Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Bir neçə gün əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz böyük qələbə ilə Vətənə qayıtmışlar. Belə ki, 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. İdman sahəsində əldə edilmiş nailiyyətləri hər zaman yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev Aprelin 8-də Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Cənab Prezident çıxışında bu tarixi uğuru yüksək qiymətləndirərək bildirmişdir: "Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır".
Bu gün əldə edilən uğurların təməlində gənc nəsilin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan dövlət başçımız bildirmişdir: "Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər".
Prezident İlham Əliyev Azərbaycan idmançılarını feyr-pley prinsipinə həmişə əməl etməyə çağırıb. "İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb."
Xalqımız 44 günlük Vətən müharibəsində qazanılan qələbələrlə tarixinin şanlı səhifələrini yaşadı. İgid oğullarımız düşmənin bütün terrorçu əməllərinə baxmayaraq onlara məhz döyüş meydanında layiqli cavab verərək tarixi torpaqlarımızda Azərbaycan bayrağını dalğalanırdı. Son günlər idmançılarımız əldə etdiyi qələbələrlə yeni şanlı səhifələr yazır, bayrağımızı beynəlxalq arenalarda dalğalandığı və xalqımıza böyük qürur hissi yaşadırlar.
Aysel Mənsimova - politoloq
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 894 Tarix: 09 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 203 Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
09.11.2026 203 Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində
09.11.2026 217 Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?
Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki
09.11.2026 187 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
09.11.2026 210 Şəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı
09.11.2026 195 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 230 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
09.11.2026 205 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 205