Brayan Treysidən zamanı idarə etmək üçün 9 TÖVSİYƏ

Brayan Treysidən zamanı idarə etmək üçün 9 TÖVSİYƏZaman geri qaytarılması mümkün olmayan bir sərvətdir. Hər kəsin eyni 24 saatı olduğu halda, bəziləri hər bir işi çatdırdıqlarını, bir çoxları isə zamanın onlara yetmədiyini deyirlər. Bəs zamanı idarə etmək olarmı?

BiG.AZ dünyanın ən məşhur motivatorlarından olan Brayan Treysinin zamanın idarəsi ilə bağlı 9 tövsiyəsini təqdim edir:

1. Nə istədiyinizi bilin. Həyatdan nə istədiyiniz mövzusunda 100% əmin olun və istəklərinizi mütləq kağıza yazın.

2. Planlayın. 23 saatın effektiv keçməsi üçün 1 saat plan qurun.

3. 80/20 qaydasını tətbiq edin. Günlük edəcəyiniz 10 iş varsa, bunların 2-si həyatınızın geri qalan 80%-lik hissəsinə, digər 8-i isə 20%-lik hissəsinə təsir edəcək. Yəni o 2 iş əslində ən vacib işlərdir.

4. Ev tapşırığını edin. Bu gün istifadə etdiyiniz biliklər bir neçə il sonra köhnələcək, özümüzü yeniliyə, inkişafa, dəyişimə uyğunlaşdırmasaq, çürüyüb getməyimiz normaldır.

5. Özünüzü işə qovan siz olun. Dünya "birisi gəlsin və arzuladığım insan olmağım üçün mənə motivasiya versin" deyən insanlarla doludur. Problem budur ki, o adam heç vaxt gəlmiyəcək :)

6. "Yaradıcı laqeydlik" metodundan istifadə edin. Həqiqət budur ki, bütün işləri edib bitirə bilməzsiniz, bəzi işlərə laqeydlik etməlisiniz. Buna görə də həyatınızda fərq yaradan işlər üçün effekti az olan işlərə qarşı laqeyd olun.

7. Çətin işi əvvəlcə edin. Asan işləri onsuz da hamı hər gün edir. Həyatda fərq yaratmaq istəyiriksə, ən çətin işləri əvvəlcə ələ alaraq başlamalıyıq.

8. İşinizi kiçik parçalara bölün. 40 km qaçılacaq marafon belə, kiçik bir addımla başlayır. O qədər məsafəni birdəfəyə keçmək imkansızdır. Amma kiçik addımlar və templi qaçış sizə yarışı qazandıracaq.

9. Özünüzdə tələskənlik hissini inkişaf etdirin. Ən məhsuldar insanlar düşünmək və planlamaq üçün özlərinə zaman ayırırlar. Sonra da hədəfləri üçün sürətlə işə başlayırlar.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1065   Tarix: 14 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 214
.

Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi

Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş

08.11.2026 187
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 500
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 419
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

08.11.2026 243
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 625
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 232
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 649
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 209
.