Bu gün ilk Qədr gecəsidir

Bu gün ilk Qədr gecəsidirBu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

BiG.AZ xəbər verir ki, ilk Qədr gecəsi aprelin 18-dən 19-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecələrinin əməlləri iki qismə bölünür:

1. Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər.

2. Qədr gecələrinin birinə məxsus olan əməllər.

Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər bunlardır:

Sübh azanına qədər oyaq qalıb, ibadətlə məşğul olmaq. Oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram".

1-ci: Qüsl almaq. Yaxşı olar ki, bu gecələrin qüslü gün batan vaxt edilsin və şam namazı bu qüsllə qılınsın.

2-ci: İki rəkət "Qədr gecəsi" namazı qılmaq. Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə "Həmd" surəsindən sonra yeddi dəfə "İxlas" surəsi oxunur. Namaz qurtardıqdan sonra isə yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyilsin, yəni, "Allahdan bağışlanmağımı istəyir və Ona tərəf qayıdıram!" Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir: "Bu namazı qılan şəxs yerindən qalxmamış Allah onu, atasını və anasını bağışlayar..."

3-cü: Quranı açıb qarşıya qoymaq və bu duanı oxumaq:

Əllahummə inni əsəlukə bikitabikəl-munzəli və ma fih, və fihismukəl-əkbəru və əsmaukəl-husna, və ma yəxafu və yurca, ən təcələni min utəqaikə minən-nar.

Duanın tərcüməsi: İlahi səndən nazil etdiyin kitaba görə istəyirəm, onda nazil etdiklərinə görə istəyirəm, onda sənin ən böyük və ən gözəl adların var, qorxudan və ümid verən var, (istəyirəm) ki, məni cəhənnəm odundan xilas olanlardan qərar verəsən.

Bu duadan sonra istədiyiniz duanı etmək olar.

Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: "Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam." Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər". (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)

Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm".

Quranı götürmək, başa tutmaq və bu duaları demək:

Əllahummə bihəqqi hazəl-quran, və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi kulli muminin mədəhtəhu fih, və bihəqqikə ələyhim, fəla əhədə ərəfu bihəqqikə mink.

Duanın tərcüməsi: İlahi, (Səni and verirəm bu) Quranın haqqına, və and verirəm o şəxsin haqqına ki, bu Quranı ona göndərmisən, və o möminlərə and verirəm ki, onları bu Quranda tərifləmisən, və sənin onlar üzərində olan haqqına and verirəm, və Sənin haqqını Sənin Özündən yaxşı tanıyan yoxdur.

Sonra bu zikrlərin hər birini on dəfə deyirsən:

1. "Bikə ya Allahu".

2. "Bi-Muhəmmədin".

3. "Bi-Əliyyin".

4. "Bi-Fatimətə".

5. "Bil-Həsəni".

6. "Bil-Husəyni".

7. "Bi-Əliyy-ibnil-husəyni".

8. "Bi-Muhəmməd-ibni-əliyyin".

9. "Bi-Cəfər-ibni-muhəmmədin".

10. "Bi-Musəbni-Cəfərin".

11. "Bi-Əliyy-ibni-Musa".

12. "Bi-Muhəmməd-ibni-Əliyyin".

13. "Bi-Əliyy-ibni-Muhəmmədin".

14. "Bil-Həsən-ibni-Əliyyin".

15. "Bil-Huccəti".

Zikrlərin tərcüməsi:

1. "İlahi, Səni Öz zatına and verirəm!"

2. "İlahi, Səni Həzrət Məhəmmədin (s) haqqına and verirəm!"

3. "İlahi, Səni Həzrət Əlinin (ə) haqqına and verirəm!"

4. "İlahi, Səni Həzrət Fatimənin (s.ə.) haqqına and verirəm!"

5. "İlahi, Səni Həzrət Həsənin (ə) haqqına and verirəm!"

6. "İlahi, Səni Həzrət Hüseynin (ə) haqqına and verirəm!"

7. "İlahi, Səni Həzrət Əli ibn Hüseynin (ə) haqqına and verirəm!"

8. "İlahi, Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!"

9. "İlahi, Səni Həzrət Cəfər ibn Məhəmmədin (ə) haqqına and verirəm!"

10. "İlahi, Səni Həzrət Musa ibn Cəfərin (ə) haqqına and verirəm!"

11. "İlahi, Səni Həzrət Əli ibn Musanın (ə) haqqına and verirəm!"

12. "İlahi, Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!"

13. "İlahi, Səni Həzrət Əli ibn Məhəmmədin (ə) haqqına and verirəm!"

14. "İlahi, Səni Həzrət Həsən ibn Əlinin (ə) haqqına and verirəm!"

15. "İlahi, Səni Həzrət Höccətin (ə) haqqına and verirəm!"

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

4-cü: İmam Hüseyni (ə) ziyarət etmək.

5-ci: Bu gecələri əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq). Hədisdə var ki, kim Qədr gecəsini əhya saxlasa, onun günahları bağışlanar, baxmayaraq ki, onun günahları göydəki ulduzlar qədər, dağlar ağırlığında və dənizlər qədər olsa belə.

6-cı: Yüz rəkət namaz (əlli dəfə iki rəkətli namaz) qılmaq. Bu namazların olduqca çox savab və fəziləti vardır. Daha yaxşı olar ki, hər rəkətdə "Fatihə" surəsindən sonra on dəfə "İxlas" surəsi oxunsun.

7-ci: Bu duanı oxumaq:

Əllahummə inni əmsəytu ləkə `əbdən daxira, la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu `ənha su`a, əşhədu bizalikə `əla nəfsi, və ə`tərifu ləkə biz`əfi quvvəti, və qilləti hiləti, fəsəlli `əla muhəmmədin və ali muhəmməd, və ənciz li ma və`ədtəni, və cəmi`l-mu`mininə vəl-mu`minati minəl-məğfirəti, fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fə-inni `əbdukəl-miskinul-mustəkinuz-zə`iful-fəqirul-məhin, əllahummə la təc`əlni nasiyən li-zikrikə fi-ma əvləytəni, və la ğafilən li-ihsanikə fi-ma ə`təytəni, və la ayisən min icabətikə, və-in əbtə`ət `ənni fis-sərrai əv zərrai əv şiddətin əv rəxa`in əv `afiyətin əv bəla`in əv bu`sin əv nə`ma`ə, innəkə səmi`ud-du`ai.

Duanın tərcüməsi:

"İlahi, bu gecəyə Sənə kiçik və xar olmuş bir bəndə olaraq girdim. Özüm üçün heç bir xeyir və zərər verə bilmirəm. Özümdən pis bir hadisəni kənarlaşdıra bilmirəm. Özümə qarşı bunlara şəhadət verirəm. Sənin qarşında öz gücümün zəifliyinə və çarəmin azlığına etiraf edirəm. İlahi, Məhəmməd və onun ailəsinə salavat göndər. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vədə verdiyin bağışlamaya vəfa et. Mənə verdiklərini (nemətlərini) kamil et. Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, fəqir, xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında Sənin zikrini unudanlardan və mənə əta etdiyin ehsanı yaddan çıxaranlardan qərar vermə. İlahi, məni Sənin mənim dualarını qəbul etməndən naümid olanlardan qərar vermə, baxmayaraq ki, (duamdan) uzun zaman ötsə belə. İstər xoş vaxtda olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə də bəlada, istər ehtiyacda olum, istərsə də nemətdə. Həqiqətən, sən duaları eşidənsən!"

8-ci: Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək. (Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.)

9-cu: Cövşən-kəbir duasını oxumaq.

10-cu: Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq. Yüz dəfə "Əllahummələn qətələtə Əmiril-möminin."

11-ci: Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1375   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı iş adamları üçün Türk dünyasında yeni investisiya imkanları - Qırğızıstan ön planda

"Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər şirkətləri yalnız daxili bazarla kifayətlənməməyə, yeni bazarlara çıxmağa və investisiya coğrafiyasını genişləndirməyə vadar edir. Azərbaycanlı iş adamları üçün bu baxımdan Türk dünyası ölkələri xüsusi əhəmiyyət daşıyır. Ortaq tarixi və mədəni bağlarl

31.08.2026 215
.

AB Rusiyaya qarşı böyük sanksiyaya hazırlaşır

Avropa Birliyinin (AB) Rusiyaya qarşı yeni sanksiya paketinin oktyabrın ortalarında qəbul ediləcəyi gözlənilir. xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb. Məlumata görə, paketə Rusiyadan 800 fiziki şəxs və 800 şirkət olmaqla, ümumilikdə 1600 şəxsin və qurumun daxil edilməsi müzakir

31.08.2026 143
.

Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq

ABŞ ötən gecə İranın həyata keçirdiyi hücumlara cavab verəcək. Bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a açıqlamasında deyib. "Biz onları çox sərt vuracağıq", - Tramp deyib. Qeyd edək ki, ötən gecə ABŞ İranın Larak adasında raket qurğularını hədəfə alan hücumlar həyata keçirib

31.08.2026 142
.

Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar

Bişkekdə səfərdə olan Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə ayaqüstü söhbət edib. "Qafqazinfo" həmin an lentə alınmı

31.08.2026 243
.

Bakı-Moskva münasibətlərində yeni sınaq: Söz artıq Rusiyanındır

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən təxribat xarakterli şəkillər yerləşdirilib. Azərbaycan Xarici İşlər Nazirliyi insidenti kəskin şəkildə pisləyib və Rusiya tərəfini hadisəyə hüquqi qiymət verməyə çağırıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlam

31.08.2026 263
.

Kobudluğa necə reaksiya verməli? - Üstünlük qazandıracaq 3 sadə ifadə

Kimsə birbaşa üzünüzə təhqiramiz söz dedikdə, necə cavab verəcəyinizi və hansı reaksiyanı göstərəcəyinizi bilməyə bilərsiniz. Lakin psixoloqlar hesab edirlər ki, hörmətsizliyə dərhal son qoymaq və insanların sizinlə belə davranmasına imkan verməmək vacibdir. Qaynarinfo xəbər verir ki, "YourTango"nu

31.08.2026 117
.

İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər? - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüş keçirib. AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirv

31.08.2026 593
.

Məşhur aktyor bacısının toyuna niyə getmədi?

Türkiyəli məşhur aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, aktyor yazılan mənfi şərhlər səbəbindən sosial şəbəkə hesabında sərt paylaşım edib. O bildirib ki, bütün ailə xoşbəxt olduğu halda yeni evlənən cütlüyü

31.08.2026 268
.

Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə görüşü olub - FOTO

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Qazaxıstan Respublikasının yeni parlamentinə - Qurultaya keçirilə

31.08.2026 303
.