Azərbaycanda it-pişik saxlayanlara PİS XƏBƏR
Azərbaycana idxal edilən it-pişik yemlərinin 70 %-i Rusiyanın payına düşür. Son ay yarım ərzində mövcud problemlərə görə qonşu dövlətdən idxal olunan digər məhsullar kimi, bu yemlərin də tədarükündə risklərin ola bilmə ehtimalı ortaya çıxıb.
Çünki Rusiyanın özündə belə yaxın müddət ərzində heyvan yemi çatışmazlığı gözlənilir. Orada daxili bazar iştirakçıları tələbatın artdığını qeyd edirlər. Bəzi ekspertlər yem çatışmazlığını Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") onların bəzi növlərinin idxalına məhdudiyyət qoyması ilə də əlaqələndirirlər. Həmin qərar ötən ilin yayından etibarən qüvvədədir.
Baş verənlər fonunda Rusiyada ev heyvanları üçün quru yemin qiyməti nəzərəçarpacaq dərəcədə artıb - bəzi məhsullar üçün qiymət bir həftə ərzində iki dəfə yüksəlib.
Avropadan Rusiya bazarına tədarüklə bağlı problemlər də var - nəqliyyat tapmaq və təchizatçılara ödəniş təşkil etmək çətindir. Bu baxımdan, Rusiya yem istehsalçıları idxal olunan xammal çatışmazlığı ilə üzləşə bilərlər.
Daxili bazarda belə problemlərlə üzləşən Rusiyanın indiki şəraitdə Azərbaycana hansı şəkildə məhsul göndərəcəyi sual altındadır.
"Report" bu suala cavabı daxili bazar iştirakçıları ilə araşdıraraq tapmaq qərarına gəldi.
Heyvan mağazalarından birinin rəhbəri Teyyub Səlimov bildirib ki, it-pişik yemlərində qıtlıq yaşanmır:
"Rusiya-Ukrayna müharibəsi başladığı ilk 20 gündə daşınmada, məhsulların gətirilməsində problem yarandı. Hazırda isə it-pişik yemləri normal şəkildə gətirilir. Doğrudur, qiymətlərdə artım var. Bütün məhsullarda 2 manata qədər artım müşahidə olunur".
Heyvan yemlərinin Azərbaycana kütləvi gətirilməsi ilə məşğul olan iş adamı Xaləddin Həsənov bildirib ki, daimi partnyorlarla çalışdıqları üçün hazırda it-pişik yemlərinin ölkəyə gətirilməsində heç bir problem yoxdur:
"Nə qədər mal sifariş ediriksə, o qədər də gəlir. Qiymət artımına gəlincə, bu indiki vəziyyətdə qaçılmazdır. Lakin problemlərin tezliklə həll olunacağına ümid edirik".
Başqa bir iş adamı – Elman Xasıyev də bazarda qıtlığın olmadığını deyir:
"Bəzi problemlər yaşasaq da, indi vəziyyət sabitdir. Sifarişçilərimizə çatacaq qədər mal gətirə bilirik. Amma gələcəklə bağlı konkret söz verə bilmərəm. Sabah nəyin necə dəyişəcəyini demək olmaz"./Oxu.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1801 Tarix: 08 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyə-Özbəkistan-Qırğızıstan: Türk dünyasının yeni iqtisadi üçbucağı
"Türk dünyasında son illərdə siyasi və diplomatik münasibətlərlə yanaşı, iqtisadi əlaqələrin də sürətlə inkişaf etdiyi müşahidə olunur. Türkiyə, Özbəkistan və Qırğızıstan arasında mövcud əməkdaşlıq bu prosesin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Üç ölkənin coğrafi mövqeyi, iqtisadi potensial
12:30 166 Azərbaycanlı tennisçi Cahangir Aslanov beynəlxalq turnirin qalibi oldu
Azərbaycanı beynəlxalq arenada təmsil edən gənc tennisçi Cahangir Aslanov növbəti uğuruna imza atıb. BİG.AZ xəbər verir ki, 11 aprel 2016-cı il təvəllüdlü Cahangir Aslanov ilk dəfə 5 yaşında müəllimi Fərid Şirinovun rəhbərliyi ilə tennis məşqlərinə başlayıb. Müəlliminin sözlərinə görə, Cahangir ilk məşqlərdə
12:34 231 Azərbaycanda estetik və plastik əməliyyatlara QADAĞA QOYULUR
Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulacağı haqda xəbər yayılıb. "Yeni Sabah" bildirir ki, bu haqda məlumatı Vətəninfo.az saytı yayıb. Xəbərdə bildirilir ki, ölkədə tibbi sahədə həyata keçirilən sərt tənzimləmələr və islahatlar çərçivəsində ümumi cərrahların fəaliyyət dairəsin
15:34 192 Bakıda "Lavinia Couture" geyim mağazasının açılışı olub
Bakıda yeni geyim mağazası fəaliyyətə başlayıb. BİG.AZ xəbər verir ki, "Lavinia Couture" geyim mağazasının açılışı Mirəli Qaşqay küçəsi 36 ünvanında baş tutub. Açılış mərasimində mağazanın təqdim etdiyi geyim kolleksiyaları qonaqlara nümayiş etdirilib. Yeni mağazada müasir dəb trendlərinə uyğu
11:45 180 İsrail Türkiyə sərhədində "Axilles Qalxanı" qurur
İsrail və Yunanıstan təxminən 3 milyard avro dəyərində genişmiqyaslı müdafiə müqaviləsi imzalayıblar. xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Sazişə əsasən, İsrail tərəfi Afinanın ehtiyacları üçün qabaqcıl, çoxsəviyyəli hava hücumundan və raketlərdən müdafiə sistemi quracaq
31.08.2026 334 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - FOTO - VİDEO
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gedib. Qırğız Respublikasının Prezident
15:03 370 "Bişkek sammiti Azərbaycanın Avrasiyada geoiqtisadi rolunu gücləndirir" - İLYAS HÜSEYNOV
Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti regionda siyasi və iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycanın da diqqət mərkəzində olduğu sammit Bakı üçün ŞƏT ölkələri ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm platforma kimi qiymətləndirilir. İqtisad
16:41 90 Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri
Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri. ŞƏT sammiti Azərbaycanın regional və qlobal gündəlikdə mövqeyini daha da möhkəmləndirən mühüm diplomatik platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekə işgüza
11:06 175 Media əlaqələri iki qardaş ölkəni daha da yaxınlaşdırır
"Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə, xüsusilə media istiqamətində əməkdaşlığın genişləndirilməsi də diqqət çəkir. Bu proses iki ölkə arasında mövcud olan tarixi, mədən
11:52 142