkanının iqtisadi, logistik və enerji xəritəsini formalaşdıran vacib strateji tərəfdaşdır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-d

11:41 148
.