"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO

"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTOBu gün Bakı Kitab Mərkəzində fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin "Məhşər divanı: Yalanın 17 anı" sənədli romanının təqdimat mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, təqdimat mərasimində tanınmış şəxslər: dövlət qurumları təmsilçiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcısı Qulu Məhərrəmli kitabın ümumi süjeti və mahiyyətindən bəhs edib. Daha sonra o, çıxış üçün sözü qonaqlara verib.

Millət vəkili Fazil Mustafa bu tip kitabların dünyada tanıdılmasının vacibliyini qeyd edib: "Bu cür kitablarla mübarizə ənənəsi artıq dünya dillərində də nəşr olunmalı, tanıdılmalıdır. Yəni auditoriyanı böyütmək lazımdır. Hansı ki sözügedən kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulub".

Deputat, akademik Ziyad Səmədzadə bu gün üçün informasiya müharibəsi anlayışının aktual olmasından və bu kitabın da informasiya vasitəsi kimi yaxşı vəsait olduğunu vurğulayıb: "Bu kitab bizim hamımızı informasiya müharibəsinə səfərbər edən əsas amillərdən biridir. Kitabda o qədər zəngin faktlar var ki, bütün bunlar erməni vəhşiliyini göstərir".

Dünyada artıq soyqırımı hadisələrinin xüsusi araşdırma istiqamətinin formalaşdığını deyən A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri üzrə elmlər doktoru, professor Kərim Şükürov bu hadisənin əhəmiyyətinə toxunub: "Genosidologiya adlı elmi istiqamət formalaşır. Bu baxımdan, Azərbaycan tarixi boyunca başına gətirilən faciələri daha geniş auditoriyaya çatdırmalıdır ki, dünyada fikir formalaşdıra bilsin".

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə bu tip kitabların davamının olacağını qeyd edib: "Azərbaycan Dünya Təşkilatını formalaşdırırıq. Orada dövlətə, Azərbaycana, turançılığa yönəlik addımlar atacağıq və bu kitab sonuncu deyil".

Xalq yazıçısı Çingiz Abdullayev kitabda adları çəkilən erməni qəsbkarlarının vəhşiliyi məsələsinə toxunub: "Kitabda Azərbaycan xalqına qarşı törədilmiş faciələrin əsas baiskarlarının məhkəməsi qurulub. Amma mən bu siyahıya Sarkisyanı, Koçaryanı, Seyran Akoryanı da əlavə edərdim. Çünki adlarını çəkdiklərim özləri etiraf ediblər: "Biz Xocalıda sübut etdik ki, dinc əhalini də öldürə bilərik".

Yazıçı Varis də hazırkı mübarizənin informasiya tərəfinin aktuallığını diqqətə çatdırıb: "Kitabı nə qədər dünyaya yaysaq, nə qədər tanıtsaq, bir o qədər effektiv olacaq. Bizim müharibəmizin ikinci mərhələsi məhz bu cür aparılmalıdır".
"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTOSonda müəllif Adəm İsmayıl Bakuvi kitabın yazılması tarixçəsindən danışıb: "Mən uşaq olanda nənələrimiz, babalarımız elə faktlar danışırdı ki, o faktları heç vaxt unutmaq olmaz. Məsələn, biri mənim yadımdadır ki, deyirdilər, Şamaxının yuxarısındakı məscidin içində yanan insanların qoxusu Ağsuya qədər çatırdı. Bu tip faktları biz uşaq olanda eşidə-eşidə altşüurumuzda saxlamışdıq. Və bütün bu faciəvi məsələlərin yekununda bu kitab ərsəyə gəldi".

Qeyd edək ki, kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov və jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar Çaxmaqlıdır. Sənədli romanın beynəlxalq rəyçiləri isə İSESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri (Səudiyyə Ərəbistanı), tarixçi, professor Kamal Çiçək (Türkiyə) və Vadim Viktoroviç Mixaylovdur (Rusiya).

445 səhifəlik sənədli romanda eyni millətin (erməni) nümayəndəsi olan 17 nəfərə Böyük Divan qurulur. Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilərə məhkəmə qurulur, onlar müxtəlif cinayətlərdə ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir. Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də baş hakim obrazının dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan erməniyə hökm oxunur.

Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər. Əsərin daha 4 dildə - türk, rus, ingilis və erməni dillərində çapı nəzərdə tutulur ki, artıq rus dilində nəşri hazırda çapa hazırlanır.

"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO"Məhşər divanı: Yalanın 17 anı": Fəlsəfə doktoru sənədli romanının təqdimatını keçirdi - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1290   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 217
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 200
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

09.11.2026 144
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.