Rafiq Hüseynov: "Heç bir ölkədə Prezident idmançılarla bu qədər maraqlanmır"

Rafiq Hüseynov: "Heç bir ölkədə Prezident idmançılarla bu qədər maraqlanmır""Bu, dünyada analoqu olmayan rəhbərlik sistemidir, çünki heç bir ölkədə prezident öz xalqı, milləti və idmançıları ilə bu qədər maraqlanmır".

Bunu "Report"a açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Prezident İlham Əliyevlə görüş barədə danışarkən deyib.

82 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan dünya və üçqat Avropa çempionu bildirib ki, ölkə başçısının qəbulunda olmaq hər bir idmançının arzusudur: "Hamı istəyər ki, cənab Prezident onu mükafatlandırsın. Biz də bu şərəfə nail olmuşuq. Ölkə başçısı şəxsən hər birimizlə maraqlanır və bizim haqqımızda məlumatı var. İdmançılar olaraq çox xoşbəxtik ki, belə Prezidentimiz var və bizə dəyər verir".

Prezident İlham Əliyevin Azərbaycan Güləş Federasiyasına yenidən 1 milyon manat ayırdığını xatırladan titullu güləşçi bunun ölkədə idmanın inkişafına təkan verilməsinin və kifayət qədər işlər görülməsinin sübutu olduğunu söyləyib: "Həm də idman daim diqqət mərkəzindədir. Bu, tərifə və alqışa layiq addımdır. Öz adımdan və komanda yoldaşlarımın adından cənab Prezidəntə bir daha təşəkkür edirəm. Ona minnətdarlığımı bildirirəm. İnanıram ki, bundan sonra da yaxşı nəticələr qazanacağıq və yenidən bu şəkildə mükafatlandırılacağıq. Bu, bizim üçün çox böyük motivasiyadır. Motivasiyalar nə qədər çox olsa, Azərbaycan idmanı bir o qədər inkişaf edəcək. İdman inkişaf etsə, xalqımız və gənclərimiz sağlam olacaq. Bu, birbaşa bizim ölkənin siyasətidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 935   Tarix: 10 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib" - MEDİA

"Son günlər Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir". "Qafqazinfo"

31.08.2026 202
.

Amazonda çayın 6 kilometrlik hissəsi 86 dərəcəyə qədər qızır: Səbəb yerin altındadır

Peru Amazonunda suyu çaya düşən kiçik heyvanları belə bişirə biləcək qədər isti olan çay axır. Altı kilometr uzunluğundakı hissədə suyun temperaturu 86 dərəcəyə çatır. Yerli sakinlər bu çayı Şanay-Timpişka adlandırırlar. Adı "günəşin istisindən qaynayan" mənasını verir. Qaynarinfo xəbər veri

31.08.2026 288
.

Kamilə Babayevadan dünyasını dəyişən anası ilə bağlı paylaşım

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı anasının görüntülərini yayımlayaraq bunları yazıb:. "Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başıuca və məğrur yaşamağı öyrətdin

10:50 208
.

Birinci xanımların Bişkekdən maraqlı - Fotoları

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Ayqul Japarova, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Çinin birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə "Ala-Arça" Dövlət iqamətgahında olub. "Qafqazinfo"

14:53 94
.

Bişkek görüşü Cənubi Qafqazda yeni reallığın daha bir təsdiqidir

"Prezident İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından mühüm siyasi hadisə hesab etmək olar. Çünki burada söhbət artıq yalnız sülh haqqında danışmaqdan getmir. Söhbət əldə olunmuş razılaşmaların real həyatd

13:15 135
.

Putin və Szinpin görüşdü

Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Szinpin arasında Bişkekdə görüş keçirilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Görüşün təfərrüatı açıqlanmayıb. Qeyd edək ki, Putin və Szinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstanda səfərdədir

31.08.2026 227
.

"Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"

"Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxışı zamanı deyib. Dövlət başçıs

15:16 49
.

Bir stəkan "İstisu"nun diplomatiyası - KÖŞƏ YAZISI

Bəzən diplomatiyanın ən təsirli cümlələri rəsmi bəyanatlarda səslənmir. Bəzən bir stəkan su, bir təbəssüm, bir səmimi jest dövlətlər arasında uzun-uzadı danışıqlardan daha çox söz deyir. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında yaşanan həmin qısa, amma mənas

15:11 115
.

Paşinyan Bişkekdə Modi ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan və Hindistanın Baş naziri Narendra Modi arasında Bişkekdə görüş keçirilib. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, liderlər iqtisadiyyat, texnologiya, səhiyyə və əczaçılıq, təhsil, infrastruktur, investisiya və turizm sahələrind

31.08.2026 279
.