"Trend"ə çevrilən altı cinayət: Əvvəl qadınları, sonra özlərini öldürüblər

"Trend"ə çevrilən altı cinayət: Əvvəl qadınları, sonra özlərini öldürüblərSon günlər ölkə gündəmini silkələyən dəhşətli qətllər törədilir. Mənfi trendə çevrilən ailə-məişət zəminində müşahidə edilən cinayətlərdə diqqətçəkən məqam hadisələrin boşanmış və ya boşanmaqda olan cütlüklər arasında baş verməsidir.

Təhlillər göstərir ki, azərbaycanlı kişilər atılmağı, istənilməməyi qəbul edə bilmir. Amma özləri istəyəndə çox rahatlıqla qadını uşaqlarla birgə taleyin ümidinə buraxa bilir.

Son günlərin "qəhrəmanlar"ı isə birincilərdəndir. "Məndən boşanmaq istədi, öldürdüm", "Uşağımla görüşdürmürdü, öldürdüm". Sanki analarını öldürdükdən sonra uşaqlarla çox rahat görüşəcəklər...

Modern.az son 17 gündə bu düşüncə ilə baş vermiş 6 qətli xatırladır.

Keçmiş hərbçidən dəhşətli əməl

Cəmiyyətin böyük həyəcan və narahatlıqla oxuduğu ilk hadisə aprelin 6-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 44 yaşlı Rasim Xəlilov əvvəlcə keçmiş həyat yoldaşı, 25 yaşlı Misli Xəlilovanı, sonra özünü güllələyərək öldürüb. Hadisə M.Xəlilovanın Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yaşadığı binanın önündə baş verib.

Bildirilib ki, onlar bir müddət əvvəl ailədaxili problemlər səbəbindən boşanıblar. Lakin R.Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb. Nəticədə "Vinçester" tipli silahla qadını vurub, daha sonra özünü öldürüb.

Məlumata görə, Rasim Xəlilov keçmiş hərbçi olub, hətta onun Vətən müharibəsində iştirak etdiyi bildirilir.

37 yaşlı müəllimin faciəvi sonu

Analoji hal aprelin 17-də Zaqatalada baş verib. Rayon sakini arvadının boğazını kəsərək qətlə yetirib, sonra eyni üsulla özünü öldürüb. İlkin məlumata görə, kənd sakini 1985-ci il təvəllüdlü Qılman Həsənov həyat yoldaşı, 37 yaşlı Həsənova Xavər Şamil qızının boğazını kəsərək öldürüb, sonra intihar edib.

Aparılmış ilkin araşdırmalarla Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Məlumata görə, qətlə yetirilən Xavər Həsənova müəllim olub. Onun qısqanclıq zəminində öldürüldüyü deyilir.

Bir ailəni məhv edən cinayət

Dəhşətli qətllərdən növbətisi aprelin 19-da Qusarda qeydə alınıb. 40 yaşlı kişi 38 yaşlı arvadını öldürüb, daha sonra intihar edib. Baş Prokurorluqdan bildirilib ki, ayın 19-da Qusar rayonu, Bədişqala kəndi ərazisində 1982-ci il təvəllüdlü Marat Yüzbəyov və 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Sənubər Yüzbəyovanın əri Marat Yüzbəyovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sənubər Yüzbəyovaya xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bir gündə iki oxşar hadisə

Eyni gündə ikinci hadisə qonşu Quba rayonunda törədilib. Belə ki, aprelin 19-u saat 13 radələrində Bərqov kənd sakinləri - 1966-cı il təvəllüdlü İlham Xudamov və 1973-cü il təvəllüdlü Sara Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla İlham Xudamovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla keçmiş arvadı Sara Əsədovaya çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Növbəti acı xəbər Türkiyədən gəldi

Azərbaycanlı kişinin öz arvadını öldürməsilə bağlı tükürpədici qətlin sorağı bu dəfə Türkiyədən gəldi. Belə ki, azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyərək öldürüb. Hadisə ötən gün Trabzonun Ortahisar rayonunda qeydə alınıb. Məlumata görə, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə boşanmaq üzrə olub. Qadının uzun müddətdir uşaqları atasına göstərməməsi cütlük arasındakı gərginliyi pik həddə çatdırıb. Bununla razılaşmayan Elvin Umayev özü ilə gətirdiyi tapança ilə arvadını başından güllələyib. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Elvin Umayev polisə ilkin ifadəsində arvadını onunla barışmaq istəmədiyi üçün öldürdünüyü deyib:

"Əvvəllər həyat yoldaşımla 8-9 dəfə görüşmüşük, hər görüşdə barışıq təklifimi qəbul etməyib. Sonuncu dəfə parkda görüşdük, onu danışmağa razı salmaq istədim. Uşaqlarımızın olduğunu, yeni həyat qura biləcəyimizi dedim. O isə məni görmək istəmədiyini söylədi. Bu zaman özümü itirdim və silahla atəş açdım".

İki uşaq anasını öldürən mayor

Günün ikinci hadisəsi Bakıda baş verib. Qəribə görünsə də, cinayət polis mayoru tərəfindən törədilib. Rəsmi məlumata görə, aprelin 22-də günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) və 125-ci ( intihar həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.

Qonşuların bildirdiyinə görə, G.Cabbarova əvvəllər ailəli olub. 3-5 yaşlarında iki övladı var. Ata və anası xeyli müddətdir ki, dünyalarını dəyişiblər. Polis mayoru T. Aslanov isə subay olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 986   Tarix: 23 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 205
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 181
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 194
.