Qarabağ və Zəngəzurda əldə ediləcək iqtisadi inkişaf bütün dünya üçün nümunə olacaqdır
Ölkəmizdə cari ilin birinci rübünün yekunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən müşavirədə müzakirə edilib. Müşavirədə geniş çıxış edən dövlətimizin başçısı ötən 3 ay ərzində görülən işləri təhlil edib və ilin sonuna kimi nəzərdə tutulan planlardan danışıb.
Birinci rüb ərzində ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan ölkə rəhbəri bu yekunları keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirmişdir.İqtisadi-siyasi məsələlərin müzakirəsi ilə yanaşı Prezident İlham Əliyev öz çıxışında 30 il ərzində düşmən tapdağı altında olan və Vətən müharibəsində qazandığımız Şanlı Qələbə nəticəsində azad edilən torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə geniş yer ayırıb. Qeyd edilib ki, artıq Qarabağa həyat qayıdır. İnsanların rahat yaşamasına hesablanan, iqtisadi, sosial və ekoloji cəhətdən səmərəli və dayanıqlı olan "ağıllı şəhər" və "ağıllı kənd" modelini gerçəkləşdirmək üçün yeni texnologiyalarından istifadə edilir.
Müasir dünyada "ağıllı şəhər"lərin yaradılması qloballaşmanın və 4-cü sənaye inqilabının yaratdığı bir çox problemləri də aradan qaldıra bilər. Bu texnologiyalar vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər iqtisadi inkişaf üçün yeni yollar təqdim edir. Bərpa olunan ərazilərdə bulud əsaslı texnologiyaların tətbiqi regionun bərpa prosesini sürətləndirir və həmin regionu texnoinvestorlar üçün maraqlı edir.
İşğaldan azad olunmuş ərazilərdə 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaqsa, Ağdamda sənaye mərkəzi təşkil olunacaq. Ağdamda yaradılacaq və 110 milyon manata yaxın sərmayə qoyulacaq sənaye mərkəzində 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcəkdir. Ağdamın strateji coğrafi mövqeyi və digər imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsini genişləndirir. Şəhərin 1,5 min hektarlıq ərazisi müasir şəhər qismində təqdim ediləcək və Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaqdır.
Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə buradan didərgin düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdışı üçün bütün zəruri tədbirlər həyata keçirilir, burada tam yeni, müasir infrastruktur yaradılır. Prezidentimizin də qeyd etdiyi kimi artıq bu il köçkünlərin bu ərazilərinə qaydışına başlanacaq və yaxın gələcəkdə Qarabağ, işğaldan azad olunan bütün ərazilər dirçəlməyə, inkişaf etməyə başlayacaqdır.
Aparılacar geniş quruculuq işləri nəticəsində çox yaxın illərdə Qarabağ və Zəngəzurda böyük iqtisadi inkişaf əldə ediləcək və vətəndaşlarımız orada rahat, firavan yaşayacaqlar. Bütün dünya üçün də bu inkişaf bir nümunə olacaqdır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 667 Tarix: 14 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
09.11.2026 196 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
09.11.2026 217 İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ
Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu
09.11.2026 181 Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib
09.11.2026 197 Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi
Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə
09.11.2026 217 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 168 Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
09.11.2026 203 Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda
09.11.2026 140 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
09.11.2026 210