Bu məhsullar bahalaşıb - SİYAHI
2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 112,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil edib.
BiG.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, əvvəlki ilin mart ayına nisbətən 112,1 faiz təşkil edib.
2022-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin mart ayına nisbətən 116,8 faiz olub.
Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 106,6 faiz təşkil edib. Cari ilin mart ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yazı kağızlarının, inşaat materiallarının, mebellərin, məişət cihazlarının, sabunların, diş pastalarının, dezodorantların və zərgərlik məmulatlarının qiymətlərində müşahidə edilib.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2212 Tarix: 15 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin və Szinpin görüşdü
Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Szinpin arasında Bişkekdə görüş keçirilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Görüşün təfərrüatı açıqlanmayıb. Qeyd edək ki, Putin və Szinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstanda səfərdədir
31.08.2026 222 "Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib" - MEDİA
"Son günlər Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir". "Qafqazinfo"
31.08.2026 195 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak edir - FOTO - VİDEO
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində "ŞƏT plyus" formatında görüş keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gedib. Qırğız Respublikasının Prezident
11:00 143 Kamilə Babayevadan dünyasını dəyişən anası ilə bağlı paylaşım
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı anasının görüntülərini yayımlayaraq bunları yazıb:. "Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başıuca və məğrur yaşamağı öyrətdin
10:50 127 Tuba Ünsal Bodrumdan sonra Çeşmədə - Çimərlik GÖRÜNTÜLƏRİ
Türkiyəli məşhur aktrisa Tuba Ünsal yay tətilini davam etdirir. xarici KİV-ə istinadən xəbər verir ki, tətil mövsümünə Bodrumda başlayan 44 yaşlı aktrisa daha sonra Çeşməyə yollanıb. Tuba Ünsal ötən gün dostlarından biri ilə çimərlikdə görüntülənib. İkili uzun müddət dənizdə söhbət edib və birlikdə vax
31.08.2026 273 Bakıda "Lavinia Couture" geyim mağazasının açılışı olub
Bakıda yeni geyim mağazası fəaliyyətə başlayıb. BİG.AZ xəbər verir ki, "Lavinia Couture" geyim mağazasının açılışı Mirəli Qaşqay küçəsi 36 ünvanında baş tutub. Açılış mərasimində mağazanın təqdim etdiyi geyim kolleksiyaları qonaqlara nümayiş etdirilib. Yeni mağazada müasir dəb trendlərinə uyğu
11:45 84 Prezident İlham Əliyevin Bişkek görüşləri: Azərbaycanın regional liderlik xətti
Prezident İlham Əliyevin beynəlxalq platformadakı görüşləri ölkəmizin regional və qlobal proseslərdə artan rolunu bir daha nümayiş etdirdi. Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti Azərbaycanın xarici siyasəti baxımından mühüm diplomatik hadisə kimi yadda qalır. Prezident İlham Əliyevi
11:10 116 Azərbaycanın ŞƏT-də iştirakı ölkəmizin siyasi və iqtisadi imkanlarını daha da genişləndirir
Bu gün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan, eyni zamanda beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qlobal proseslərin sülh və sabitlik şəraitində inkişafında, həmçinin regional və qlobal əhəmiyyətli iqtisadi layihələrin reallaşmasında mühüm ölkələrdən biri kimi ön sırada dayanır. Azərbaycanı
11:51 65 "Leobank" şikayət:" Kreditimi bağlamışam, amma tətbiqdən silinmir"
Şikayətim "Leobank"dandır. Avqust ayında kredit məbləği tam bağladığım halda tətbiqdə silinmir. xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi Həsənov Cümşüd sosial şəbəkədə yazıb. O bildirib ki, müraciətlərinə də baxılmır:. "Sorğu yaratdılar, avqustun 21-nə çəkdi, sonra uzatdıla
31.08.2026 242