Ukrayna MN: "Son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter və 5 PUA-sı vurulub"

Ukrayna MN: "Son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter və 5 PUA-sı vurulub"Ukrayna Müdafiə Nazirliyi cəbhədəki durumla bağlı operativ məlumat yayıb.

"Report"un məlumatına görə, nazirlik Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumunun davam etdiyini bildirib.

"Qarşı tərəfin bölmələrinin Kursk, Bryansk və Voronej vilayətlərindən Ukraynanın digər ərazilərinə hərəkəti davam edir. Onların təminatında ciddi problemlər var. Rusiya Silahlı Qüvvələrinin birbaşa təmas xəttində yerləşən bölmələrində şəxsi heyətin narazılığı artır, mənəvi-psixoloji durum aşağı olaraq qalır. Qarşı tərəfin hərbçiləri rotasiya çatışmazlığından, sıradan çıxan avadanlıqlardan, verilən yanacağın və qidanın keyfiyyətindən şikayətlənirlər. Volın və Polissya istiqamətlərində düşmən fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin müəyyən hissələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Severski istiqamətində Rusiya ərazisindən Çerniqov və Sumı vilayətlərində hərbi və mülki infrastruktura raket zərbələri endirilməsi və artilleriyadan atəşə tutulması ehtimalı var".

Rəsmi informasiyaya əsasən, Slobojanski istiqamətində qarşı tərəfin şəxsi heyətinin tərkibində və mövqeyində heç bir dəyişiklik yoxdur. "Onlar Xarkov şəhərini qismən mühasirəyə almağa və onun yaşayış məntəqələrini atəşə tutmağa davam edirlər. Donetsk və Tavriya istiqamətlərində Mariupola aviazərbələr endirilir. Rusiya qoşunları dəniz limanı yaxınlığında hücum əməliyyatları həyata keçirib. 810 və 155-ci ayrı-ayrı dəniz piyada briqadalarının bölmələri desant dəniz əməliyyatı üçün hazırlanır. Hazırda məlumat dəqiqləşdirilir. Müvəqqəti işğal edilən ərazilərdə mülki əhaliyə qarşı talanlar və zorakılıq davam edir. Son sutka ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 10 hücumu dəf edilib. Həmçinin 15 tank, 24 zirehli texnika və 3 artilleriya sistemi, 1 təyyarə, 1 helikopter, 5 PUA və 6 qanadlı raket vurulub".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 866   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Media və Yayım Şurasının idarəetmə strukturu necə olacaq?

Media və Yayım Şurasının idarəetmə strukturu müəyyənləşir. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb

10:00 144
.

Zeynal Nağdəliyev: "Yeni dövlət proqramı ekstensiv yanaşmadan intensiv inkişaf modelinə keçidi sürətləndirəcək"

"Azərbaycanda kənd təsərrüfatının inkişafına dair təsdiq olunmuş yeni dövlət proqramı aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və əlavə dəyərin artırılmasına istiqamətlənib". "Report"a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkila

13:30 119
.

Filippində baş verən zəlzələdə ölənlərin SAYI ARTIR

Filippinin cənubunda yerləşən Mindanao adasında baş vermiş 7.8 maqnitudalı zəlzələ nəticəsində həyatını itirənlərin sayı 65-dən 68-ə yüksəlib. xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıb. Qeyd edilib ki, daha 33 nəfər isə itkin düşmüş hesab olunur. Təbii fəlakətin fəsadları təxminə

10:30 172
.

Ağstafada evdə kişi meyiti tapılıb

Ağstafada evdə meyit tapılıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü 51 yaşlı E.Əliyevin meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbi məlum deyil

11:45 162
.

DÇ-2026: İran-Yeni Zelandiya matçında qalib müəyyənləşmədi

Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli komandaları arasında keçirilən oyun heç-heçə ilə başa çatıb. xəbər verir ki, G qrupunun qarşılaşmasında hesabı 7-ci dəqiqədə Yeni Zelandiya yığmasının futbolçusu İlayca Cast açıb. İran millisi 32-ci dəqiqədə Ramin Rezayanı

12:00 138
.

ABŞ-İran razılaşması müharibəyə son qoymağı vəd edir, amma necə işləyəcəyi hələ də bəlli deyil

Yükdaşıyanlar Hörmüz boğazının yenidən açılmasından sonra özünəinamın bərpa olunması üçün həftələr çəkə biləcəyini və fundamental sualların cavabsız qaldığını bildirdikləri üçün Yaxın Şərqdə müharibəyə son qoymaq üçün ABŞ-İran arasında müvəqqəti razılaşma ətrafında şübhələr yarandı. BİG.AZ Reuters-

12:30 126
.

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Rusiya Ukraynaya qarşı müharibədə iştirak üçün xarici vətəndaşların cəlb olunması məqsədilə iş təklifləri, təhsil proqramları, idman tədbirləri və miqrasiya agentliklərindən istifadə edir. Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" nəşri Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzini

15.06.2026 292
.

Biz İran rejimini devirmək üçün... - İsrail

İranla müqavilə İsrail və azad dünya üçün pisdir. Nöqtə. xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç özünün X səhifəsində yazıb. "Birgə hərbi kampaniya İranın zəiflədilməsi istiqamətində bir çox nəticə verib və bu nailiyyətlər boşa getməyəcək. Biz rejimi devirmək üçün mübarizən

15.06.2026 277
.

Aİ miqrant mərkəzləri üçün 20 milyard avro ayırmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) qurumun hüdudlarından kənarda yerləşən miqrant mərkəzlərinin maliyyələşdirilməsi üçün 20 milyard avro vəsait ayırmağı nəzərdə tutur. xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin xəbərinə görə, miqrasiy

12:45 134
.

TOP MP3