MİDA-da mənzil fırıldağı ilə bağlı cinayət işi qaldırıldı - Həbs edilənlər var

MİDA-da mənzil fırıldağı ilə bağlı cinayət işi qaldırıldı - Həbs edilənlər varMənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilib, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib.

BiG.AZ xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Azərbaycan vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin "Güzəştli mənzil" informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində "Güzəştli mənzil" informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.

Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilmişlər. Cinayət işi üzrə araşdırmalar davam edir.

"Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcək.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək, - birgə məlumatda bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1312   Tarix: 15 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 217
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 181
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

09.11.2026 203
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 140
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 210
.