Müəmmalı qətlin məhkəməsi: "Nərminin əmisi hadisədən əvvəl meyitin qapıya atıla biləcəyini dedi"

Müəmmalı qətlin məhkəməsi: "Nərminin əmisi hadisədən əvvəl meyitin qapıya atıla biləcəyini dedi"Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev vəsatət qaldıraraq iş üzrə istintaq zamanı ifadə vermiş bir neçə şahidin məhkəmədə dindirilməsini istəyib.

Müdafiəçi həmin şəxslərin kimliyini və nəyə görə məhkəmədə dindirilməli olduğunu da əsaslandırıb. Vəkilin sözlərinə görə, istintaq zamanı İlkin Süleymanovla birlikdə təcridxanada olmuş şəxslərdən 4 nəfərin ifadəsi alınıb. Həmin şəxslərdən ikisi deyib ki, İlkin gecələr sayıqlayaraq Nərmini öldürdüyünü deyib. Eyni yerdə saxlanılan digər iki şahid isə İlkinin elə bir şey sayıqlamadığını bildiriblər. Lakin təqsirləndirilən şəxsin əleyhinə ifadə verən iki nəfər şahid kimi tanınsa da, istintaq orqanı digər iki nəfəri şahid kimi tanımayıb.

Hakim həmin şahidlərin məhkəmədə ifadə vermələrinin təmin olunacağını bildirib.

Vəkil daha sonra kənd sakinləri Rüfət Əliyev və Zahidə Əliyevanın məhkəmədə dindirilməsini xahiş edib. Müdafiəçi bildirib ki, sözügedən kənd sakinləri istintaq zamanı deyiblər ki, Nərminin əmisi Arif Əliyev hadisə baş verməzdən iki gün əvvəl meyitin onların həyətinə atıla biləcəyi ehtimalı olduğunu deyib: "Sözügedən şəxslər Nərminin yanmış meyiti aşkar edilməzdən iki gün əvvəl Ariflə danışıblar. Arif deyib ki, ehtiyatlı olun, Nərminin meyiti sizin qapınıza atıla bilər. Arif nə bilirdi ki, Nərminin meyiti kiminsə qapısına atılacaq?"

Müdafiə tərəfi İlkin Süleymanovun əmisi Hüseyn Süleymanovun, bacısı İlhamə Süleymanovanın övladlarının və şagirdlərinin məhkəmədə ifadə vermələrini istəyib.

Müdafiəçi deyib ki, Nərminin atası Şərif Quliyev qızının yanmış cəsədi aşkar edilən yerdə bir gün sonra qazıntı aparıb. Torpaq qazmaq üçün beli isə Hüseyndən alıb: "Hesab edirik ki, Hüseynin də məhkəmədə ifadə verməsi lazımdır. O, Nərminin atası Şəriflə birgə meyit aşkar edilən yeri qazaraq izi itirməyə çalışıb. İlkinin bacısı uşaqlarına gəlincə, onlar dəfələrlə Nərmin saxlanılan otaqda olublar. Bundan başqa, İlkinin bacısı İlhamənin həmin vaxt atasına baxdığını sübut etmək üçün onun dərs dediyi şagirdlər də şahid kimi dindirilməlidir".

Məhkəmə adları çəkilən kənd sakinlərinin, İlkin Süleymanovun əmisinin, İlkinlə birgə təcridxanada qalmış şəxslərin və digər şəxslərin məhkəmədə dindirilməsi barədə vəsatətlərin əksəriyyətini təmin edib.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1439   Tarix: 20 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 142
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

09.11.2026 217
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

09.11.2026 197
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.