"Nərminin anası dedi ki, rəisdən pul almağa gəlmişəm"

"Nərminin anası dedi ki, rəisdən pul almağa gəlmişəm"Tovuzun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə araşdırması davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, sonuncu prosesdə Tovuz rayon Polis Şöbəsinin əməkdaşı olmuş, eyni zamanda Nərmini öldürməkdə ittiham edilən İlkin Süleymanovun əmisi oğlu olan Murad Süleymanov ifadə verib.

O deyib ki, meyit tapıldığı günün səhəri şöbədə Nərminin anası Aynurə İsmayılovanı görüb: "Yanvarın 6-da şöbənin qarşısında "razvod" bitdi, içəri keçəndə Aynurə İsmayılovanı gördüm. Dedi ki, rəisdən pul almağa gəlmişəm. Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovu nəzərdə tuturdu. Uşaq itkin olduğu vaxt axtarışlarda iştirak edən polislərə Nərminin fotosu göstərilmişdi. Meyit yanarkən onu görmüşəm. Daha çox qurşaq, qarın nahiyəsi yandırılmışdı. Dizdən aşağı demək olar ki, yanmırdı. Üzündə də alov gördüyümü xatırlamıram. Amma üzü artıq tanınmaz halda idi. Şəxsən tanımadım ki, Nərmindir, yoxsa yox. Meyitin yanması haqda polis rəisinə xəbər verəndən təxminən 15 dəqiqə sonra rəis və müavini Şahlar Cəfərovla gəldilər, ardınca başqa polislər gəldi. Rəis çatan kimi dedi ki, odur - Nərmindir..."

Fotoda: Murad Süleymanov

"Nərminin anası dedi ki, rəisdən pul almağa gəlmişəm"Murad Süleymanovun sözlərinə görə, hadisə yerinə gələn rəis və müavinin əmri ilə heç bir aydınlaşdırma aparılmadan İlkin saxlanılıb: "Bundan sonra mənə qarşı da təzyiqlər başlayıb. Rəis Nərmin mövzusunda söhbət düşən hər yerdə qatilin İlkin olmasını deməyi tapşırmışdı. Mən buna etiraz etdiyimə görə münasibətimiz gərginləşdi. Hətta rəis bir gün polis vəsiqəmi aldı, ertəsi gün qaytardı. Daxili işlər nazirinə raport göndərdim ki, özümə və yaxınlarıma qarşı təzyiqlərlə əlaqədar işdən çıxmaq istəyirəm. Bu teleqramdan sonra məni təcili nazir müavini Seyfulla Əzimovun yanına apardılar. Soruşdu ki, işdən çıxmaq istəməyinin səbəbi nədir? Ona rəisin elədiyi haqsızlıqları danışdım. Dedi ki, Şirzad Əsgərov kimdir sənə bunları desin?! Oradan çıxanda məni general Sahib Mirzəyevin otağına apardılar. O da dedi ki, get, işini işlə. Bilirdim ki, Şirzad Əsgərov məni rahat buraxmayacaq, xəbərdarlıq eləmişdilər. Ona görə iki gün sonra yenə nazirə teleqram vurub, işdən çıxdım".

Nərminin valideynləri Murad Süleymanovu da cinayətdə ittiham ediblər. Onlar iddia edir ki, İlkin bu cinayəti Muradla birlikdə törədib. Hətta Muradın polis olmasından istifadə edərək özünün və İlkinin yaşadığı evdə axtarış aparmağa imkan vermədiyini deyirdilər. Süleymanov məhkəmədə bildirib ki, bu barədə səslənən fikirlər yalandır: "Meyit tapılana qədər nəinki bizim, ümumiyyətlə, kənddəki qonşulardan heç kimin evində axtarış aparılmayıb. Yalnız Nərmingilin özünün və əmisigilin evlərində axtarış aparılıb. Mən kim idim ki, axtarış aparanlara imkan verməyim, adi serjant idim. Məni prokurorluqda Aynurə İsmayılova ilə üzləşdirmişdilər. Böhtan atmışdı ki, guya ona pul təklif eləmişəm. Araşdıranlar da gördü ki, yalandır, bu məsələnin üstünə getmədilər".

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

Xatırladaq ki, hadisədən bir müddət sonra-2021-ci ilin yanvarında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov işdən azad edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1431   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 265
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 271
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 227
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 292
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 226
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 212
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 212
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 323
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 242
.