Müzəffər ölkəni və qalib xalqı təmsil edən güləşçilərin uğuru
Azərbaycanda idman siyasəti dövlətinin prioritet sahələrindən biridir. Bu sahənin inkişafı ilə bağlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən xeyli işlər görülüb və bu gün də ulu öndərin siyasəti uğurla davam etdirilir. Bu işlərin nəticəsidir ki, müxtəlif idman yarışlarında Azərbaycan bayrağı daim ucalarda dalğalanır. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra isə idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
Azərbaycan idmançılarının növbəti uğuru Macarıstanın paytaxtında qazanılıb. Bir güləşçi kimi mənim üçün xüsusilə fərəhləndirici haldır ki, bu uğuru yenə də güləş üzrə Milli komandamızın üzvləri əldə ediblər. Keçən ay gənc güləşçilərimiz Bolqarıstanda böyük uğur qazanıblar. Bir neçə gün əvvəl isə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Güləş üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri 16 medal qazannaraq bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandılar. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Avropa çempionatında yarışa qatılan 10 idmançımızdan 8-i medalla Vətənə qayıdıb. Onlardan iki qızıl medal, bir gümüş və beş bürünc medalla ümumilikdə 165 xal toplayaraq yunan-Roma güləşi tarixində yeni bir rekorda imza atılıb. İlk dəfə idi ki, yunan-Roma güləşi millimiz komanda hesabında Avropa çempionu oldu.
Bu gün ölkə başçımız cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda idmana xüsusi maraq vardır. Adını dünya idman tarixinə yazdıran idmançılarımız Azərbaycan bayrağını daim uca zirvələrə qaldırırlar. Bütün bunların əsasında hökumətin idmanla bağlı həyata keçirdiyi doğru, düşünülmüş idman siyasəti dayanır. İdman infrastrukturlarının qurulması, bərpası istiqamətində aparılan işlər nəticəsində idmana maraq kütləvi hal alıb. Demək olar ki, bütün sahələr üzrə həm kifayət qədər təcrübəli mütəxəssislər formalaşıb, həm də maddi texniki baza vardır.
İdman və idmançılara olan diqqətin əyani göstəricisi kimi Vətənə Qələbə ilə qayıdan idmançılarımızın və onların məşqçilərinin ölkə başçısı tərəfindən qəbul edilməsi, onların müxtəlif dövlət mükafatları ilə mükafatlandırılması, fəxri adların verilməsi, mənzillərlə təminatı və s. göstərmək olar.
Azərbaycan idman siyasətində əldə etdiyi uğurlara görə dünya ölkələri arasında mühüm yer tutur. Bu zamana kimi bir sıra mötəbər idman yarışları təşkil olunub və artıq kifayət qədər dərin təcrübə əldə olunub. Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədi olduğundan dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, pedaqoq
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 809 Tarix: 09 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Sentyabrın 1-də Qırğızıstanın Qırğızıstanın paytaxti Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. "ŞƏT-i
12:28 152 Bişkekdə mühüm görüş: Azərbaycan və Ermənistan arasında dialoq davam edir
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində bir sıra mühüm görüşlər keçirilib. Onların arasında ən çox diqqət çəkən görüşlərdən biri Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş olub. Hər iki lider ŞƏT Zirvə toplantısınd
13:45 145 Media əlaqələri iki qardaş ölkəni daha da yaxınlaşdırır
"Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə, xüsusilə media istiqamətində əməkdaşlığın genişləndirilməsi də diqqət çəkir. Bu proses iki ölkə arasında mövcud olan tarixi, mədən
11:52 140 İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO
Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hindistanın Baş naziri Narendra Modi ilə səmimi söhbəti olub. həmin görüşdən fotoları təqdim edir:
11:36 172 "ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan Nəbiyev
Azərbaycan 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşıdır və son illərdə təşkilatla əlaqələri daha da dərinləşdirir. Məlum olduğu kimi, Bişkekdə "ŞƏT plyus " formatında yüksək səviyyəli görüş start götürüb. Millət vəkili Rizvan Nəbiyev görüşlə bağlı BİG.AZ-a geniş açıqlama verib:. "Azərbaycanı
15:49 122 Sabah hava necə olacaq?
Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20 isti
14:06 127 Azərbaycanda estetik və plastik əməliyyatlara QADAĞA QOYULUR
Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulacağı haqda xəbər yayılıb. "Yeni Sabah" bildirir ki, bu haqda məlumatı Vətəninfo.az saytı yayıb. Xəbərdə bildirilir ki, ölkədə tibbi sahədə həyata keçirilən sərt tənzimləmələr və islahatlar çərçivəsində ümumi cərrahların fəaliyyət dairəsin
15:34 179 Kamilə Babayevadan dünyasını dəyişən anası ilə bağlı paylaşım
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı anasının görüntülərini yayımlayaraq bunları yazıb:. "Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başıuca və məğrur yaşamağı öyrətdin
10:50 217 Azərbaycanın qlobal və regional diplomatiyada artan çəkisinin növbəti nümayişi
Bişkek sammiti: Azərbaycanın qlobal və regional diplomatiyada artan çəkisinin növbəti nümayişiAzərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana səfəri beynəlxalq siyasi gündəmin diqqətçəkən hadisələrindən biridir
14:14 195