Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI

Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHIKürdəmir Rayon İcra Hakimiyyətinin (RİN) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun rüşvət aldığı epizodların bəziləri məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, cinayət işinin materiallarında qeyd edilib ki, o, 2014-cü il aprelin 16-dan 2020-ci il avqustun 20-dək Kürdəmir RİH-in keçmiş birinci müavini Tacəddin Novruzov və İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Natiq Kərimovla cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq yaratdıqları korrupsiya şəbəkəsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşiblər.

Belə ki, onlar 2004-cü il tarixdən Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində işləyən Balayev Ata Seyfəddin oğlundan vəzifədə qalıb fəaliyyətini davam etdirməsi müqabilində 18 000 manat, rayonun Atakişili kənd bələdiyyəsinin sədri Ömərov Habil Ələddin oğlundan 10 000, rayonun Şıxımlı kənd uşaq bağçasının müdiri İslamova Nazlı Yusif qızından 1 300 manat, rayonun Carlı kənd sakini Novruzov Sədrəddin Şəmsəddin oğlundan 187,0 ha torpaq sahəsinin örüş-otlaq məqsədilə 15 illik müddətə icarə əsasında istifadə edilməsinə görə 81 200 manat pulu rüşvət qismində alıblar.

Bundan başqa, C.Cəfərovla T.Novruzov Kürdəmir RİH başçısının Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəsulov Rasim Aydın oğlu və "Ruslan-Qərb" MMC-nin direktoru Səfərov Ramiz Məhəmmədəli oğlu ilə cinayətkar əlaqəyə girib.

İttihamda qeyd edilib ki, R.Rəsulov Topalhəsənli kənd körpələr evi-uşaq bağçasına və kənd tam orta məktəbinə guya müxtəlif təsərrüfat malları və qiymətlilərin alınması görüntüsü yaradıb. Daha sonra onlar 32 896,05 manat məbləğində pul vəsaitini Kürdəmir rayonu üzrə Maliyyə Şöbəsi vasitəsilə "Ruslan-Qərb" MMC-nin bank hesabına köçürüb. Yalnız 18 may 2020-ci il tarixli elektron qaimə ilə 3 adda 1 083,05 manat məbləğində mal-material qiymətliləri alınaraq nümayəndəlik üzrə maddi-məsul şəxsin hesabına mədaxil edilib. Qalan, o cümlədən, həmin nümayəndəlik üzrə 2 432 manat, Topalhəsənli kənd körpələr evi-uşaq bağçası üzrə 27 276 manat və Topalhəsənli kənd tam orta məktəbi üzrə 2 105 manat, cəmi 31 813 manat məbləğində pul vəsaiti R.Səfərov tərəfindən rayon ərazisində həmin müddətdə bankdan çıxarılaraq nağdlaşdırılıb, Rasim Rəsulova verilib. C.Cəfərov həmin pul vəsaitini əlbir olduğu T.Novruzov, R.Rəsulov və R.Səfərovla bölüb.

Eyni zamanda C.Cəfərovla T.Novruzov 13 oktyabr 2014-cü il tarixdən 30 iyun 2016-cı il tarixədək Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının direktoru vəzifəsində işləmiş, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Sadıqov Müşfiq Qubad oğlu və kombinatın digər əməkdaşları ilə cinayətkar əlaqəyə girib. Keçmiş icra başçısının verdiyi tapşırıq əsasında M.Sadıqov tamah niyyəti ilə tərtib etdiyi kassa məxaric orderləri ilə həmin kombinata guya təsərrüfat malları və yumşaq inventarların alınması görüntüsü yaradıb. Daha sonra kombinatın sabiq təmizlik şöbəsinin müdiri Xələfov Vaqif Osman oğlunun adına qeyd edilən tarixlərdə saxta kassa məxaric orderləri tərtib edilib. V.Xəlilov inzibati binada kassadan həmin müddətlərdə nağd qaydada 11 729 manat məbləğində pul vəsaitini götürərək M.Sadıqova verib. Həmin pul isə C.Cəfərova T.Novruzov vasitəsilə çatdırılıb. Keçmiş icra başçısı pulu öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib.

Qeyd edək ki, Ceyhun Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1191   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

09.11.2026 184
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 210
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 195
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 205
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.