Pentaqon: Rusiya Ukraynada döyüş gücünün 20%-ni itirib
Müharibə başlayandan bəri Ukrayna hərbçiləri Rusiya qüvvələrinin 15-20%-ni məhv edib. Rusiya Federasiyası isə Donbasda hücumu gücləndirmək üçün qoşunlarını cəmləşdirir.
Bu barədə Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən "ABC News" məlumat yayıb.
Rəsminin sözlərinə görə, hər biri 800-1000 nəfərdən ibarət batalyon taktiki qrupların (BTQ) bir hissəsi faktiki olaraq məhv edilib. Qoşunların qalan hissəsi Rusiya Federasiyasına və Belarusa geri çəkilib.
"BTQ-də bir ovuc hərbi qulluqçu və bəlkə az miqdarda texnikadan başqa heç nə qalmayıb", - deyə rəsmi bildirib.
O əlavə edib ki, ümumi itkilər baxımından (hərbçi, tanklar, təyyarələr və raketlər) Rusiya Federasiyası ilkin döyüş gücünün 15- 20%-ni itirib. Çıxarılan qüvvələrin bir hissəsi indi Belqorod və Valuykiyə doğru hərəkət edir.
"Lakin orada yeni qoşunların onlara qoşulmaq üçün gözlədiyinə dair heç bir əlamət yoxdur. ...Rusiya BTQ-ləri yerdə qalan qoşunları birləşdirərək, konsolidasiya imkanlarını araşdırır", - deyə nəşr yayıb.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 700 tankı, 1 891 zirehli döyüş maşını, 333 artilleriya sistemi, 108 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarəsi, 135 helikopteri, 1 361 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 112 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 762 Tarix: 09 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır" - millət vəkili Müşfiq Cəfərov
"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır. Bu təşkilat artıq yalnız təhlükəsizlik məsələlərinin müzakirə edildiyi platforma deyil. Burada dünyanın ən böyük beyin mərkəzləri, nəhəng iqtisadiyyatlar, enerji resursları və qlobal ticarətin mühü
14:55 247 İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü olub - FOTO - VİDEO
Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və stratej
10:23 234 Rəqəmsal İpək Yolu: Türk Dünyası İKT-də yeni güc mərkəzinə çevrilə bilərmi?
"Azərbaycan və Qırğızıstanın rəqəmsal inteqrasiyası regionun gələcəyini necə dəyişə bilər? İKT sahəsində qurulacaq yeni körpülər sadəcə texnologiya deyil, həm də yeni iqtisadi güc deməkdir". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyini
11:58 157 Rəqabət Məcəlləsi 2 ildir qüvvədədir: Bazarda nə dəyişib? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda azad rəqabətin təmin olunması və inhisarçılığın qarşısının alınması məqsədilə qəbul edilən Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən artıq iki ildən çox vaxt ötür. 2024-cü il iyulun 1-dən tətbiq olunan yeni məcəllə bazarda rəqabət mühitinin gücləndirilməsi baxımından mühüm hüquqi addım kim
11:00 223 Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri
Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri. ŞƏT sammiti Azərbaycanın regional və qlobal gündəlikdə mövqeyini daha da möhkəmləndirən mühüm diplomatik platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekə işgüza
11:06 171 Media əlaqələri iki qardaş ölkəni daha da yaxınlaşdırır
"Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə, xüsusilə media istiqamətində əməkdaşlığın genişləndirilməsi də diqqət çəkir. Bu proses iki ölkə arasında mövcud olan tarixi, mədən
11:52 139 Kamilə Babayevadan dünyasını dəyişən anası ilə bağlı paylaşım
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı anasının görüntülərini yayımlayaraq bunları yazıb:. "Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başıuca və məğrur yaşamağı öyrətdin
10:50 216 Prezident İlham Əliyevin Bişkek görüşləri: Azərbaycanın regional liderlik xətti
Prezident İlham Əliyevin beynəlxalq platformadakı görüşləri ölkəmizin regional və qlobal proseslərdə artan rolunu bir daha nümayiş etdirdi. Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti Azərbaycanın xarici siyasəti baxımından mühüm diplomatik hadisə kimi yadda qalır. Prezident İlham Əliyevi
11:10 156 Bişkekdə diplomatik şahmat: Prezident İlham Əliyevin ŞƏT sammitində görüşləri Azərbaycana nə vəd edir?
Azərbaycan Prezidentinin Bişkek diplomatiyası: sülhdən nəqliyyat dəhlizlərinə, regional əməkdaşlıqdan yeni iqtisadi imkanlara qədər.Bişkek son iki gündə yalnız Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edən şəhər deyil, həm də Avrasiya siyasətinin mühüm diplomatik mərkəzlərindən birinə çevrilib
14:25 154