Arvadını və özünü öldürən şəxsin mesajı: "Bu işin axırına çıxdım"

Arvadını və özünü öldürən şəxsin mesajı: "Bu işin axırına çıxdım"Zaqatalada 37 yaşlı kişinin arvadını və özünü öldürmə hadisəsinin təfərrüatı üzə çıxıb.

BiG.AZ Qafqazinfo-ya istinadla xəbər verir ki, Yuxarı Çardaxlar kəndində həyat yoldaşı, 37 yaşlı Xavər Həsənovanın boğazını kəsərək öldürən, daha sonra intihar edən Qılman Həsənov hadisədən əvvəl xalası oğluna mesaj yazıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. 1 həftə əvvəl Dağıstanın Mahaçqala şəhərindən Zaqatalaya qayıdan Qılman həyat yoldaşını qətlə yetirmək qərarına gəlib. O, övladlarını atasıgilə göndərdikdən sonra – aprelin 17-nə keçən gecə həyat yoldaşı ilə evdə tək qalıb və əvvəlcədən planlaşdırdığı kimi X.Həsənovanı qətlə yetirib. Q. Həsənov Xavəri öldürdükdən sonra Mahaçqalada olan və birlikdə işlədiyi xalası oğluna mesaj yazıb.

"Hər şeyi sübut elədim, bu işin axırına çıxdım" formasında mesaj göndərən şəxs daha sonra "Övladlarımı, onların gələcəyini qardaşıma həvalə edirəm" kimi cümlələr yazıb. Bundan sonra Qılmanla əlaqə saxlamaq mümkün olmayıb.

Mahaçqalada olan Qılmanın qardaşı və xalası oğlu onun mesajlara və zənglərə cavab vermədiyini görərək narahatlıq keçiriblər və qohumlarına bildiriblər. Dünən səhər tezdən yaxınları Qılmanın evinə gəliblər, lakin qapı-pəncərələrin bağlı olduğunu görüb hadisə yerinə polisi dəvət ediblər. Bundan sonra qapıların açılması ilə Qılmanla Xavərin evdə qalmış meyitlərini aşkar ediblər.

O da məlum olub ki, Qılmanla Xavər orta məktəbdə bir sinifdə oxuyublar və sevərək ailə qurublar. Xavər Həsənova kənd məktəbində müəllim kimi çalışıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1541   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 182
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 226
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 211
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

09.11.2026 144
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

09.11.2026 203
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.