Ana sevgilisi ilə birlikdə oğlunun meyitini qamışlığa atdı - Goranboyda tükürpədən olay

Ana sevgilisi ilə birlikdə oğlunun meyitini qamışlığa atdı - Goranboyda tükürpədən olayGoranboy rayonunda 1987-ci il təvəllüdlü Daşqın sevgi münasibətində olduğu Zəminənin 11 yaşlı övladı İdrakı (adlar şərti verilib - red.) öldürüb.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Daşqın 13 avqust 2021-ci ildə, saat 20 radələrində rəsmi nikahı olmadan, faktiki ər-arvad kimi birgə yaşadığı Zəminənin oğlu İdrakın həyətdə oynayaraq səs-küy salmasından qonşusunun şikayətinə görə əsəbiləşib.

O, kirayə qaldıqları otağın giriş qapısının qarşısında İdrakın üz nahiyəsinə 2 dəfə şillə ilə vurub.

Bundan sonra əsəbi soyumadığı üçün İdrakı otağa salaraq təpiklə vurub. Nəticəsində İdrak avqustun 15-də, saat 8 radələrində yaşadığı evdə ölüb.

İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2020-ci ilin yay aylarında Goranboy şəhərində kafe açıb: "Həmin ərəfələrdə Zəminə ilə tanış oldum. Zəminə Goranboy şəhərində yaşayan Ləman adlı qadının evində kirayəşdə yaşayıb və əxlaqsız həyat tərzi keçirib. Mən də Zəminə ilə intim münasibətdə oldum.

Kafeni işlədərkən mənə ofisiant lazım oldu. Bu barədə Zəminəyə təklif etdim. O da təklifimlə razılaşdı. Əxlaqsız həyat tərzindən uzaqlaşacağını mənə söz verdiyindən onunla qeyri-rəsmi nikah münasibətlərinə daxil oldum, birgə yaşamağa başladıq. Zəminə və onun iki azyaşlı övladları ilə birlikdə kirayədə yaşadıq.

Zəminənin birinci eviliyindən İdrak və Mətləb adlı uşaqları olub. İdrakın əqli cəhətdən problemləri olub. Tez-tez qaldığımız evdə dəcəllik edib, pəncərələrin şüşələrini sındırıb. Bu barədə ev yiyəsi mənə və Zəminəyə şikayətlənib. Mən isə İdrakı tez-tez danlayaraq onu tənbeh etmişəm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 13 avqust 2021-ci ildə saat 20 radələrində Zəminə ilə birlikdə yaşadıqları evə gəliblər: "Ev yiyəsi mənə və Zəminəyə İdrakın yenə dəcəllik edərək pəncərələrin şüşələrini sındırdığını dedi. İki dəfə İdrakın sifətinə şillə vurdum. Zəminə də onun sifətinə iki şillə vurdu.

Sonra İdrakı evə saldım. Zəminənin yanında onun sinəsinə ayağımla iki təpik vurdum, yerə yıxdım. Hər iki zərbədən sonra İdrak ayağa qalxdı. Mən isə yenə yumruqla, şillə ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Sonra bayırdan cubuq gətirdim və İdrakı həmin çubuqla döydüm. Bu səbəbdən İdrak ağladı.

Həmin vaxt Zəminə yanımızda, ev yiyəsi isə qapının astanasında dayanaraq bizə baxıblar. İdrakı döydükdən sonra bayıra çıxdım. Zəminə isə İdrakı və Mətləbi götürərək hamama apardı. Ertəsi gün İdrakın bədənində, qollarında və sifətində qançırlar əmələ gəldi".

Daşqın qeyd edib ki, avqustun 15-də saat 8 radələrində Zəminə ona zəng edib və İdrakın öldüyünü bildirib: "Mən də dərhal evə gəldim. İdrakın öldüyünə əmin oldum. Ev sahibi də İdrakın ölməsini bildi.

Mən və Zəminə İdrakın meyitini xalçaya bükdük. Saat 22 radələrində taksi kimi fəaliyyət göstərən Ərəstunu çağırdım. İdrakın meyitini Zəminə ilə birlikdə avtomobilə Goran qəsəbəsində alçipan zavodunun yanına gətirdik. Orada Ərəstuna 5 manat verib yola saldım. Mən isə Zəminə ilə birlikdə İdrakın meyitini qamışlıq sahəyə atdıq. Sonra birlikdə Goran dairəvi yola gəldik. Orada taksiyə mindik, evə gəldik".

Təqsirləndirilən şəxs bildirib ki, avqustun 19-da Zəminə Goranboy rayon polis şöbəsinə gedib və İdrakın itkin düşməsi barədə məlumat verib: "Avqustun 22-də Goranboy rayon polis şöbəsində olarkən Zəminə İdrakın mənim tərəfimdən döyüldükdən sonra ölməsi barədə məlumat verdi. İdrakı öldürmək niyyətim olmayıb".

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində əmisi Əli ifadə verib. O bildirib ki, Zəminə onun qardaşının yoldaşı olub: "Bir neçə il yoldaşı ilə yaşadıqdan sonra evdən getdi. Bir müddət sonra onun Goranboy şəhər sakini Daşqınla qeyri-rəsmi münasibətdə yaşadığını və uşaqlarının da onunla birlikdə olduğunu bildik. Avqustun 15-də Daşqın İdrakı döyməsi nəticəsində öldüyünü eşitdik. Təqsirləndirilən şəxsdən şikayətçi deyiləm".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Daşqın 11 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1099   Tarix: 10 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 198
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 226
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.