"Tərtər işi"ndə altı il cəza alıb bir ilə azadlığa çıxanlar: Yenidən həbs edilənlər kimlərdir? - FOTO

"Tərtər işi"ndə altı il cəza alıb bir ilə azadlığa çıxanlar: Yenidən həbs edilənlər kimlərdir? - FOTOXəbər verdiyimiz kimi, "Tərtər işi" ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar daha bir neçə şəxs həbs edilib.

"Qafqazinfo"nun məlumatına görə, yenidən həbs edilənlər arasında daha öncə də bu işə görə azadlıqdan məhrum edilmiş şəxslər olsa da, cəzalarını tam çəkməmiş azadlığa çıxıblar.

Daha öncə həbs həyatı yaşamış şəxslər gizirlər Polad Əzizov, Elçin Əliyev və Sənan Maşıyev, baş gizir Cabir Qəhrəmanov və leytenant Ruslan Mikayılovdur.
"Tərtər işi"ndə altı il cəza alıb bir ilə azadlığa çıxanlar: Yenidən həbs edilənlər kimlərdir? - FOTOFotoda gizir Elçin Əliyev

Belə ki, 2019-cu ildə Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Hakimlər heyəti onların hamısına münasibətdə CM-in 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Onlara 5 il 6 ay-6 il cəza kəsilib. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

Tərtər Hərbi Məhkəməsinin qərarına əsasən, Maşıyev Sənan Səxavət oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəza müddəti 23 avqust 2017-ci ildən hesablanıb.
"Tərtər işi"ndə altı il cəza alıb bir ilə azadlığa çıxanlar: Yenidən həbs edilənlər kimlərdir? - FOTOFotoda gizir Sənan Maşıyev

Hazırda istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilən Əzizov Polad Seyfəddin oğlu isə 5 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Onun da cəza çəkməsinin əvvəli 23 avqust 2017-ci ildən hesablanıb.
"Tərtər işi"ndə altı il cəza alıb bir ilə azadlığa çıxanlar: Yenidən həbs edilənlər kimlərdir? - FOTOFotoda gizir Polad Əzizov

20 ilə yaxın ordu sıralarında xidmət etmiş Qəhrəmanov Cabir Babaxan oğlu barəsində isə 6 illik həbs qərarı çıxarılıb. Onun cəza müddəti 29 iyun 2018-ci ildən başlayıb.

"Tərtər işi"ndə altı il cəza alıb bir ilə azadlığa çıxanlar: Yenidən həbs edilənlər kimlərdir? - FOTOFotoda baş gizir Cabir Qəhrəmanov

Maraqlıdır ki, "Tərtər işi"nə görə daha öncə də məsuliyyətə cəlb edilərək barəsində həbs qərarı çıxarılmış leytenant Ruslan Mikayılov 2020-ci ilin dekabrında "Döyüşdə fərqlənməyə görə" medalı alıb. Ruslanla yanaşı, 2019-cu ildə barəsində 6 il həbs qərarı çıxarılan Maşıyev Sənanın adı Vətən Müharibəsindən sonra medal üçün təqdimata göndərilib. Nəticədə ona 2020-ci ilin dekabrın 29-da "Ağdamın azad olunmasına görə" medalı verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1569   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Ukrayna Mesut Özili "qara siyahı"ya daxil etdi

Almaniya millisinin sabiq üzvü, dünya çempionu Mesut Özil Ukraynanın "Mirotvorets" (sülhməramlı) məlumat bazasına daxil edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Futbolçunun siyahıya salınmasına səbəb onun Rusiya futbol klublarının və milli komandalarının beynəlxalq turnirlərdə

09.11.2026 217
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

09.11.2026 203
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

09.11.2026 198
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 210
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

09.11.2026 243
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

09.11.2026 243
.