Dövlət vəsaiti hesabına inşa edilən evlərlə bağlı FƏRMAN

Dövlət vəsaiti hesabına inşa edilən evlərlə bağlı FƏRMANPrezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" fərman imzalayıb.

Bu barədə AZƏRTAC məlumat verib.

Fərmanla yerli icra hakimiyyəti orqanları müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidirlər.

İqtisadiyyat Nazirliyi fərmanda nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməli, fərmanda nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətlərinə baxılarkən yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının inşa edildiyi torpaq sahələri bələdiyyə mülkiyyətində olduğu hallarda həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları və ölçüsü barədə məlumatları belə halın aşkar edildiyi tarixdən bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, yaşayış evləri və çoxmənzilli yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edildiyi hallarda həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etməli, fərmanın bəndlərinin icrası ilə bağlı görülən işlər barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyinin fərmanın bəndinə uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılmasını təmin etmək, fərmanın yarımbəndində göstərilən hallarda, habelə zərurət olduğu hallarda fərmanın yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməsini təmin etmək, yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün tədbirlər görsün və bu barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1909   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 217
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 200
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

09.11.2026 144
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.