Zaurun mahnısı trendə çevrildi - VİDEO
Aparıcı Zaur Baxşəliyev yeni mahnı ifa edib.
Axşam.az xəbər verir ki, bəstə "Dur gəl gedək" adlanır. Baxşəliyev mahnısını aparıcısı olduğu "Zaurla Günaydın" proqramında təqdim edib. Onun bu ifası yutubda trendə çevrilib.
Z.Baxşəliyev bildirib ki, mahnını 3 il əvvəl iranlı bəstəkardan alıb:
"İranlı müğənni-bəstəkar Afşin pandemiyadan qabaq bu mahnını mənə vermişdi. Musiqisini və sözlərini o yazıb. Mahnı 3 ildir məndədir, amma oxumamışdım. Təxminən 5-6 gündür səsyazma studiyasında yazdırdıq. Dünən gecə yutub kanalına yüklədikdən sonra artıq trendə çevrilib".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










