Nikah müqaviləsi nədir? - Azərbaycanda cəmi iki cütlük bağlayıb

Nikah müqaviləsi nədir? - Azərbaycanda cəmi iki cütlük bağlayıbGünümüzdə tez-tez məhkəmələrdə boşanan tərəflər arasında mülk davalarının olduğunu görürük. Hətta bəzən bu davalar o həddə çatır ki, tərəflər sözün əsl mənasında iyrəncləşir. Mübahisələr böyüyür və uşaqları bir-birinə göstərməkdən belə imtina edirlər.

Bütün bunların olmaması üçün isə sadəcə bir yol var, evlənən zaman nikah müqaviləsinin imzalanması...

Bəlkə də çoxumuz bunu eşidəndə nikah müqaviləsi nədir, nikah müqaviləsi elə nikaha daxil olmaq demək deyil deyə soruşduq.

Bu da onu göstərir ki, həqiqətən də nikah müqaviləsindən cəmiyyətimizdə əksər insan xəbərsizdir.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva Lent.az-a açıqlamasında bildirib ki, indiyə qədər Azərbaycanda cəmi 2 cütlük nikah müqaviləsi bağlayıb:

Nikah müqaviləsi nədir? - Azərbaycanda cəmi iki cütlük bağlayıbSədaqət Vəliyeva

"Nikah müqaviləsi, nikaha daxil olan hər iki şəxsin, hər iki tərəfin üzərinə məsuliyyət qoyur və onların öhdəliklərini müəyyən edir. Nikah müqaviləsi valideynlərin gələcəkdə övladları qarşısında məsuliyyətini və baş verə biləcək istənilən halda tərəflərin daşıdıqları məsuliyyəti və vəzifələri də müəyyən edir. Təəssüf ki, Azərbaycanda nikah müqaviləsi könüllü olduğu üçün gənclərimiz ailə həyatı qurarkən nikah müqaviləsi bağlamırlar. Bu gün Azərbaycanda cəmi iki nikah müqaviləsi bağlanmışdır ki, bu müqavilələr də xaricdə təhsil alıb gələn tələbələr tərəfindən imzalanıb".

Deputat deyir ki, nikah müqaviləsi məcburi olmalıdır:

"Dünya ölkələrinin təcrübəsinə baxsaq görərik ki, xarici ölkələrdə boşanma sayının az olmasının əsas səbəbi məhz nikah müqaviləsinin bağlanmasıdır.

Yaxşı olardı ki, Azərbaycanda da nikah müqaviləsi məcburi qaydada olsun. Nikah müqaviləsinin məcburi olması ölkəmizdə boşanma sayının azalmasına, nikaha daxil olan tərəflərin məsuliyyətinin artmasına və boşanmış ailələrin aliment, əmlak bölgüsü və s. kimi problemlərin aradan qalxmasına səbəb olacaqdır".

Bəs, nikah müqaviləsi nədir və o necə bağlanır?

Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, nikah müqaviləsinin bağlanması boşanma zamanı ola biləcək məhkəmə mübahisələrinin qarşısını alır:

Nikah müqaviləsi nədir? - Azərbaycanda cəmi iki cütlük bağlayıbŞamil Paşayev

"Nikah müqaviləsi həm nikahdan əvvəl, həm də nikah dövründə bağlana bilər. Amma müqavilə nikah dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Nikah müqaviləsi yazılı bağlanmalı və notariusda təsdiq olunmalıdır. Bunun mahiyyəti əsas odur ki, ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edir. Şəxslərin indi, gələcəkdə əldə edəcəyi əmlak və əmlaka dair hüquqların necə müəyyən olunacağını özündə ehtiva edir".

Onun sözlərinə görə, nikah müqaviləsi şəxslərin ailə ödənişlərinin, əmlakının idarə edilməsinin rolu və gəlirlərinin bölünməsini özündə əks etdirir:

"Nikah müqaviləsində nəzərə alınacaq əsas məqam ondan ibarətdir ki, tərəflər arasında mübahisə olan zaman ər və yaxud da arvad deyir ki, işləmişəm, 100 min pul qazanmışam və ev almışam. Amma qarşı tərəf işləməyib, indi niyə evi onunla yarı bölməliyəm. Əgər ər-arvad birgə nikah müddətində hər hansı bir əmlak əldə edirsə və nikah müqaviləsi yoxdursa, alınan həmin ev yarı bölünür".

Şamil Paşayev qeyd edir ki, nikah müqaviləsi bağlayan şəxslər şərtləri öz aralarında müəyyənləşdirə bilərlər:

"Nikah müqaviləsi tətbiq olunarkən şəxslər öz aralarında bir-birilərinə şərt qoya bilərlər ki, mənim qazancımla əldə olunan gəlir mənimdir. Mənim adıma olan əmlak mənə aiddir. Bu olarsa, gələcəkdə məhkəmə mübahisələrinin də qarşısını almaq olar. Ona görə də, nikah müqaviləsini bağlamağa təşviq etmək lazımdır. Azərbaycanda bəzən elə bilirlər ki, nikahın dövlət qeydiyyatına alınması ilə nikah müqaviləsi eynidir. Şəxslər qeydiyyat şöbələrinə gedərək, nikaha daxil olublarsa, bu onların nikah müqavilələrinin olması demək deyil. Nikah müqaviləsi notarial qaydada, yazılı formada bağlanmalıdır".

Hüquqşünas həmçinin onu da vurğulayıb ki, nikah müqaviləsinin müddəaları Mülki Məcəllənin müddəalarına uyğun olmalıdır:

"Nikah müqaviləsi dəyişdirilə, pozula və etibarsız hesab oluna bilər. Bununla bağlı şəxslərin məhkəməyə müraciət etmək hüququ var. Nikah müqaviləsi ər-arvad arasında olan əmlak məsələlərini həll edir ki, gələcəkdə hər hansı mübahisə məhkəməyə daşınmasın, vətəndaşlar özləri həll etsin".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1556   Tarix: 08 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 217
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 200
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

09.11.2026 144
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.