Biri 11, digəri 5 min izləyicisini itirdi - İnstaqramda nə baş verir?
İnstaqram sosial media şəbəkəsində son günlər istifadəçilərin şikayətləri artıb.
Axşam.az xəbər verir ki, buna səbəb platformanın istifadəçilərin izləyici sayını hər gün azaltması olub. Belə ki, kimi 2, kimi 3, kimi də 100 izləyicisini itirib.
Şou-biznes nümayəndələri də son günlər izləyici saylarının geri getdiyindən şikayət ediblər.
Aparıcı İlhamə Bədəlova instaqramda 430 min izləyicisi olduğunu, hazırda sayın 428 minə düşdüyünü bildirib:
"Artıq bir neçə aydır səhifəmdən izləyiciləri oğurlayırlar. Bir gündə 4000 izləyici səhifəni tərk edə bilər? Məlumatı olan varsa yazsın. Saxta izləyici vurmamışam".
Müğənni Aysel Əlizadə də eyni problemlə üzləşdiyini deyib. O bildirib ki, hər gün min izləyici silinir.
Prodüser-aparıcı Tarix Əliyev isə "Heç kim izləyici oğurlamır, yalançı profillər, izləyicilər silinir. Çox adamda olur" reaksiyasını verib.
Müğənni Xuraman Şuşalı isə "Mənim də izləyicilərim 407 minə düşüb. 7 ildir səhifəmi açmışam. Heç bir "feyk" izləyici vurmamışam. Əvvəl 412 min izləyicim var idi. Son vaxtlar az paylaşım edirəm, düşündüm ki, bəlkə ona görədir" sözlərini əlavə edib.
Müğənni Ayan Babakişiyeva isə 11 min izləyicisini itirib:
"Son 4-5 gündür instaqramda izləyici sayım azalır. 717 min izləyicim 706 minə düşdü. Araşdırdım, instaqram "feyk" və passiv istifadəçiləri silir. Yaş və başqa güvənlik əlavələri edir ki, aktiv səhifənizi təsdiq edəsiniz. Səhifənizi 13 yaşdan az uşağınızın, övladınızın adına açmısınızsa, yaxud parol, e-mail ünvanı, telefon nömrəsi artıq aktiv deyilsə, başqa üsullardan səhifənizi geri qaytara bilərsiniz".
Qeyd edək ki, son günlər instaqram istifadəçilərinə doğum tarixini təsdiqləməklə bağlı mesaj göndərir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1075 Tarix: 21 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
09.11.2026 225 Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu
Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir
09.11.2026 142 İzmirdəki partlayışda ölənlərin sayı artıb
Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını
09.11.2026 258 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
09.11.2026 217 Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 205 Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
09.11.2026 197 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
09.11.2026 184 Adanada zəlzələ olub
Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib
09.11.2026 197 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
09.11.2026 139