Əhaliyə XƏBƏRDARLIQ - 30 manat cərimələnə bilərsiz
Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.
Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.
Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur:
vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.
Vətəndaşlar olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (www.bpqmi.gov.az) internet sayıtına daxil olub, E-qeydiyyat bölümündə (https://e-qeydiyyat.bpqmi.gov.az/login) fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2293 Tarix: 10 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan ilə əməkdaşlıq ŞƏT üçün ciddi üstünlük yaradır
Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley sammiti Avrasiyanın gələcək siyasi və iqtisadi arxitekturası baxımından mühüm mərhələ sayıla bilər. Təşkilat təhlükəsizlik dialoqu formatından nəqliyyat, energetika, ticarət, rəqəmsal transformasiya və sənaye əməkdaşlığını əhatə edə
12:04 128 Kobudluğa necə reaksiya verməli? - Üstünlük qazandıracaq 3 sadə ifadə
Kimsə birbaşa üzünüzə təhqiramiz söz dedikdə, necə cavab verəcəyinizi və hansı reaksiyanı göstərəcəyinizi bilməyə bilərsiniz. Lakin psixoloqlar hesab edirlər ki, hörmətsizliyə dərhal son qoymaq və insanların sizinlə belə davranmasına imkan verməmək vacibdir. Qaynarinfo xəbər verir ki, "YourTango"nu
31.08.2026 300 İlham Əliyevin Bişkekdə Rəcəb Tayyib Ərdoğanla görüşü olub - FOTO - VİDEO
Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və stratej
10:23 230 Amazonda çayın 6 kilometrlik hissəsi 86 dərəcəyə qədər qızır: Səbəb yerin altındadır
Peru Amazonunda suyu çaya düşən kiçik heyvanları belə bişirə biləcək qədər isti olan çay axır. Altı kilometr uzunluğundakı hissədə suyun temperaturu 86 dərəcəyə çatır. Yerli sakinlər bu çayı Şanay-Timpişka adlandırırlar. Adı "günəşin istisindən qaynayan" mənasını verir. Qaynarinfo xəbər veri
31.08.2026 289 Ərdoğan ŞƏT görüşündə Orta Dəhliz və Azərbaycanla bağlı mühüm bəyanat verib
"Orta Dəhlizin Azərbaycan üzərindən "Bir kəmər, bir yol" təşəbbüsü ilə də uyğunlaşdırılmasını istəyir və bu çərçivədə təşkilat daxilindəki əməkdaşlığa böyük önəm veririk". xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ŞƏT plyus" formatında görüşdə çıxış
15:10 71 Bir stəkan "İstisu"nun diplomatiyası - KÖŞƏ YAZISI
Bəzən diplomatiyanın ən təsirli cümlələri rəsmi bəyanatlarda səslənmir. Bəzən bir stəkan su, bir təbəssüm, bir səmimi jest dövlətlər arasında uzun-uzadı danışıqlardan daha çox söz deyir. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında yaşanan həmin qısa, amma mənas
15:11 134 Paşinyan Bişkekdə Modi ilə görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan və Hindistanın Baş naziri Narendra Modi arasında Bişkekdə görüş keçirilib. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, liderlər iqtisadiyyat, texnologiya, səhiyyə və əczaçılıq, təhsil, infrastruktur, investisiya və turizm sahələrind
31.08.2026 280 Bakıda "Lavinia Couture" geyim mağazasının açılışı olub
Bakıda yeni geyim mağazası fəaliyyətə başlayıb. BİG.AZ xəbər verir ki, "Lavinia Couture" geyim mağazasının açılışı Mirəli Qaşqay küçəsi 36 ünvanında baş tutub. Açılış mərasimində mağazanın təqdim etdiyi geyim kolleksiyaları qonaqlara nümayiş etdirilib. Yeni mağazada müasir dəb trendlərinə uyğu
11:45 162 İsrail Türkiyə sərhədində "Axilles Qalxanı" qurur
İsrail və Yunanıstan təxminən 3 milyard avro dəyərində genişmiqyaslı müdafiə müqaviləsi imzalayıblar. xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Sazişə əsasən, İsrail tərəfi Afinanın ehtiyacları üçün qabaqcıl, çoxsəviyyəli hava hücumundan və raketlərdən müdafiə sistemi quracaq
31.08.2026 325