Sənədsiz evlərlə bağlı YENİ XƏBƏR: hansı evlər sənədləşdirilməyəcək? - VİDEO

Sənədsiz evlərlə bağlı YENİ XƏBƏR: hansı evlər sənədləşdirilməyəcək? - VİDEOBakının ayrı-ayrı rayonlarında minlərlə fərdi ev var ki, onların sənədləri yoxdur. Üstəlik, bu evlərin çox hissəsi insan həyatı üçün təhlükə mənbəyidir. Çünki elə yerlərdə inşa olunublar ki, təhlükəni görməmək mümkün deyil. Millət vəkili Vahid Əhmədov bu məsələdən danışıb. Deputat deyib ki, belə evlərin sahiblərinə ya kompensasiya ödənilməlidir, ya da ayrıca mənzil verilməlidir.

Qaz xətlərinin üstündə, elektrik xətlərinin altında, dəmir yollarının bir addımlığında. Hətta bəzilərinin həyətində neft quyusu da var.

Bakıətrafı kənd və qəsəbələrdə belə evlərin sayı minlərlədir. Bu tikililər yalnız içində yaşayan sakinlər üçün deyil, digər vətəndaşlar üçün də təhlükə mənbəyi sayılır.

Millət vəkili Vahid Əhmədov on minlərlə vətəndaşı əhatə edən bu problemlə əlaqədar Milli Məclisdə dəfələrlə məsələ qaldırıldığını deyir.

Millət vəkilinin fikrincə, tikildikləri ərazilərdən asılı olmayaraq, belə evlərin aqibətinə aydınlıq gətirilməlidir. Yəni sökülməli olanlar sökülməli, sənədləşdirilməli olanlar isə müvafiq sənədlə təmin edilməlidir.. Vahid Əhmədov deyir ki, bu məsələyə məsul olan dövlət orqanları bu iş üzərində dövlət başçısının göstərişinə uyğun olaraq işləyirlər. Hazırda qarşıda duran əsas məsələ sənədsiz evlərin hansılarının sökülməsi və hansılarınsa sənədlə təmin edilməsi ilə bağlıdır. Söküləcək evlərin sahiblərinə gəlincə isə, millət vəkili deyir ki, onlara veriləcək kompensasiyanın növü də müəyyənləşdirilməlidir.

Millət vəkili son vaxtlar Bakıda qanunsuz ev tikilməsi hallarına rast gəlinmədiyini də deyib. (xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1057   Tarix: 23 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 205
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

09.11.2026 225
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində

09.11.2026 217
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

09.11.2026 181
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 194
.