Cəlilabadın 9 kəndində internet problemi yaranıb
Cəlilabad rayonunun 9 kəndinə telefon xətlərinin çəkilməməsi sakinlərin həm də internetdən istifadəsini məhdudlaşdırıb.
Bu barədə "Report"un Muğan bürosuna yerli sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, rayonun bir sıra kəndlərində telefon xətləri bərbad vəziyyətdə olduğu üçün istifadəsi mümkün deyil: "Bu problem bir neçə ildir ki, davam edir. Rayonun Astanlı, Fərzili, Zopun, Abdullu, Suluçeşmə, Cəfərli, Cünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndlərinin ümumilikdə 5 000-dən çox əhalisi olsa da, cəmi 70-ə yaxın evə telefon və internet xətti çəkilib. Həmin xətlər də qırılaraq tökülüb. İnternet də demək olar, yox vəziyyətindədir".
Problem ilə bağlı "Aztelekom" MMC-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz ediləcək: "MMC-nin Cənub Regional Filialının xidməti ərazisinə daxil olan Cəlilabad rayonunda 9 000-ə yaxın istifadəçi tutumlu şəbəkə üzərindən sakinlərə rabitə xidmətləri göstərilir. Sözügedən rayonda yeni yaşayış massivlərinin salınmasını və sakin artımını nəzərə alaraq burada telekommunikasiya infrastrukturunun yenilənməsi işlərinə başlamışıq. Hazırda GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında optik layihə tətbiq edilən ərazilərdə köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz edilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 878 Tarix: 10 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBişkek görüşü Cənubi Qafqazda yeni reallığın daha bir təsdiqidir
"Prezident İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından mühüm siyasi hadisə hesab etmək olar. Çünki burada söhbət artıq yalnız sülh haqqında danışmaqdan getmir. Söhbət əldə olunmuş razılaşmaların real həyatd
13:15 150 Xaricə investisiya yalnız kapital ixracı deyil, Azərbaycan biznesinin böyümə strategiyasıdır
"Müasir iqtisadi şəraitdə yerli şirkətlərin və sahibkarların xarici ölkələrə investisiya yatırması yalnız kapitalın başqa bazara çıxarılması kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda biznesin böyüməsi, yeni bazarlara çıxış, risklərin şaxələndirilməsi və beynəlxalq təcrübənin əldə olunması baxımında
14:15 220 İsrail Türkiyə sərhədində "Axilles Qalxanı" qurur
İsrail və Yunanıstan təxminən 3 milyard avro dəyərində genişmiqyaslı müdafiə müqaviləsi imzalayıblar. xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Sazişə əsasən, İsrail tərəfi Afinanın ehtiyacları üçün qabaqcıl, çoxsəviyyəli hava hücumundan və raketlərdən müdafiə sistemi quracaq
31.08.2026 328 "Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"
"Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı deyib. Dövlət başçıs
15:16 111 Səhranın altında nəhəng uran xəzinəsi tapıldı: Dünya enerji bazarı dəyişə bilər
Çin 2025-ci ildə öz ərazisində təxminən 30 milyon ton həcmində nəhəng uran yatağı aşkarlayıb. Yataq Daxili Monqolustan Muxtar Rayonunda yerləşən Ordos səhrasında müəyyən edilib. Qaynarinfo xəbər verir ki, hazırda Çində eyni vaxtda 11 yeni nüvə reaktoru inşa edilir. Bu səbəbdən ölkənin öz uran ehtiyatlar
31.08.2026 335 Azərbaycan-Qırğızıstan iqtisadi əməkdaşlığı: yeni mərhələ, yeni imkanlar
"Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq çərçivəsindən müttəfiqlik səviyyəsinə yüksəlib. Bu proses yalnız siyasi və diplomatik münasibətlərlə məhdudlaşmır. Əksinə, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıql
10:41 141 ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün formal üzvlük statusundan daha çox, Avrasiya məkanının iqtisadi, logistik və enerji xəritəsini formalaşdıran vacib strateji tərəfdaşdır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-d
11:41 144 AB Rusiyaya qarşı böyük sanksiyaya hazırlaşır
Avropa Birliyinin (AB) Rusiyaya qarşı yeni sanksiya paketinin oktyabrın ortalarında qəbul ediləcəyi gözlənilir. xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb. Məlumata görə, paketə Rusiyadan 800 fiziki şəxs və 800 şirkət olmaqla, ümumilikdə 1600 şəxsin və qurumun daxil edilməsi müzakir
31.08.2026 291 Azərbaycanın qlobal və regional diplomatiyada artan çəkisinin növbəti nümayişi
Bişkek sammiti: Azərbaycanın qlobal və regional diplomatiyada artan çəkisinin növbəti nümayişiAzərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana səfəri beynəlxalq siyasi gündəmin diqqətçəkən hadisələrindən biridir
14:14 186