DYP-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

DYP-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQBaş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

BiG.AZ-ın məlumatına görə, müraciət dumanlı hava şəraiti ilə bağlıdır:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsi məhdudlaşıb. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşması ehtimal olunur ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.

Qatı duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar".

Qeyd edək ki, Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, ölkə ərazisində dumanlı hava şəraiti aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 825   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Gecə içkili gəlib dedi ki, sizi baltalayacağam" - Qusardakı dəhşətli qətlin TƏFƏRRÜATI

Qusarda qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. -ın məlumatına görə, məhkəmənin hökmü ilə hadisədə təqsirləndirilən 1958-ci il təvəllüdlü Vəkil Əlibəyov 18 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il avqustun 10-da saat 4 radələrində rayonun Yuxarı Tahircal kəndind

20:30 0
.

"Bütün sinif otaqlarında kamera sistemi quraşdırılmalıdır" - TƏHSİL EKSPERTİ ELÇİN MURADLA MÜSAHİBƏ

"Məktəblərdə kamera sistemi bütün otaqlarda və koridorlarda quraşdırılmalıdır və bütün bunlara nazirliyin nəzarət edə biləcəyi bir sistem yaradılmalıdır. Bu sistem yaradılandan sonra şagirdlərdə məsuliyyət formalaşacaq". Bu sözləri BİG.AZ-a müsahibəsində təhsil eksperti Elçin Murad bildirib

14:54 149
.

ABŞ-İran razılaşması səbəbindən Brent nefti martın əvvəlindən bəri ilk dəfə bir barel üçün 80 dollardan aşağı düşdü

ABŞ və İran arasında əldə edilən razılaşmadan sonra Hörmüz boğazının yenidən açılması gözləniləndən sonra neft qiymətləri üç ayın ən aşağı səviyyəsinə düşüb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, beynəlxalq etalon markası olan Brent Crude neftinin qiyməti martın əvvəlindən bəri ilk dəf

17:01 107
.

Bu meyvələr daha tez yuxuya getməyə kömək edir

Adi meyvələr gecə yuxusunun keyfiyyətinə bəzi məşhur qida əlavələri qədər müsbət təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bəzi meyvələrin tərkibində yuxu və oyaqlıq dövrünü tənzimləyən, serotonin və melatonin hormonlarının ifrazını dəstəkləyən, həmçinin daha dərin istirahət

14:00 175
.

Toyda bir-birini bıçaqlayanlar məhkəmədə barışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə qohumuna ağır bıçaq zərbəsi vurmaqda təqsirləndirilən Alim Qasımzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkən Qasımov Hüseynin ifadəsi ilə davam edib:. "Həmin gün yaxın bir qohumu

14:15 179
.

Abbas Əraqçı: "Vaşinqton və Tehran arasında yeni danışıqlar prosesi başlayacaq"

"Anlaşma memorandumunun imzalanmasından sonra İran və ABŞ arasında sanksiyaların ləğvi, həmçinin İslam Respublikasının nüvə proqramı ətrafındakı münaqişənin həlli ilə bağlı danışıqların növbəti mərhələsinə start veriləcək". TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abba

16:00 119
.

Azərbayanlı qadın qayınatasını öldürdü - TÜRKİYƏ ŞOKDA

Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü iddia edilən azərbaycanlı gəlin saxlanılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib. Belə ki, Artovanın Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı 52 yaşlı K.V. və qayınatası 88 yaşl

15:00 195
.

İranın xarici işlər naziri Əraqçi ABŞ və İran arasında yeni danışıqların İsveçrədə keçiriləcəyini açıqlayıb

İranın xarici işlər naziri Əraqçi xəbərdarlıq edib ki, İsrailin Livana qarşı hər hansı hücumu və ya bundan sonra Livan ərazisində mövcudluğunu davam etdirməsi ABŞ ilə müvəqqəti razılaşmanın pozulması deməkdir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri çərşənbə axşam

16:38 133
.

Qubada güclü yağış fəsadlar törədib: İstirahət mərkəzi su altında qalıb

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonunda da ciddi fəsadlara səbəb olub. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yağan intensiv yağışlar Çənlibel gölünün məcrasından çıxmasına səbəb olub. Nəticədə Nügədi kəndi ərazisində bir sıra əraziləri s

18:15 1
.

TOP MP3