Azərbaycanın paralimpiya çempionu: "Yarışa buraxılmadığıma görə narazı deyiləm"
"Heç bir narazılığım yoxdur, çünki yarışa buraxılmayan tək mən deyiləm".
Bunu "Report"a açıqlamasında Türkiyənin Antalya şəhərində keçirilən gözdən əlillərin Qran-prisinə ("2022 IBSA Judo Grand Prix") buraxılmayan Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova deyib.
70 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı gözündə makro distrofiya olduğunu bildirib: "Bu paralimpiya yarışlarında birbaşa iştirak hüququ verən və çox ciddi xəstəlikdir. Bütün sənədlərim qaydasında idi, sadəcə, məndən fizioloji test istədilər. Bu isə sənədlərimin içərisində yox idi. Hər şeyin qaydasında olduğunu, yalnız testin mütləq gərəkliyini bildirdilər. Bu səbəbdən məni növbəti tibbi təsnifata göndərdilər".
Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi finalda məğlub etdiyi qazaxıstanlı Zarina Baybatinanın da Antalyadakı turnirdən əvvəl yoxlanışdan keçə bilmədiyini söyləyib: "Xəstəliyim iştiraka imkan verir, sadəcə sənədlərdən biri çatmır. Yeni qaydalar belədir. Fizioloji testdən keçəndən sonra onu da sənədlərin içinə əlavə edəcəyəm və növbəti yarışlara qatılacağam. İdmanda belə hallar olur".
Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov göz təsnifatında idmançıların yanında olduğunu bildirib: "Digər paracüdoçulardan fərqli olaraq təmsilçimiz Zakir Mislimov heç görmür. Yarışda 170 idmançı iştirak etməli idi. Amma onlardan 85-i tamamilə çıxacaq. Digərləri bizim idmançılar kimi yeni təsnifata göndərilib. Tokio paralimpiadasından sonra yeni qaydalar tətbiq edilib. Yeni qaydalara görə əlavə sənədlər lazımdır. Paracüdoçular növbəti yarışlarda tələb olunan testləri təqdim etdikdən sonra mübarizə apara biləcək. Biz sadəcə, Zakir Mislimova qarşı olanları böyük haqsızlıq hesab edirik. Çünki o, işıq belə görmür".
Qeyd edək ki, Azərbaycanın 9 təmsilçisi tibbi təsnifatların nəticəsinə əsasən yarışa buraxılmayıb.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1040 Tarix: 23 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sabah" finalda! - Video-Yenilənib
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, son gündə ikinci finalçı bəlli olacaq. "Sabah" doğma meydanda "Qarabağ"la qarşılaşacaq. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib. Xatırladaq ki, daha öncə "Zirə"
22.04.2026 497 Dünyanın ən bahalı - 10 qapıçısı
Dünyanın ən bahalı qapıçılarının siyahısı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Transfermarkt" portalında məlumat yer alıb. Belə ki, futbolçuların yenilənmiş bazar dəyərinin məlum olmasından sonra müəyyənləşən siyahıya əsasən, "Mançester Siti"nin qapıçısı Canluic
04.04.2026 394 Luis Enrike PSJ ilə yeni müqavilə imzalamağa yaxındır
Fransa təmsilçisi PSJ-nin baş məşqçisi Luis Enrike klubla yeni müqavilə imzalamağa yaxındır. "Report" "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq bütün əsas şərtlər üzrə razılığa gəliblər. Yeni müqavilənin müddətinin 2030-cu ilə qədər qüvvədə olması gözlənilir. Mənb
11.04.2026 292 "Real"ın futbolçusu Dani Karvahalın ayaq barmağında sınıq aşkarlanıb
İspaniyanın "Real" klubu zədəli futbolçusu Dani Karvahalın sağlamlıq vəziyyətini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, 34 yaşlı cinah müdafiəçisinin ayaq barmağında sını
02.05.2026 186 Əfsanəvi məşqçinin son sözləri: Həkim Luçesku ilə təsirli söhbətini açıqladı
Buxarest Universitet Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Draqos Vineryanu əfsanəvi məşqçi Mirça Luçeskunun son günləri və onunla apardığı təsirli söhbət barədə danışıb. xəbər verir ki, həyatını idmana həsr edən mütəxəssis ömrünün son anlarını məhz yaşıl meydanlarda keçirmək arzusunda olub. "
11.04.2026 401 Yankoviç oyundan sonra hakimə hücum çəkdi - Həmin an
"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç "Sabah"la oyundan sonra paltardəyişmə otağına gedən tuneldə hakimə hücum çəkib. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər "CBC Sport" kanalında yayımlanıb. Belə ki, monteneqrolu futbolçu Azərbaycan kubokunun yarımfinalınd
24.04.2026 490 Serj Qnabrinin dünya çempionatında iştirakı ciddi zədə səbəbindən sual altına düşüb
Almaniya millisinin və "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabrinin dünya çempionatında iştirakı sual altına düşüb. "Report" "Sky Deutschland"a istinadən xəbər verir ki, buna oyunçunun aldığı ciddi zədə səbəb olub. Münxen təmsilçisi 30 yaşlı futbolçunun sağ budunun əzələsini
19.04.2026 536 "FIFA Series-2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
Futbol üzrə Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saa
30.03.2026 532 Poqbadan dopinq qalmaqalından sonra karyerası ilə bağlı açıqlama
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba Fransa çempionatının 32-ci turunun "Mets" ilə oyunundan əvvəl futbol oynamağa davam istəyinin səbəbini açıqlayıb. -ın nəşrinə istinadən xəbərinə görə, bu barədə Poqba "L1+" kanalının proqramında danışıb. "Mən sosial şəbəkələrd
03.05.2026 257