Körpəyə yuxu dərmanı verən valideynlərə XƏBƏRDARLIQ: Bunu etsəniz...
Bir çox azyaşlı uşaqlarda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir. Gecə yuxusu uşaqlar üçün xüsusilə əhəmiyyətlidir və böyümə hormonlarının ifrazı məhz gecə saatlarında daha çox baş verir.Təbii ki, uşaqların gecələr oyaq qalması valideynlər üçün də xüsusi çətinliklər yaradır.
Bəs görəsən, niyə körpələr gecə ilə gündüzü səhv salır? Bu problemlərin yaranma səbəbi nədir? Bu cür hallarda dərman preparatlarının qəbulu düzgündürmü?
Mövzu ilə bağlı "Sonxeber.az"ın suallarını pediatr Qoşqar İsmayılov cavablandırıb.
O bildirib ki, uşaqlar arasında yuxu problemi daha da artıb, valideynlər isə çıxış yolunu yuxu dərmanlarından istifadə etməkdə görürlər:
"Təbii ki, bu proses həkim nəzarəti altında həyata keçirilməlidir. Valideynin özbaşına aptekdən dərman almasının əleyhinəyəm. Aptekdə isə bəzən qeyri-peşəkarlıqdan yuxu dərmanı belə deyil, antihistaminik dediyimiz alergiya əleyhinə, yan təsiri yuxugətirici xüsusiyyəti olan dərmanlar verirlər. Düzdür, müəyyən qədər kömək olur, amma bunun yan təsirləri və əks göstəriciləri var. Yaxşı olar ki, uşaqda yuxu problemi varsa, valideynlər mütləq şəkildə həkimə müraciət etsinlər."
Bəs yuxu problemi nə ilə bağlıdır?
Həkim bildirib ki, ilk öncə yuxu probleminin səbəbi araşdırılmalıdır:
"Əgər problem sinir mənşəlidirsə, deməli, beyni qidalandıran bir qrup vitaminlər çatmır. Ola bilsin ki, melatonin sintezinin pozuntusudur.
Yuxu bir bioloji ritmlə çalışır. Uşaq, vaxtında yatmayanda, vaxtında oyanmayanda bioloji ritm və melatonin sintezi pozulur. Qanda melatonin hormonunun ifrazı azaldıqda isə yuxusuzluq başlayır. Belə olan hallarda həkim mütləq şəkildə həm fiziki, həm də laborator müayinələr etməlidir.
Nəticə olaraq, həkim diaqnozu təstiqlədikdən sonra müəyyən yuxugətirici dərmanlar istifadə eləmək olar. Bəzən isə valideyni düzgün istiqamətləndirməklə yuxu rejimini normallaşdırmaq olar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2318 Tarix: 07 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
09.11.2026 258 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
09.11.2026 217 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 205 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
09.11.2026 184 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
09.11.2026 200 Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində
09.11.2026 217 Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib
09.11.2026 197 Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi
Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma
09.11.2026 144 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 230