Rusiyanın növbəti hədəfi Moldova ola bilər?

Rusiyanın növbəti hədəfi Moldova ola bilər?Rəsmi Kiyev iddia edir ki, Kreml Ukraynanı qonşu dövlətə təcavüzdə ittiham etmək üçün Dnestryanı bölgədə təxribata əl ata bilər. Kişinyov Ukraynaya açıq dəstək verə bilmir, amma narahat olduğu da aşkar sezilir və separatçıların iqtisadi cəhətdən tam təcrid olunması siyasətini aparır.

Məsələ ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayanda hər kəs Moldovanın anti-Rusiya mövqeyindən çıxış edəcəyini proqnoz etsə də, gözləntilər özünü doğrultmadı. Moldova Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayan ölkələr sırasında yer almağa üstünlük verdi. Avropa İttifaqına üzv olmağa iddialı ölkə fürsətdən yararlanmaq istəməyərək bitərəf qaldı və bu xətti hazırda da davam etdirir. Moldova prezidenti Mayya Sandu hətta rəsmən bəyan edib ki, Kişinyov Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və bundan sonra da tətbiq etməyəcək, çünki ölkə enerji sektorunda Rusiyadan tamamilə asılı vəziyyətdədir. Bundan əlavə, Ukraynadakı hərbi əməliyyatlar artıq respublika iqtisadiyyatına ciddi zərbə vurub. Belə bir ehtimal var ki, Kişinyov bu mövqeyi ilə Dnestryanı problemini öz xeyrinə həll etməyə ümid edir. Onsuz da Kişinyov Rusiyaya qarşı sanksiya tətbiq etsəydi, bunun effektivliyi sıfıra bərabər olardı. Moldovanın özü üçün isə sanksiyalar iqtisadi vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsinə və müvafiq olaraq, rusiyayönümlü qüvvələrin fəallığının artmasına səbəb ola bilərdi. Bu isə nə Kişinyova, nə Kiyevə, nə də Brüsselə lazım deyil. Beləliklə, Moldova hakimiyyəti Ukraynaya açıq dəstək verə bilməsə də, keçirdiyi narahatlıq göz önündədir. Yeni qərbyönümlü hakimiyyət nəyin bahasına olursa-olsun separatçı Dnestryanı bölgədə hakimiyyətin bərqərar olmasına və Rusiya sülhməramlılarının çıxarılmasına çalışır. Lakin buna nail olmaq elə də asan deyil. Səbəb də odur ki, Rusiyanın bu ölkəyə çox ciddi iqtisadi rıçaqları mövcuddur.

Ukraynalılar üçün tranzit ölkə

Moldova hazırda müharibədən qurtulub Avropa İttifaqına pənah aparmaq istəyənlər üçün tranzit ölkəyə çevrilib. Bu ölkədə 100 mindən artıq Ukrayna vətəndaşı qalıb. Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın fevralın 24-də Ukraynaya hücumu Moldova vətəndaşlarının əksəriyyəti üçün şok oldu. Birincisi, Moldova ərazisində, konkret olaraq separatçı Dnestryanı bölgədə Rusiya qoşunları yerləşir. Onlar da separatçı rejimi daim dəstəkləyib. Və onların istənilən an təxribatçı əməllərə yol verəcəklərini istisna etmirlər. İkincisi, Odessada yaşananlar çoxlarını müharibənin Moldovaya keçəcəyi üzərində düşünməyə məcbur edir. Moskva Donbas və Dnestryanı bölgəni 2014-cü ildən müzakirəsi aparılan "Novorossiya" layihəsi əsasında birləşdirmək planını da gündəmə gətirə bilər. Moldovanın ehtiyatlılığı o həddədir ki, hətta Rusiyanın AŞPA-dan çıxarılması ilə bağlı məsələnin müzakirəsi zamanı səsvermədə iştirakdan imtina edib. Halbuki, qəbul edilən mətndə Dnestryanı bölgə Moldova ərazisi kimi göstərilib. Ölkə vətəndaşlarının mövqeyinə gəldikdə, bu, anti-Rusiya ovqatdadır. Rəy sorğusunun nəticələrinə görə, vətəndaşların 61 faizi Rusiyanın Ukraynaya müdaxiləsini pisləyir. Vladimir Zelenski isə ölkədə ən populyar xarici siyasətçidir. Halbuki, əvvəllər Vladimir Putin bu siyahıda liderlik edirdi.

Rusiya Dnestryanı bölgədə təxribat törədə bilərmi?

Belə bir durumda Ukraynanın Rusiya ordusunun Dnestryanı bölgədə təxribat xarakterli hərəkətləri barədə bəyanatı aləmi bir-birinə vurub. "Rusiya silahlı qüvvələrinin Ukraynanı qonşu dövlətə təcavüzdə ittiham etmək məqsədilə Moldovanın Dnestryanı regionunda təxribat xarakterli hərəkətlərə əl atacağı istisna edilmir", - məlumatda deyilir. Moldovanın hərbi əməliyyatlara cəlb olunma təhlükəsi ilə bağlı daha bir məqam var. Bunlar Dnestryanıdan Ukraynaya hücumun hazırlandığı və Tiraspoldakı aerodromun Rusiya hərbi təyyarələrini qəbul etməyə hazırlaşdığı və s. haqqında vaxtaşırı ortaya atılan söhbətlərdir. Lakin xatırlamaq lazımdır ki, Dnestryanı həll olunmamış münaqişə bölgəsidir. Dnestrdə isə üçtərəfli sülhməramlı qüvvələrin - Rusiya, Moldova və Dnestryanı dövlətlərin (bu qurum dövlət deyil) nəzarətində olan Təhlükəsizlik Zonası var. Bu səbəbdən də müdaxilə mümkünsüz görünür.

Kişinyovun hədəfi

Bununla belə, Mayya Sandu hökuməti Ukraynada yaşanan proseslər fonunda sakit dayanmaq niyyətində deyil. Ukraynanın aqibətindən dərs çıxararaq NATO-ya üzvlükdən dəm vurmasa da, Qərblə sıx əməkdaşlıq münasibətləri qurur. Bununla belə separatçı Dnestryanı bölgəyə qarşı ən sərt qaydalar tətbiq etməkdədir. Bölgənin tam şəkildə təcrid olunması siyasətini aparır. Nəticə də göz önündədir. Separatçı respublikanın rəhbərliyi yaranmış durumda iri müəssisələrini satışa çıxarmağa başlayıb. Bunu da büdcəni doldurmaq adı altında həyata keçirdiyini bəyan edib. Satışa çıxarılanlar sırasında bölgənin ən iri müəssisəsi - Moldova Metallurgiya Zavodu da var. Bu müəssisə qondarma qurumun sənayesinin flaqmanı hesab edilir. Moldova hakimiyyəti Dnestryanı bölgəyə xammal göndərilməsinə qadağa qoyduğundan müəssisə dayanıb. Müvafiq material ala bilməməsi səbəbindən Moldova Su Elektrik Stansiyası da bağlanmaq ərəfəsindədir. Nəticədə Moldovanın özü də işıqsız qala bilər. Qondarma qurumun rəhbəri Aleksandr Martınov bildirib ki, "prezident", "hökumət" və "xarici işlər nazirliyi" Dnestryanı bölgənin iqtisadiyyatını blokadadan çıxarmaq üçün mümkün olan hər şeyi edir. Özəlləşdirmə elan edilib və satışa yeddi iri müəssisə çıxarılıb ki, separatçılar onlara görə 68,8 milyon dollar almağı planlayır. Bütün bunlar da onu deməyə əsas verir ki, Moldova bölgəni ancaq iqtisadi blokadaya almaqla ələ almağa çalışır. Buna nail olub-olmayacağı isə Ukraynadakı proseslərin necə başa çatacağından asılıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 891   Tarix: 16 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

09.11.2026 184
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 210
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 195
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 205
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.