ABŞ universitetindən 90 min dollar təqaüd qazanan azərbaycanlı tələbə ilə MÜSAHİBƏ

ABŞ universitetindən 90 min dollar təqaüd qazanan azərbaycanlı tələbə ilə MÜSAHİBƏXəbər verdiyimiz kimi, azərbaycanlı tələbə Rəşad Əhmədov ABŞ-ın nüfuzlu universitetindən 90 min ABŞ dolları təqaüdü qazanıb.

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi olan Rəşad Roçester Universitetinin doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.

BiG.AZ Ednews-un Rəşad Əhmədov ilə müsahibəsini təqdim edir:

- Rəşad, siz Ali Neft Məktəbinə yüksək balla daxil olmusuz və sonda ABŞ-ın nüfuzlu universitetində doktarantura pilləsi üzrə təhsilinizi davam etdirəcəksiz. Qarşınıza qoyduğunuz ən böyük məqsəd hansıdır? Kimya mühəndisliyində hansısa yeniliyə imza atmaq fikriniz varmı?

- Məqsədə çatmaq üçün kiçik addımlar atmaq lazımdır. Mən də hər zaman yaxşı işlərimlə insanların həyatına təsir göstərməyi bacarmışam. O ki, qaldı yeniliklərə əlbəttə fikrimdə olan müəyyən addımlar var. Mənə düşən də distplinlə, səbrlə bu məqsədlərimə doğru addımlamaqdır. Əsas da odur ki, məqdəslərə çatdıqdan sonra cəmiyyətə və insanlara köklü dəyişikliklər etməkdir. Bu da ilk olaraq təhsildən qaynaqlanır. Təhsil zamanında həm lokal, həm beynəlxalq arenalarda özünü göstərməlisən. Mən də öz məqsədlərimə buradan başladım. Universtetdən qoşulduğum qurumlar, könüllü təşkilatlar, başqa qurumlarla birgə işlər məni daha da irəli apardı.

- Nə düşünürsüz, belə təşkilatlara qoşulan bütün tələbələr uğur qazana bilirmi? Yoxsa, bu fərddən asılıdır.

- Öncəliklə onu demək istərdim ki, universitet sadəcə bizə verdiyi kitablardan ibarət deyil. Elə bizim univeritetdə də bir sıra təşkilatlar var ki, orada iştirak edib, özümüzü təkmilləşdiririk. Tələbələrə də demək istəyirəm ki, universitetə daxil oldumsa mən artıq mütəxəssisəm deməsinlər. Məsələn məndən beş il sonra soruşsalar ki, universtetdə ən böyük qazancın nədir? Mən "öyrənməyi necə öyrəndim" deyərdim. Tələbələrə də deyəcəyim odur ki, kommunikasiya bacarıqlarını artırıb, özlərini hər cəhətdən inkişaf etdirsinlər.

-Bir az gələcək planlarınız haqqında danışın. Düzdür, deyir sonunu fikirləşən qəhrəman olmaz, amma oxuculara çox maraqlıdır, Rəşad təhsilini başa vurduqdan sonra fəaliyyətini harada davam etdirmək istəyəcək? Vətənə qayıdıb hansısa yeniliklərə imza atıb, karyera imkanlarından istifadə edəcək, yoxsa ABŞ-da qalıb peşəsi üzrə daha da yeni biliklərə yiyilənəcək?

- Konkret indidən nəsə demək çətindir. Çünki dünya çox sürətlə dəyişir. Bizim də çatmalı olduğumuz hədəflər çoxdur. Buna görə də dünyaya ayaq uydurmaq lazımdır. Yəni əsas olan gələcəyə fokuslanmaqdır. Hər şeyi gələcək göstərəcək.

-Şablon olsa da sizə bir sualla müraciət etmək istəyirəm. Maraqlıdır, ilk dəfə bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz və ailəniz bunu necə qəbul etdi? Çünki ABŞ uzaq bir ölkədir, sizə dəstək oldular yoxsa məyusluq keçirdilər?

- Bizim aramızda saat fərqi var vəxəbər gələndə səhər saat 4-5 radələri idi. Mən ismarıcı o saatlarda aldım, həmin an sevincimdən yerı- göyə sığmırdım. Dərhal valideynlərimə dedim sonra məni universitetdən də təbrik etdilər. Tələbə yoldaşlarım, yaxınlarım, hər kəs. Valideynlərim bütün işlərimdə mənim dəstəkçim olublar. İndiyədək bütün uğurlarımı onlara borcluyam. Onlar hər zaman mənim seçimlərimə güvəniblər, yanımda olublar. Düzdür, məndə uzun müddət ayrı qalacaqlarına görə pis oldular, bu da aradakı məsafəyə görədir. Amma onların dəstəyini hər zaman hiss edirəm.

- Maraqlıdır, ABŞ-da olanda Azərbaycandan ən çox kimin və nə üçün darıxacaqsız? Çünki bu iki ölkə arasında həm həyat tərzi, həm, düşüncə, təfəkkür, qida mədəniyyəti və digər sahələrdə böyük fərq var.

- Çox maraqlı və fərqli sualdır. Həmin universtetdə olanlarla əlaqə qurmuşam. İndidən orda da dostlarım var. Darıxmağa gəldikdə isə əlbəttə ailəm üçün darıxacağımı hiss edirəm. Ümumilikdə isə burda olan hər şey və hər kəs üçün darıxacam. Çünki burda yaşamışam, onlara öyrəşmişəm. Amma bu hisləri hələki tam ifadə etmək çətindir. Darıxacağımı daha aydın Amerikaya gedəndə hiss edəcəm.

-Suallarımızı cavablandırdığınıza görə sizə təşəkkür edirik. Sizə həyatınızda, təhsilinizdə uğurlar arzulayırıq.

- Minnətdaram.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1875   Tarix: 14 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 217
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 181
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

09.11.2026 203
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 140
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 210
.