Azərbaycanın Kino Agentliyi yaradılır - FƏRMAN

Azərbaycanın Kino Agentliyi yaradılır - FƏRMANPrezident İlham Əliyev "Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

BiG.AZ xəbər verir ki, fərmanda məqsəd Azərbaycanda kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsidir.

Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kino Agentliyi" publik hüquqi şəxs yaradılıb.

Müəyyən edilsin ki, Agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

3.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

3.1.3. Agentliyin yenidən təşkili və ləğvi;

3.2. Nazirliyə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. iki ay müddətində:

5.1.1. Agentliyin nizamnaməsinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.1.2. Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görsün;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Nazirlik:

6.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 696   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni ticarət müharibəsi ANONSU: Tramp Makronu nə ilə hədələdi?

ABŞ Prezidenti Donald Tramp Fransanı yeni ticarət müharibəsinin başlanma riski barədə xəbərdar edib. Bildirib ki, rəsmi Paris ABŞ texnologiya nəhənglərinə tətbiq olunan rəqəmsal vergini ləğv etməyəcəyi təqdirdə Fransa istehsalı olan şərab və şampanlara 100 faizlik rüsum tətbiq edəcək. Bu barədə "Ne

15.06.2026 250
.

Sumqayıtda oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib. DİN-ə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 400 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmu

15.06.2026 231
.

Vuçiç ilk dəfə Gürcüstana səfər edib

Serbiya Prezidenti Aleksandr Vuçiç Gürcüstana rəsmi səfər edib. APA-nın yerli bürosu xəbər verir ki, onu Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili qarşılayıb. Vuçiç səfər çərçivəsində gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə görüşəcək

15.06.2026 231
.

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Rusiya Ukraynaya qarşı müharibədə iştirak üçün xarici vətəndaşların cəlb olunması məqsədilə iş təklifləri, təhsil proqramları, idman tədbirləri və miqrasiya agentliklərindən istifadə edir. Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" nəşri Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzini

15.06.2026 275
.

ABŞ-İran razılaşması müharibəyə son qoymağı vəd edir, amma necə işləyəcəyi hələ də bəlli deyil

Yükdaşıyanlar Hörmüz boğazının yenidən açılmasından sonra özünəinamın bərpa olunması üçün həftələr çəkə biləcəyini və fundamental sualların cavabsız qaldığını bildirdikləri üçün Yaxın Şərqdə müharibəyə son qoymaq üçün ABŞ-İran arasında müvəqqəti razılaşma ətrafında şübhələr yarandı. BİG.AZ Reuters-

12:30 0
.

Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətləri yüksəlib. xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyaya çatıb. Spot qızılın qiyməti isə 86,74 dollar və ya 2,06% yüksələrək 4 306,0

15.06.2026 244
.

BBC xərclərini kəskin azaldır, minlərlə insan işdən çıxarılacaq

Britaniyanın BBC telekanalı gələn həftə işin sadələşdirilməsi çərçivəsində yüzlərlə xəbər işçisini ixtisar edəcək. Xarici media yazır ki, BBC gələn həftə əsas xəbər bölməsində yüzlərlə iş yerini ixtisar etməyə hazırlaşır. Bu, işçi qüvvəsinin radikal şəkildə azaldılması proqramının ilk mərhələsidir. Dövlə

15.06.2026 261
.

Almaniya səfiri: Ən mühüm regional inkişaf Azərbaycanla Ermənistan arasında sülh prosesidir

Səfir kimi, mənim üçün ən mühüm regional inkişaf Ermənistanla sülh prosesi idi. APA xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkil edilən mətbuat konfransında deyib. "Səfir kimi mənim böyük prioritetlərim arasında Azərbaycan-Ermənista

15.06.2026 226
.

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı - Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb. MN-dən APA-ya verilən xəbərə görə, başsağlığında deyilir: "Pakista

15.06.2026 259
.

TOP MP3