"Kontakt" autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başladıb – FOTOLAR

"Kontakt" autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başladıb – FOTOLAR"Kontakt" mağazalar şəbəkəsi autizmli şəxslərin inkişafına dəstək olmaq məqsədilə Ukrayna Dairəsi mağazasında təqdirəlayiq xeyriyyə yarmarkası və tədbir proqramı təşkil edib.

"Kontakt" autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başladıb – FOTOLARYaxın günlərdə açılışı baş tutan yarmarkada autizmli şəxslərin və onların valideynləri tərəfindən hazırlanmış bir-birindən fərqli, rəngarəng əl işləri və rəsm əsərləri zövqlə sərgilənərək ziyarətçilərin böyük marağına səbəb olub.

"Kontakt" autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başladıb – FOTOLARAutizmli şəxslərdən ibarət "Mavi ürəklər" xorunun istedadlı musiqili çıxışları isə öz növbəsində tədbirin axarına xüsusi rəng qatıb.

"Kontakt" autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başladıb – FOTOLAR"Birgə və Sağlam" İctimai Birliyinin dəstəyi ilə baş tutan gecədə "Kontakt" ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova və "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova söz alaraq layihənin cəmiyyət üçün önəminə diqqət çəkiblər. Həmçinin, autizmli şəxslərin cəmiyyətə adaptasiya olmasını dəstəkləmək üçün bu kimi layihələrin nə qədər önəmli olduğunu vurğulayıblar.

"Kontakt" autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başladıb – FOTOLARTədbirin davamında günün anlam və önəmini əks etdirən "puzzle" parçaları birləşdirilib. Eyni zamanda "Kontakt" mağazalar şəbəkəsinin Autizm Günü ərəfəsində ictimaiyyətə təqdim etdiyi sosial videoçarx izlənilib.

"Kontakt" autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başladıb – FOTOLARSiz də aprel ayının sonunadək Ukrayna Dairəsində yerləşən "Kontakt" mağazasına gəlib yarmarka məhsullarını əldə edə və bu xeyriyyə aksiyasına öz qatqınızı göstərə bilərsiniz.
Qeyd edək ki, şəbəkənin bütün mağazalarında xüsusi ianə qutuları da yerləşdirilib. Sizə yaxın istənilən "Kontakt" mağazasına yaxınlaşıb ianə dəstəyinizi göstərə Autizm üçün fərqindəlik yarada bilərsiniz. Bu qutulara toplanan ianələr hər ay "Birgə və Sağlam" İctimai Birliyi nəzdindəki "Autizm Bərpa Mərkəzi"nin balansına köçürüləcək. Məhz aprel ayında yığılacaq toplam ianə məbləğini "Kontakt" iki qat artırmağı öz öhdəliyinə götürür.
Misal üçün, əgər aprel ayında ümumilikdə 5000 manat ianə toplanacaqsa, "Kontakt" Autizm Mərkəzinə 10 000 manat köçürəcək.

Həmçinin oxuyun: "Kontakt"dan Autizm Gününə möhtəşəm videoçarx və dəstək aksiyası - VİDEO

Xatırladaq ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan "Kontakt" hazırda "Dyson", "Electrolux", "WAHL", "Toshiba", "Black&Decker", "Hoffmann" kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, "Samsung", "LG", "Bosch", "Huawei", "Realme", "Sony", "Panasonic", "BQ", "Sonorous", "Elari", "Thomas", "Beurer", "Karcher", "H Gala", "Cassore", "Simge" mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, "Apple" brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 35 mağazası, Gürcüstanda 1 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1002   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 182
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 226
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 211
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

09.11.2026 195
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

09.11.2026 144
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

09.11.2026 203
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.