"Xahiş etmişdi ki, ona süpürgəçi işi tapım" - Partlayışda ölən xadimənin həyatı...
Aprelin 3-də Səbail rayonunda yerləşən "Location" gecə klubunda baş vermiş partlayışda həlak olan Maya Axundova ilə bağlı bəzi məlumatlar üzə çıxıb.
"Qafqazinfo"nun əməkdaşı 1979-cu il təvəllüdlü qadının doğulub böyüdüyü Yasamal rayonu İslam Səfərli küçəsindəki ünvanda olub.
Məlum olub ki, Maya Axundova bacısı ilə birlikdə 2003-cü ildə buradakı mənzillərini sataraq başqa yerə köçüb. Buna baxmayaraq, onların bəzi qonşularla münasibəti qalıb. Adının açıqlanmasını istəməyən sakin bildirib ki, 90-cı illərdə Maya Axundovanın anası Sabunçu rayonu ərazisində öldürülüb: "Meyiti neft mədənlərinin yaxınlığında tapılıb. Mayagil iki bacıdır. Anasının qətlindən sonra atası da onları atdı, qızlar yetimçiliklə böyümüşdü. Mayanın 2001-ci ildə bir oğlu dünyaya gəlmişdi, o uşağı da tək böyütmüşdü".
Mərhumun digər qonşusu isə deyib ki, onu sonuncu dəfə 5-6 ay əvvəl görüb: "Xeyli vaxt idi süpürgəçilik edirdi. Mənə dedi ki, ona bu ərazidə süpürgəçi işi tapım. Dedim ki, süpürgəçilikdənsə, xadimə kimi işləsə daha yaxşı olar. Deməli, ondan sonra gecə klubunda iş tapıb. Əvvəldən onun və bacısının bəxti gətirməmişdi. Bir bacısı var. O da, Ramanada fermada sağıcı işləyir. Çox məyus oldum..."
O da məlum olub ki, Maya Axundova "Sovetski" adlanan ərazidə kirayə yaşayıb.
Qeyd edək ki, Səbail rayonu Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən "Location" gecə klubunda baş vermiş partlayış nəticəsində 1979-cu il təvəllüdlü Axundova Maya Elçin qızı hadisə yerində, 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı isə xəstəxanada vəfat edib. Hadisə nəticəsində daha 36 nəfər xəsarət alıb, onlardan bəzilərinin vəziyyətləri ağır olduğundan xəstəxanalarda müalicələri davam etdirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb, 3 nəfər həbs edilib, istintaq tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1807 Tarix: 07 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 265 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
09.11.2026 271 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
09.11.2026 227 Antalyada 102 lider bir araya gələcək
Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri
09.11.2026 292 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
09.11.2026 226 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
09.11.2026 212 Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
09.11.2026 212 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 323 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
09.11.2026 242